Uşağa nə vaxt sərhəd qoymalıyıq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 690
Səs ver:
(səs: 2)
Əksər ana və ataların bu sualı işlətdiyini eşidirik. Adətən valideynlər uşaqlarına nə vaxt "dur" deyəcəklərini bilmirlər.
Davranışları ilə nəyi edib, nəyi etməyəcəklərini test edirlər. Bir körpənin ağzı ilə dünyanı tanımağa başladığı dönəmdə, ağzına lazımsız bir şey apardığında ananın-"cız" sözü ilə onu ağzına aparmaması gərəkdiyini öyrətməsi kimi. Hər zaman-"cız" sözcüyü uşağı dayandırmaz. O zaman da ana körpənin ağzına aparmasını istəmədiyi şeyi əliylə alıb uzaqlaşdırır. Sonradan ata-ananın təsirli davranışları ilə körpə nələri ağzına aparmaması gərəkdiyini öyrənir.
Uşaqlarınıza qaydalarınızı öyrətmənin ən təsirli yolu, sözlərinizlə davranışlarınızın bir-birini dəstəkləməsidir.
Ata-anaların  hökmünün tutarlılığı, uşağın qaydaları öyrənib-öyrənməməsinə yol açır. Ailədə sərbəst qaydalar varsa, uşaq eyni davranışına eyni xəbərdarlığı almırsa, o davranışı ilə əlaqədar olaraq öyrəndiyi tək qayda məlumatsızlıqdır. Misal: dişini fırçalamadığında bir gün xəbərdarlıq alıb, başqa bir gün xəbərdarlıq almırsa, dişlərini  hər zaman fırçalanması gərəkmədiyini öyrənəcəkdir. Bəzi ata-analar, uşaqları balaca olarkən ona aid bir çox öhdəlikləri  heç yorulmadan əməl edərlər. Ayaqqabısını özü bağlamaq yaşındaykən ayaqqabısını bağlayırlar, məktəb çantasını daşıyırlar. Bunların uşağa aid cavabdehliklər olduğunu, ona başa salacaq qəti sərhədlər yoxdur. Ana-ataların sərhədləri uşağın sərhədləri ilə iç-içədir. Evdə bir kitabını unutduğu üçün müəllimindən tənbeh eşidən uşaq,  heç bir şəkildə müəllimin bu tənbehindən dərs almaz. Evə gəlincə anasına "sənin üzündən müəllim məni tənbeh etdi, kitabımı çantaya qoymamısan" deyə anasına çəmkirər.

Uşaq böyüyüb cavabdehlikləri artdıqca, ata-ana birdən çiyinlərindəki ağır yükün fərqinə varırlar. Bu cavabdehliklərin artıq uşağın özü daşımalı olduğuna qərar verirlər.

Uşaqlar indiyə kimi qarşılaşmadıqları bir şeyin qabağında çaşıb qalırlar.Bu zaman uşaq ata-anadan kömək istəyir və münaqişələr başlayır.

Çünki uşaqdan öyrətmədikləri bir şeyi tələb edirlər.
Bu tip ailələrdə "xeyr"  heç vaxt qəti biçimdə xeyr deyildir.

Bəzi ata-analar qaydaları çox sərt tədbirlərlə öyrədirlər. Uşaqların dünyanı test etmə sərhədlərini araşdırmaq üzrə bəzi davranışlarının qarşısını alırlar.

Xüsusilə, şiddət tədbiq edilən ailələrdə uşağın qırılan mənliyindən əlavə öyrəndiyi tək şey, problemlərin aradan qaldırılmasında şiddətin tək yol olduğudur.
Güclülər gücsüzləri bu cür cəzalandırır. Bu münasibətə məruz qalan uşaqlar özlərini güclü  hiss etdikləri şəraitdə, özlərindən daha gücsüzlərə bənzər davranışları tədbiq edəcəklər.

amma özü də mənimlə belə danışır."Ata sözlərinə uyğun davranış sərgiləsəydi, uşaq uyğun davranışı öyrənə bilərdi.Qızının atasıyla yüksək səslə danışmağına cavab olaraq, atasının da səsini bir pərdə yüksəltdiyini fikirləşək. Uşağın aldığı mesaj-"onunla yüksək səslə danışmağımdan xoşu gəlmir,

Uşaqların səhv etmələri son dərəcə təbiidir. Səhvləri qarşısında bizim verəcəyimiz düzgün örnəklərlə davranışlarının sərhədlərini tənzimləməyi öyrənəcəklər.
Uşaqlara düzgün davranışlar aşılamağın yolu ilk olaraq onlara qaydalarımız və ondan gölədiklərimiz haqqında açıq mesajlar verməkdən keçir. Bunu da sözlər, ifadələrdən istifadə edərək edə bilərik. Söz və ifadələr  həmişə yetərli deyil. Söylədiklərimizi davranışlarımızla təsdiq etməliyik. Sözlərimizlə davranışlarımız arasında uyğunluq olduğu zaman, uşaqlarımız  həqiqətən nə demək istədiyimizi başa düşərlər.

Onda, necə davranmalıyıq?
1-Sözləriniz birbaşa düzəltmək istədiyiniz davranışa yönəlməlidir. Uşağın mənliyinə zərər verəcək ifadələrdən istifadə etməyin.
2-Deyinməyin, qısa və açıq şəkildə istədiyinizi söyləyin. Misal: masanı topla, qabları qabyuyana qoy.
3-Uşağınıza yalvarmayın. Uşağınıza  hər  hansı bir şey üçün yalvarsanız, hakimiyyətin onda olduğunu düşünəcək. Söz sahibi  həmişə böyük olmalıdır. Qərarlı və normal bir səs tonu nəticə əldə etmək üçün yetərlidir.
4-Bağırıb, qışqərmayın. Uşağınıza qərarlı olduğunuzu yüksək səs tonu ilə göstərməyin.
5-Uşağınız istədiyiniz davranışa uyğunlaşmırsa, qatlanacağı nəticələri vurğulayın. Kompüter arxasında müəyyənləşdirdiyiniz zamanı aşarsa, səhəri gün kompüter istifadə etməyəcəyini söyləyin. Uşaq dediklərinizdə nə  qədər qərarlı olduğunuzu görmək istəyə bilər. Buna görə də səhəri gün kompüterdən istifadə etməyə izn verməyin.
6-Sözlər bəzən yetərli olmaya bilər. Bəzən sözlərin davranışlarla dəstəklənmək lazımdır. Uşaqlar bu zaman yaxşı qavrayırlar.

Sevgidə qərarlılığınız olsun!

Yeganə Quliyeva

(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 690
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri