İntizamı necə yaradaq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 968
Səs ver:
(səs: 3)
Dəcəllik etmək olmaz!...
Uşaqlarda nizam-intizam. Əlbəttə ki, bütün valideyinlər uşaqlarının öz ayaqları üzərində dayanan bir fərd olduğunda onun özünə nəzarət edə bilməsini, qarşısına çıxa biləcək hər bir çətin vəziyyətlərdə çətinliklərlə başa çıxa bilməsini arzulayırlar. Bu səbəblə ailələr, kiçik yaşlardan etibarən uşaqlarını müəyyən bir nizam- intizama öyrədir. Ancaq bunu edərkən bəzən uşağı son dərəcə ciddi qadağalar içində və ya da tam əksinə olaraq uşağı həddindən artıq sərbəst böyüdürlər. "Valideynlərin ən çox şikayət etdikləri mövzulardan biridir, övladlarının nizam- intizamı." Bunu dəqiqliklə araşdıran cox pedaqoq -psixoloqlarımız bir sıra nəticələrə gəlmişlər. Bu barədə cox ibrətverici və nəsihətamiz kitablar yazmışlar. Doğurdanda maraqlıdır, nədir nizam-intizam, necə olmalıdır? 'Uşağı intizamlı böyütmək'"deyincə nə başa düşməliyik? İntizam, uşağa yalnız bizim təyin etdiyimiz sərhədlər içində davranma icazəsidirmi,

yoxsa onun öz araşdırmalarınından irəli gələn " belə olar, beləsə olmaz "lardan irəli gələn nəticələrdirmi?.  

Valideynlərin ən çox şikayət etdikləri mövzulardan biridir düzgün nizam- intizam, təlim-tərbiyə nədir?; '' Uşağıma düzgün tərbiyə verə bilmirəm, çox intizamsızdir, davranışlarına sərhəd qoya bilmirəm. Neyləməliyəm?                                                        

Gəlin biraz dərindən düşünək.

Uşaqlarımıza sərhəd qoyarkən doğru cümlələri doğru yerdə istifadə edə bilirikmi? Istəklərimizi onların anlaya biləcəyi dəqiqlikdə anlada bilirikmi? Uşaqların azadca ətrafı araşdırmaya istiqamətlənən impulsları vardır. Amma eyni zamanda davranışlarının zaman-zaman relsdən çıxmasına da gətirib çıxarar bu impulsiv hərəkətlər. Onlarda bəzən bilməyərəkdən yalnış hərəkətlərə yol verə bilərlər. Bu vəziyyətdə ailələr, uşağın inkişafı üçün mütləq lazımlı olan ifadələrdən, (kobud rəftar etmədən) onları incitməyəcək şəkildə istifadə edərək hər bir düzgün olmayan hərəkətlərinə istiqamət verməli davranışlarına nəzarət ede bilmelidirlər.Ailələrin, uşağa sərhəd qoyma mövzusunda diqqət yetirməsi lazım olan əsas ana qaydanı hər bir valideyin bilməli və unutmamalıdır; Hər zaman səbirlə və təmkinlə yaranan hadisəyə münasibət bildirməliyik ki, övladımızı doğru yola çəkə bilək. Əvvəlcə, qoyulacaq qadağa qısa və dəqiq şəkildə söylənməlidir. Yəni əgər uşağın oyuncaqlarını yerə atmasını istemirsinizsə, bu birbaşa olaraq'' oyuncaqlarını yerə atma" şəklində dəqiq və qısa cümlələr qurularaq bu izah edilməlidir.Bu vəziyyətdə uşaqğa, "dəcəllik etmə"olmaz, kimi qısa və mənası aydılaşdırılmamış, sərhədləri dəqiq olmayan qadağalar qoymaq, istədiyiviz nəticəni əldə etməyinizə mane olar. Hər zaman uşağımızın yerinə özümüzü qoymalı, onunla həmsöhbət olub əhvlərinə valideyin kimi yox, dost kimi yanaşmalı, məsləhət verməliyik...

Günel Şəfiyeva
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 1 968
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri