Mən məktəbə getmək istəmirəm!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 840
Səs ver:
(səs: 2)
Yəqin ki, çoxumuzun evində  hər səhər bu sözlər eşidilir.  Uşaqların çoxu məktəbə getmək istəmir. Bəs bunun səbəbi nədir?

Valideynlər bir il qabaqcadan övladları üçün məktəb axtarır və 4-5 yaşından balacanı həmin məktəbin hazırlıq sinifinə qoyurlar. Elə də olur ki, mütəmadi hazırlıq sizin balacanızda məktəbə olan marağı artırmaq əvəzinə, öldürür. Məsələyə aydınlıq gətirmək üçün bir misal göstərək:

Aid uşaq bağçalarından birində məktəbəhazırlıq səviyyəsini müəyyən etmək üçün yoxlama aparılır. Psixoloqun qarşısında 6 yaşlı Rəhman oturub. Yarım ildən sonra o məktəbə getməlidir. Bunun üçün onun nə dərəcədə məktəbə hazır olduğunu yoxlamaq lazımdır. Rəhman çox gərgin və həyəcanlıdır. Maraqlıdır kı, onun həyəcanlı olmasına səbəb nədir? O axı çox ağıllıdır və bağça psixoloqunu da tanıyır. Psixoloq 10 söz deyir və Rəhmandan həmin sözləri təkrarlamağı xahiş edir. Rəhman sözləri təkrar etsə də, özündə əmin deyil və səsi əsir. Digər tapşırıqlar zamanı da Rəhmanın həyəcanı keçmir, əksinə bir ara hətta gözləri də yaşarır. Lakin, psixoloq ona dəstək olandan sonra Rəhman özünü daha arxayın hiss edir və tapşırırğın öhdəsindən ela gəlir. Bir neçə testdən sonra psixoloq Rəhmanın əl motorikasının yaxşı inkişaf etdiyi və zəngin təfəkkürünün olduğu qənayətinə gəlir. Lakin, onun daxilən çox həyəcanlı və təlatümlü bir insan olduğu üzə çıxır. Özünü arxayın hiss etməyə ona qorxu imkan vermir:

- Rəhman, sən məktəbə getmək istəyirsən?
- Yox!
- Niyə?
- Çünkü məktəbdə dərslər daha çətin olacaq. Tapşırıqların isə sayı çoxalacaq. Bir də iki almaqdan çox qorxuram.

Maraqlidir ki, Rəhmanın inkişaf səviyyəsi birinci sinifin tapşırıqlarının öhdəsindən gəlməyə tam imkan verir. Bəs onun qorxudan səbəb nədir?

Psixoloq ehtimal edir ki, bunun səbəbi evdədır.

- Rəhman, səni evdə çox danlayırlar?
- Bəli. Məni atam hətta qayışla döyür.-bu sözləri deyəndə balacanin gözləri yaşarır.
- Niyə axı səni danlayıb, döyürlər?
- əgər mən nə isə düz yazmasam və ya anamdan çox şey soruşsam o dəqiqə danlanıram.
- Bəs səni tez-tez tərifləyirlər?
- Çox nadir hallarda. əgər özümü yaxşı aparıramsam.

Bağçada Rəhman özünü nümunəvi aparır. Tərbiyəçilər də ondan razıdırlar. 3 yaşında o daha hərərkətli və dəcəl idi, şən və hazırcavablığı ilə seçilirdi. Indi isə bu balaca oğlan küncə sıxışdırılmış fağıra bənzəyir və daim gərginlik içindədir.

Psixoloq balaca ilə xeyli söhbət etdi. Ona başa saldı ki, birinci sinifdə nəinki iki, ümumiyyətlə qiymət qoymurlar. Hətta birinci sinifin materiallarından bir neçəsini də həll etdilər. Nə çətin tapşırıqların öhdəsindən Rəhman rahatlıqla gəldi. Psixoloq Rəhmanı verdiyi cavablara görə "4” və "5” lə qiymətləndirdi və onun çox ağıllı, bacarıqlı olduğunu dedi. Və məsləhət gördü ki, bir balaca ürəkli olsun, özünə inansın.

Məncə biz hamımız bunu etməliyik. Atdığı ilk addımlarda övladımızın  yanında olmalı, daim dəstəkləməli və nəbadə tahqir və tənbeh etməliyik. Çünkü o hələ çox balacadır. Deməlı, uşağımızın oxumağa və öyrənməyə həvəsli olub-olmaması bir başa bizdən asılıdır.     

Nərgiz Məmmədzadə
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 840
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri