Uşağı ərköyün böyütmə!

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 1 855
Səs ver:
(səs: 1)
Valideynlər tez-tez aşağıdakı "məsləhətləri” eşidirlər: "uşağın hər dediyini eləmək lazım deyil, yoxsa ərköyünləşər və "başınıza çıxar”; "Tez-tez qucağına götürmə, öz yanında yatızdırma, səsi çıxan kimi yanına qaçma!

Ərköyünləşəcək!” və ya "Qoy özü eləsin! Yoxsa heç nə öyrənməyəcək!”.

Bir qayda olaraq, atanın və ya ananın uşağın ehtiyacına cavab verməsinə uşağı "ərköyün böyütmək” damğası vururlar. Axı bunun uşağa nə zərəri ola bilər? Məgər bütün bunları uşağı "ərköyünləşdirmək” adlandırmaq olarmı? Körpənin məhz istədiyi an anasının isti əllərinə və sinəsinə ehtiyacı var. Nisbətən böyük uşaq da körpə kimi qayğıya ehtiyac duya bilər. O da istəyə bilər ki, onu qaşıqla yedirsinlər və ya yorulduqda geyindirsinlər, qucağa alsınlar. Onun həqiqətən buna ehtiyacı var, yoxsa bunları tələb etməz. Deməli, məhz o istəyən an valideynin dəstəyinə ehtiyacı var. Mənə elə gəlir ki, uşaqlar ümumiyyətlə boş-boşuna qayğı tələb etməz, onların əvəzinə nəyinsə edilməsini istəməzlər. Əgər uşağın kifayət qədər gücü, enerjisi varsa, o onsuz da özü hər şeyi müstəqil şəkildə etməyə üstünlük verəcək. Lakin, əgər xahiş edirsə, deməli köməyə ehtiyacı var.

Yaxşı xatırlayıram, böyük oğlum 1,5-2 yaşlarında olanda, qarşıma məqsəd qoymuşdum – onu tərbiyə etməliyəm! Onu ərköyün böyütməkdən, ona həddən artıq kömək etməkdən qorxurdum. Bu yolla ona öz hərəkətlərinə görə cavabdeh olmağı öyrətməyə çalışırdım. Gəzintiyə çıxarkən özü ilə götürdüyü oyuncaqları evə qədər daşımasını tələb edirdim və ya paltarını özünün geyinməsini tələb edirdim – axı o bunu bacarırdı! Və ortancıl qızım 2 yaşında olanda qəfildən başa düşdüm ki, daha belə eləmirəm. Bir dəfə biz gəzintiyə çıxanda o özü ilə maşın götürmüşdü və biz hələ gəzintidə ikən onu sürməkdən yoruldu. Yadıma düşdü ki, bir vaxt oğlumdan bu maşını evə qədər daşımağı tələb etmişdim və başa düşdüm ki, indi belə eləmək istəmirəm. Körpəyə kömək etmək istəyirəm, axı o hələ balacadır və necə tez yorulacağını əvvəlcədən bilmir. Və buna görə məsuliyyəti mən daşıyıram – bu maşını gəzintiyə çıxarmağa icazə vemrişəmsə, ona kömək də eləməliyəm. Və mən artıq bununla onun ərköyünləşəcəyindən qorxmuram. Əksinə, inanıram ki, o özünü daha inamlı hiss edəcək, çünki biləcək ki, onun arxasında duran, dəstək verən anası var.

Mən daha uşaqların valideynlərini manipulyasiya etdiyinə inanmıram. Uşaqlar – xeyirxahdırlar, nə özlərinin, nə də bizim düşmənimiz deyillər. Südəmər körpənin və ya daha böyük uşağın bu cür xahişlərinin yerinə yetirilməsi, onların ətraf mühitə güvən hissinin formalaşması, ehtiyaclarının diqqətsiz qalmayacağına əmin olmaları üçün zəruridir. Bu həqiqətən də uşağın normal inkişafı üçün vacibdir. Axı məlumdur ki, inkişaf yalnız rahatlıq nöqtəsindən törəyir. Uşaq daim öz ehtiyacları uğrunda mübariazə aparmalı olacaqsa və ehtiyaclarını heç kimin ödəməyəcəyi və hər şeyi özü eləyəcəyi ilə barışmalı olacaqsa özünü necə rahat hiss edə bilər?

Əlbəttə ki, bəzən uşağın istəklərini qəbul etməməyə vadar oluruq. Lakin, mən bunu tez-tez yox, həqiqətən də onun istəyini yerinə yetirmək üçün gücüm və imkanım olmayanda edirəm. Lakin, uşaqdan-uşağa fərq var. O sizin rədd cavabınıza dözəcək, sizin sevgi dolu qucağınızda ağlayaraq zəruri vəziyyətlə barışa biləcəkmi?

Əks halda, aranızda ayrılma baş verə və uşaq sizə qarşı emosional cəhətdən qapana bilər.

Həmçinin zəruri ehtiyacı ayırd etməyi bacarmaq vacibdir. Əgər məsələn uşaq mağazada şirniyyat tələb edirsə və ya yenə cizgi filminə baxmaq üçün zəhlənizi tökürsə – çox güman ki, bu onun zəruri ehtiyacından qaynaqlanmır. Belə olan halda valideynin vəzifəsi uşağın nə vaxt həqiqətən ehtiyacı olduğunu, nə vaxt isə ehtiyacı olduğunu düşündüyünü görməyi bacarmaqdır. Bəzən bunu anlamaq çox çətin olur. Ən əsası isə, uşağın hər hansı istəyini yerinə yetirməyi lazımi bilmədiyiniz halda ona etiraz etməyi bacarmaqdır. Bəzən valideynlər, əsasən də nənə və babalar uşağı ağlatmamaq üçün nəyə desən razı olurlar! Bax bu zaman həqiqətən ərköyünlük başlayır: uşaq sərhəd tanımır, həyatda bəzi şeyləri dəyişməyin və bu şeylərə təsir etməyin mümkün olmadığını anlamaq imkanı olmur. Əgər uşaq xoşagəlməz vəziyyətlə qarşılaşmayıbsa, qaçılmaz halla barışmalı olmayıbsa, cizgi filminin söndürülməsi ilə dünyanın dağılmadığını və hər kəsin hələ də yaşadığını dərk etmə imkanı olmayıbsa, o inkişaf və yetişmə üçün zəruri olan psixoloji uyuşqanlıq qazanmayacaq.

Belə çıxır ki, sevgi, ehtiyacların diqqətə alınması, kömək təklif etmək, təmas və yaxınlıqdan doymaq istəyi – uşağı ərköyün böyütmək demək deyil.

Uşağı ərköyünləşdirmək – heç bir vəchlə onun əhvalının pozulmasına imkan verməmək, istənilən xoşagəlməz vəziyyətdən qorumaqdır. Belə olan halda uşaq dünyanın onun ətrafında fırlandığını və istəklərindən hər hansı yerinə yetirilməzsə dünyanın sonu olacağını düşünür.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 855
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri