Uşaqlarımızı qəzəbdən necə qoruyaq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 552
Səs ver:
(səs: 0)
Bəzi uşaqlarda qəzəb, gündəlik həyatlarının bir hissəsini təşkil etdiyi halda, bir çoxlarında bu vəziyyətə nadir vaxtlarda rast gəlinir. Övladınızın nə dərəcədə şıltaq olmasından asılı olmayaraq, siz onun həyatını daha rahat edə bilərsiniz. Bunun üçün siz onu, həyat boyu rastlaşdığımız qanqaralıq və peşmanlıqlara qarşı daha dözümlü etməlisiniz.

Balacaya nə isə qadağan etməmişdən əvvəl diqqətli və nəzakətli olun. Çalışın ki, uşaq sizin tələbinizi yerinə yetirərkən əsəbləşməsin. Bu vəziyyətdə də kompromiss tapmaq lazımdır. Məsələn: gödəkçə geyinməyə məcbur etmisinizsə, yaxasını bağlamasa da olar. Uşağın daim sizin qəti "olar” və ya "olmaz” nidalarınızla üzləşməsi əslində düz deyil.     

Əgər uşaq isteriyaya düşübsə, nə etmək lazımdır?
unutmayin ki, qəzəbli balaca öz vəziyyətindən də qorxuya düşə bilər. Ona görə də əmən olun ki, qəzəbli halda övladınız özünə və ya ətrafdakılara heç bir ziyan vurmaz.

Yox əgər balaca "əjdaha”nın ağzından od püskürür və o öz başını divara vurub, ya sizin üzünüzü-yaxanızı cırıb, ya da ki güldanı sındırıb, o zaman bu güc nümayişi onu qorxuda bilər.

Belə halda siz yalnız onu qucaqlaya və sığallıya bilərsiniz. Imkan verin balaca "tufan” sizin qollarınızda sakitləşsin və özünü güvəndə hiss etsin. Bir müddətdən sonra o sakitləşəcək və hər şey öz yoluna girəcək.   

Bəzi uşaqlar isteriya zamanı onlara əl vurulmasını xoşlamırlar. Fiziki kontakt onları əksinə daha da hiddətləndirir. əgər sizin də övladınız belələrindəndirsə, o zaman onda işiniz olmasın. Və əl altından iti əşyaları, sına biləcək şeyləri yığışdırın.

Isteriya hisə etməyə, söz güləşdirməyə dəyməz. Çünki onlar bu vəziyyətdə özlərini tam idarə etmirlər.

Çalışın qıçqırmayın.Unutmayın qəzəb yolxucudur. Uşaq qışqırdıqca siz də hirslənə və daha bərk qəzəblənə bilərsiniz. Bu isə situasiyanı lap qəlizləşdirəcək.    

Balaca düşünməməlidir ki, hal-təbdən çıxdığına görə onu cəza gözləyir.Belə halda, sizin məqsədiniz  ondan ibarətdir ki, balaca isteriya hallarının vəziyyəti pisə və ya yaxşıya doğru dəyişmədiyini anlasın. Isteriya başlayanda çalışın fikir verməyəsiniz.  

Uşağın şıltağlığına imkan verməyin. Bəzi valideynlər camaat içində baş verən isteriya hallarından qorxurlar. Heç bir halda bunu balacaya hiss etdirməyin. əgər o bunu başa düşsə, o zaman vəziyyətdən istifadə edib sizə hakim kəsiləcək. Bu isə bir çox 4 yaşlı balacaların əl atdığı məşhur şantajdı.

Isteriya zamanı özümüzü necə aparmalıyıq?
Balaca hal-təbdən çıxmağa başlayanda, çalışın sadəcə fikir verməyin. Bunun önəmsiz bir şey olduğunu, və belə yolla onun heç nə əldə edə bilməyəcəyini başa salın. Düzdür, demək asandır, eləmək çətin. Amma çaləşmaq lazımdır. Ona görə də uşağa yox deməmişdən əvvəl yaxşıca fikirləşin. Bu yoxun dalında dura biləcəksinizmi, bu yox həqiqətənmi "yox”dur. Yoxsa elə belə sözgəlişi yox deyib, balaca "oyun” durğuzan kimi "hə! Yaxşı, yaxşı” deyib istədiyini verəcəksiniz. Belə hallar həm isteriya balacalara sevdirəcək, çünki istədiklərini rahat əldə etmənin ən gözəl yoludur, həm də valideyni nüfuzdan salacaq. Isteriya adətən 1-4 yaş arası uşaqlarda olur. Və düzgün reaksiya nəticəsində də tez keçib gedir. Məktəb yaşına çatan uşaqlarla isə problemi həll etmək daha asandır. Çünki, onlarla danışmaq olar. Düz və xoş ünsiyyət vasitəsi ilə siz övladınıza hər bir vəziyyəti izah edə və ortaq bir məxrəcə gələ bilərsiniz. Danışıq yolu ilə problemlərin həll yolunu tapmaq, onu gələcək də daha ünsiyyətcil və düşüncəli edəcək. Sadəcə balanıza bir az vaxt verin!  

Nərgiz Məmmədzadə
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 552
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri