Övladlarımız arasında münaqiəşəyə necə qaydaya salaq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 1 869
Səs ver:
(səs: 1)
Uşaqlıqda hamımız bacı-qardaşlarımızla dava edib, sözləşmişik. Psixoloqların fikrincə, insanın bir şəxsiyyət kimi formalaşmasında uşaqlıq illərinin, əsasən də bacı-qardaş münasibətinin böyük rolu var. Psixoloqlar bacı və qardaşları siblinq adlandırırlar. Maraqlıdır ki, ailədəki uşaqlar çox nadir hallarda mehriban olurlar. Onlar arasında daim valideyn diqqəti, məkan və əşyalar üstündə "dava” gedir. Ailədə bir və ya daha artıq uşaq varsa, bu o deməkdir ki, istənilən xırda bir qığılcım böyük alova səbəb ola bılər. Psixoloqlar deyirlər ki, uşaqlar arasındakı konfliktin mənbəyi rəqabət və qısqanclıqdı. Hər bir uşaq üçün ana və ata çox önəmlidir. əgər  valideynlərin diqqətini övladlardan biri çox məşğul edirsə, o birisi "rəqibi” aradan götürməyə və ya cəzalandırmağa çalışacaq. Öz aralarında rəqabət apararaq balacalar bir növ həyat məktəbi keçirlər: liderliyə can atırlar, sövdələşirlər, hətta ortaq bir məxrəcə gəlirlər. Bu halda valideyn yalnız kənardan müşahidə etməlidir. Böyüklər uşaqların "davalarına” ancaq məsələ ciddiləşərsə müdaxilə etməlidirlər. Bu zaman davakarları ayırmaq və kimin doğru, kimin yalnış olduğunun fərqini varmadan hərəsini bir güncə (otağa) qoymaq lazımdır. Digər vaxtlar isə böyüklər daha yaxşı olar ki, qarışmasınlar. Bu balacaların qısqanclıq hissini daha da dərinləşdirə bilər. əgər övladlarınızın mübahisəsi getdikcə kəskinləşirsə və onlar artıq əlbəyaxadılarsa – hər ikisini danlamaq və cəzalandırmaq lazımdır. Böyük balacanı vurubsa, balaca böyüyü dişləyibsə, nəbadə günahkarı cəzalandırıb, zərərçəkənə yazığınız gəlsin. Imkan verin onlar səhvlərini özləri anlasınlar. Balacalar sakitləşəndən sonra  isə situasiyanı onlara izah etmək və tərbiyəvi məsləhətlər vermək olar.      

Valideynlərə məsləhət:
övladlarınıza başa salın ki, onların hər ikisi münaqişəyə görə məsuliyyət daşıyırlar. Onlar hər hansı birinin tərəfini tutmayın. Davanı başlamağa iki adam lazımdırsa, onu yatızdırmağa bir adam kifayət edir.
münaqişəni kimin başladığını aydınlaşdırmağa çalışmayın. Bu məsələni daha da qızışdıracaq. Sizin üçün onların hər ikisi günahkardılar.
problemi həll edərkən hakim qismində çıxış etməyin. Sadəcə tərəfləri bir-birindən uzaqlaşdırın.
qoyun onlar sizə şikayət edib, dərdlərini desinlər. Siz daim uşaqların problemlərindən agah olmalısınız.
münaqişədən sonra da tərəfləri nəzarətdə saxlayın. Imkan verməyin ki, kiçik bir anlaşılmazlıq onların bir-birilərinə nifrət etməsinə səbəb olsun.

Övladlarının hər xırda məsələyə görə mübahisə etməsini istəməyən valideynlərin nəzərinə:
Çalışın imkan daxilində hər uşağın evdə öz küncü olsun. Bu onlara öz "sərhədlərini” qorumağı, özgəninkinə isə hörmət etməyi öyrədəcək. Bir şeyi unutmayaq ki, balacalar biz böyüklərdən öyrənirlər. Biz özümüzü əsəbləşərkən necə aparırıqsa, övladlarımızda o cür edirlər. Ona görə də ilk növbədə özümüzü hirsli olarkən idarə etməyi öyrənməliyik. Axı biz uşaqlar üçün örnək olmalıyıq. Hirsli balacanı qəzəb içində də qoymaq olmaz. Siz ona təklif edə bilərsiniz idmanla məşğul olsun, rəqs etsin, yəni fiziki işlə başını qatsın. Ailə daxili gərginliyi aradan qaldırmağın ən asan və gözəl yolu hamının bir yerdə əylənməsidir. Çalışın ailənizlə birgə çox vaxt keçirəsiniz ki, xırda xoşa gəlməz münaqişələr də olmasın. Ən mehriban ailə məhz sizdə olsun!

Nərgiz Məmmədzadə
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 1 869
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri