Uşaqları pis tərbiyə edən 6 tip ailə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 8 393
Səs ver:
(səs: 3)
Ailə və valideynlər uşaq xarakteri, inkişaf xüsusiyyətləri, cəmiyyət üçün yararlı vətəndaş yetişməsi üçün təməl rolunu oynayır. Nəzəri olaraq hər şey gözəldir. Reallıqda isə hər şey başqa cürdür. 6 ailə tipi ayırd etmək olar ki, hansında ki, uşaq tərbiyəsi qənatbəxş hesab oluna bilməz.

1. Məsuliyyətsiz ailə.
Ən çox yayılmış ailə tipidir. Bu tip ailələr öz valideynlik borcunun öhdəsindən gəlmir və ya sadəcə  övladları ilə məşğul olmaq istəmirlər. Belə valideynlərin tərbiyə prosesi xaotik, gözlənilməz, əhval-ruhiyyədən asılıdır. Bu ailələr əyyaşlıq olan, daima münasibətlərin müzakirə olunduğu, fiziki zorakılıq olan, həm də uşaqlara qarşı zorkılığın olduğu ailələrdir. Bu tip ailələrdə uşağın ətrafa xüsusi münasibəti formalaşır. Onlar ətraf aləmdən daima təhlükə gözləyir, həsəd hissi ilə yaşayır, aqressivlik formalaşır. Bu halda şəxsiyyətli uşaq formalaşmasından söhbət gedə bilməz. Çünki valideynlər özləri elə deyil.

2. Yeni, hazırda məşhur ailə tipi- " karyera " ailə tipi
Bu tip ailələrdə valideynlər daima maddi təminat arxasınca qaçırlar. Onlar başa düşürlər ki, uşaqlara diqqət lazımdır, lakin buna vaxtları yoxdur. Bu valideynlər iş məzuniyyəti ilə uşaqla məşğul olmaq arasında seçim qarşısında qalarlarsa, birincini seçərlər. Bir çox hallarda bu ailələrin uşaqları telefonla tərbiyə olunur. Belə valideynləri ittiham etçək çox çətindir. Karyera və özünü işdə doğrultmaq onlar üçün çox vacibdir. Lakin uşaqlar valideyn sevgisizliyindən əziyyət çəkir.

3. Despot və avtoritar valideynləri olan ailə
Belə ailələrdə uşağın fikri heç nə demək deyil, valideynin fikri qanundur. Böyüklər əmindir ki, tərbiyə - qorxu və cəzadır. Belə valideynlər hesab edir ki, uşaqların əvvəlcə öhdəliyi, sonra isə hüquqları ola bilər. Böyüklər olmadan uşaqlar heç bir qərar qəbul edə bilməz. Əgər günahı varsa, heç bir izahat verilmədən cəza olmalıdır.

4. Uşaq məsuliyyətindən tamamilə məhrum ailələr
Bu tip valideynlər hesab edir ki, onların borcu yalnız uşağı yedirmək, geydirmək, təmiz saxlamaqdır. Ancaq tərbiyə ilə bağça, məktəb və ümumiyyətlə dövlət məşğul olmalıdır. Belə valideynlərin əksəriyyəti düşünür ki, uşaq ümumiyyətlə sevinməlidir ki, o, ailədə böyüyür, uşaq evində yox.

5. Hədsiz qayğıkeş ailələr
Ailədə hamıdan vacib uşaqdır. Doğulduğu gündən etibarən bilir ki, onun tayı bərabəri yoxdur. Onu dünyada hər şeydən qoruyurlar. Valideynləri həmişə onların istəklərini yerinə yetirir, heç bir şeyə ehtiyacları yoxdur. Ailə uşağı inandırıb ki, o, idealdır. Sizcə, belə uşaqdan kim böyüyə bilər?

6. Çox tələbkar ailələr
Bəzi ailələrdə valideynlər uşaqda yalnız qüsur görürlər. Onlar hətta uşaqların yanında belə deyirlər ki, bu uşaqlar qonşu və ya qohumların hamısının uşağından pisdir. Bəzi ana və atalar düşünür ki, uşağın rifahı üçün uşaq başqaları ilə müqayisə olunmalıdır. Üstəlik evdə daima bir uşaq digərindən üstün tutulur.
Sadalanan bu ailə tiplərində rast gəlinən valideynlər övladlarının sağlam ruhda böyüməsi üçün mütləq dəyişiklik etməlidirlər.

Ülviyyə Səid
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 8 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri