Uşağa deyiləcək 7 cümlə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 160
Səs ver:
(səs: 0)
Uşaqlarımıza onları nə qədər sevdiyimizi söyləməyimiz mütləqdir. Lakin "Səni sevirəm” cümləsi qədər də təsirli və vacib olan daha başqa cümlələr var. Psixoloqların uşaqlara hər gün söyləməli olduğu həmin 7 cümləni təqdim edirik.

"Sənə inanıram”
Bu cümləni ona hər gün, hər situasiyada söyləmək, uşaqda güc və özünəinam formalaşdırır. Ən çətin anlarında sizin bu cümləniz mütləq onun köməyinə gələcək;

"Hər kiçik səhvində nələrisə öyrənməlisən”
Uşaq evdə hər hansı əşyanı sındıranda, nələrisə dağıdanda,  otağın səliqəsini pozanda onu danlamaq əvəzinə, hər bir valideynin deməli olduğu cümlə məhz budur: "bu əşyanı qırdın, səhvə yol verdin, lakin bunu etməklə sən nəyisə öyrəndin”.

"Əsla vazkeçmə!”
Bir valideyn olaraq hər gün, tez-tez söyləməli olduğunuz daha bir cümlə də budur! Lakin ona vazkeçməməyi söyləyərkən, bir məqamı da başa salmalısınız ki, məqsədə doğru gedərkən, manelərlə qarşılaşanda digər alternativ üsullar və yollar aramaq lazımdır.

"Hər kəs başlanğıcda səbirsizdir, sənin kimi”
Bu fikri də uşaqlara başa salmaq lazımdır ki, bir işə başlarkən səbirli olmalıdırlar. Tələskənlik yanlış yola apara bilər. Hər bir qələbənin arxasında güclü iradə və səbrin durduğunu onlara aşılamaq lazımdır.

"Bacarıqsızlıq qorxulu bir şey deyil”
Uşaqlar tez-tez nəyisə bacarmamaqdan qorxarlar. Ancaq valideynlər onlara izah etməlidirlər ki, bacarıqsızlıq heç də ciddi bir problem deyil. Əksinə gələcək uğurlara aparan yoldur. İnsan bir işdə bacarıqsız olarsa, üzərində daha çox işlər və nəticədə uğur qazanar.

"Yaşayaraq öyrənəcəksən”
Uşaqlarımıza həyatı yaşayaraq öyrənəcəklərini hələ kiçik yaşlarından aşımalıyıq. Çünki onlar böyüdükcə həyatın qarşılarına çıxardıqları bütün çətinlik və problemlərindən qorxmamalı, yaşayaraq daha təcrübəli olub, onları asanlıqla çözə biləcəklərini bilməlidirlər.

"Güvəndəsən və səni çox sevirik”
Nədənsə bütün uşaqların sevgi və güvənə daha çox ehtiyacı olur. Odur ki, əziz valideynlər, hər gün, gündə bir neçə dəfə bu cümləni təkrarlamaqdan yorulmayın, balacanızı bu sözlər ilə xoşbəxt edin. O, inanmalıdır ki, istənilən halda – səhv və doğru olduğu tədqirdə də siz onun yanındasınız!

Aygün Quliyeva
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 160
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri