1 yaş krizi

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 485
Paylaş:
Səs ver:
(səs: 1)
Yaş krizisi uşağın yeni yaşı ilə böyüməsini bildirən xarakter dəyişkənliyi dövrüdür. 1, 3, 5 yaş və yeniyetmə krizis dövrləri ayırd olunur. Bu məqalədə 1 yaş krizisindən söhbət açılacaq.

Nə baş verir? Bir yaşında övladınızı sanki dəyişiblər. Hələ az əvvəl o, söz eşidən, mehriban, həlim bir uşaq idi. Ancaq indi öz istəyi ilə hərəkət edən və sizi eşitmək istəməyən balaca bir tayfundur, sanki. Yolda əlinizdən çıxıb qaçır ya da bütün gəzinti boyu qucağa istəyir. Evdə isə hər şeyi qarışdırır, sındırır, çevirir, dağıdır, səpələyir. Əgər evdə səsi gəlmirsə, deməli nəsə təhlükə var. Gecə də tez-tez oyanır, ananı istəyir. Yemək yedirtmək isə necə də çətinləşib. Qaşığı əlinizdən alır, yeməyi dörd tərəfə dağıdır. Soyuducunun qarşısında durub onu açana kimi qışqırır, ağlayır.

Bütün bunlar tanışdır sizə?
Narahat olmayın, qorxulu heç nə yoxdur. Bu bir yaş krizis dövrüdür. 9 ayından 1,5 yaşına kimi olan dövrdə bütün uşaqlarda bu müşahidə olunur. Sonra növbəti krizisə qədər sakitlik dövrü olur.
1 yaş krizisinin əsas şüuarı "Mən özüm!"dür.
1 yaş krizisində əsas problem ondadır ki, valideynlər övladlarının belə sıçrayışla inkişafına uyğunlaşa bilmirlər. Valideynlərin ilk reaksiyası qadağan etmək olur. Ancaq bu davranışlar pis xarakter və ya ərköyünlük əlaməti deyil. Bununla övladınız böyüyür. Hər bir davranışının arxasında ciddi səbəb dayanır.

Bəs bu dövrdə valideynlər necə davranmalıdır? Qadağan etmək ya icazə vermək?
1 yaşında körpələr istədiyinə nail olmaq üçün ağlamaq və qışqırıqdan istifadə edirlər. Psixoloqlar bunu manipulyasiya ağlaması adlandırırlar və bu inkişafın zəruri mərhələsidir. Manipulyasyon ağlamaqda körpənin məqsədi sosial sərhədlərini müəyyən etməkdir. Uşağın mütləq qadağa və sərhədləri olmalıdır. Hər şeyə icazə verilməsi həm uşaq, həm də valideynlər üçün yaxşı hal deyil. Ancaq bu qadağaların hamısının məntiqi əsası olmalıdır. Qadağa çox olduqda uşaq onların bəzilərinə əməl etmir. Getdikcə bu adiləşir və ona elə gəlir ki, qaydaları pozmaq olar.
Bu yaşın əsas problemlərindən biri uşaqlarda nitqin inkişaf etməməsidir. İstədiyini deyə bilməyən uşaq bir qədər də əsəbi olur. Bunun üçün aktiv şəkildə nitqin inkişafı ilə məşğul olmaq lazımdır.
1 yaş krizisini rahat keçirmək üçün valideynlərdən səbrli, qətiyyətli və qayğıkeş olmaq tələb olunur. Balacanızın ehtiyaclarını başa düşüb istədiklərini müstəqil həyata keçirməyə kömək edin, təşəbbüslərinin qarşısını almayın. Bu, onun şəxsiyyətinin inkişafında çox vacib məqamdır. Kaprizlər gəlib gedir, sadəcə onları sakit qəbul edib, öhdəsindən gəlmək lazımdır.

Ülviyyə Səid

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 485
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook