Uşaqlarda məsuliyyət duyğusu necə inkişaf etdirilər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 160
Səs ver:
(səs: 1)
Uşaqların məsuliyyət duyğusunu artırmaq və öz etibarını inkişaf etdirmək üçün uşaqlara kiçiklikdən etibarən məsuliyyət vermək lazımdır.

Meydan qəzetində yer alan Pedaqoq Sevil Yavuzun yazısına görə; ana-atalar ümumiyyətlə uşaqlarına məsuliyyət vermək üçün onların böyüməsini, ibtidai məktəbə başlamasını gözləyir. İbtidai məktəbə başlayınca da birdən birə "Sən artıq böyüdü oyuncaqlarını qaldır" ya da "Artıq sənə oyuncaq yox" deyərək uşağa ağır məktəb məsuliyyətləri yüklənir. Birdən ağır məsuliyyətlərlə qarşılaşan uşaq isə məktəbə uyğunlaşma təmin etməkdə çətinlik çəkir və məktəb müvəffəqiyyəti və öz etibarı düşür.

Yaşına uyğun olsun!
Ana-atalar uşaqlarına məsuliyyət vermək üçün uşağın böyüməsini gözlədiklərindən uşaqlarını məktəb əvvəli dövrdə həddindən artıq qoruyucu böyüdür. Halbuki məsuliyyət şüuru inkişaf etdirə bilmək üçün erkən yaşlarda uşaqlara sağlam bir şəkildə sərhəd qoymaq, qaydalarla tanış, məsuliyyət vermək lazımdır. Uşaq kiçik də olsa paltarını öz geyə ya da əllərini öz yuya bilər. Məsələn məktəb əvvəli dövrdəki bir uşaq oyun küncünü yığmaqdan məsul ola bilər. Özünə aid oyun sahəsindəki oyuncaqları toplamaq, təşkil edə bilər. Əgər öz oynadığı oyuncağı toplama məsuliyyətini almazsa daha sonra başqa məsuliyyətlər alması da çətin olur. Yaşı böyüdükcə yaşına uyğun kiçik məsuliyyətlər verməyə davam etmək lazımdır.

Bacara bilməyəcəyi işlər verməyin!
Ən əhəmiyyətlisi də məsuliyyət verməyi abartmamalı. Uşağın qaldıra bilməyəcəyi ağır məsuliyyətlər və vəzifələr vermək uşağın özünü qeyri-kafi hiss etməsinə səbəb olur və bu da özünə inamını azaldır. Bu səbəblə məsuliyyət duyğusunu inkişaf etdirmək üçün uşağa ölçülü və yaşına uyğun məsuliyyət vermək lazımdır. Məsuliyyət şüuru qazandırmaq üçün uşaqların davranışlarının nəticəsinə qatlanmasını təmin etmək lazımdır. Əgər uşaq davranışlarının nəticəsinə dözməz və eyni səhv davranışlara davam edərsə, məsuliyyət duyğusu inkişaf etməz. Məsələn, əgər uşaq otağını səliqəyə salmırsa, uşağa dağınıq otaqda həyata şansı vermək lazımdır. Beləcə, uşaq dağınıq otağında əşyalarını tapa bilməyib öz səhvini başa düşməlidir.  Qısaca, uşağın səhv etməsinə icazə verib səhvlərinin nəticəsini düzəltmək şansı verin.

Xeyr deyə bilməlisiniz!
Ana-atalar ümumiyyətlə uşaqlarına "xeyr" deməkdən çəkinirlər. "Xeyr" deyər və uşağın dediklərini etməzlərsə onları daha az sevəcəklərini düşünür və uşağın hər dediyini etməyə çalışırlar. Halbuki, doğru zamanda və vəziyyətdə "xeyr" deyərək sərhəd qoyulması uşaqların məsuliyyət alma, özünü idarə etmə, öz qərarlarını vermə kimi əhəmiyyətli şəxsiyyət xüsusiyyətlərinin də inkişafına köməkçi olar. Uşaqlar da, sərhəd qoyulduğunda ana-atanın təqdim etdiyi alternativlər haqqında qərar vermək məcburiyyətində qalar. Ana-atanın təqdim etdiyi alternativlərdən birini seçər və bunun nəticəsini qəbul edərlər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 160
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri