Tərbiyəsizlik, yoxsa hiperaktivlik?

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 2 994
Səs ver:
(səs: 1)
Bu dəfə haqqında danışacağım mövzu son zamanlar anaların ən böyük narahatlıqlarından olan "uşağım həddindən artıq dəcəldir” fikridir. Analarımız üçün aşılmaz problemlərdən olan uşağın hərəkətliliyi əslində korreksiya edilə biləcək bir problemdir. Uşaqlarımızın hərəkətli və dəcəl olması psixologiyada "hiperaktiv” termini ilə əvəz olunur. Hiperaktivliyin əlamətləri uşaqda yeddi ayından müşahidə olunur və sonrakı yaş dövrlərində özünü tam göstərməyə başlayır.
 
Hiperaktivliyin üç əlaməti var:
Çox hərəkətlilik
İmpulsivlik
Diqqət yayınıqlığı
 
Bu əlamətlərdən uşaqda hər üçü də ola bilər və yaxud biri də özünü göstərə bilər.
 
Çox hərəkətlilik hiperaktivliyin ən geniş yayılmış əlamətidir. Çox hərəkətli uşaqlar zaman və məkanın fərqinə varmadan istənilən yerdə çox hərəkətlidirlər. Onlar mebellərin üzərində gəzir, bir yerdə uzun müddət dayana bilmir, oturarkən belə əlləri və ayaqları hərəkət etdirir, sanki harasa tələsirmiş kimi heç nəyi axıra qədər davam etdirə bilməyərək hədsiz səbirsizlik nümayiş etdirir.
 
İmpulsivlik. Bu əlamət olan uşaqlar cəmiyyət içərisində tez-tez problemlər yaşayırlar, nəinki özləri, çox zaman valideylərini də utandırırlar. Çünki ürəklərindən nə keçirsə,  həmin an analiz etmədən, doğru və yanlışı ayırd etmədən bir başa səsləndirirlər. Məsələn, kiminsə saçı dağınıqsa "a, bu adamın saçı necə də qorxuncdur” və ya otaqdan xoş qoxu gəlmirsə, "burdan nə pis iy gəlir?!” kimi fikirləri rahatlıqla səsləndirir. Bu hal təbii ki, ətraf mühit tərəfindən diqqətə səbəb olur. Bu zaman valideynlər çox utanır, sıxıntı keçirirlər.
 
Diqqət dağınıqlığı günümüzdə ən çox müşahidə etdiyimiz haldır. Diqqət dağınıqlığı uşağın hərəkətli olması ilə əlaqədardır. Diqqətlərini və fikirlərini cəmləyə bilmirlər. Diqqət dağınıqlığı xüsusən öyrənmə prosesinə maneələr törədir. Çox zaman bu problem məktəb dönəmində qabarır və müəllimlərin şikayətinə səbəb olur. Hər yaşa uyğun olaraq diqqətin həcmini bilmək bu problemin korreksiyasına çox yardımçı olacaqdır. Çünki diqqət dağınıqlığı olan uşaq zamanla dərslərindən geri qalır və oxumaya qarşı istəksizlik sərgiləyir.
 
Valideynlər bəzən bildirirlər ki, uşağım hərəkətli olsa da, diqqət dağınıqlığı yoxdur, çünki bir dəfə getdiyi yolu unutmur və ya ilk dəfə eşitdiyi musiqini züm-zümə edir. Bu, diqqətin qeyri-ixtiyari formasıdır. Qeyd etmək lazımdır ki, qeyri-ixtiyari diqqət insanın özündən asılı olmadan yaranır. Lakin ixtiyari diqqət zəif olduğu üçün müəllimə qulaq asmaqda, dərs tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkirlər.
 
Hədsiz hərəkətlilik bərabərində uşaqlarda davranış pozuntusunu gətirir. Çünki düşünülmədən hərəkət edir, etik normalara əməl etmir, sözə qulaq asmır, inadkarlıq göstərirlər. Bu narahatlıqlar müşahidə olunarsa, mütləq valideynlər psixoloq köməyi almalıdır. Hiperaktivliyə qarşı mütləq kompleks şəkildə çalışılmalı, həkim, valideyn, müəllim və psixoloq əməkdaşlığı olmalıdır. Hiperaktivlik evdə çox rahatlıqla qoyula biləcək bir sindrom deyildir. Mütləq həkim müayinə etməli, digər orqanik səbəbləri (beyinə oksigen çatışmazlığı, qurğuşun zəhərlənməsi, inkişaf geriliyi, sarılıq və s.) araşdırmalıdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 994
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri