Uşaqlarda 7 yaş krizi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 331
Səs ver:
(səs: 0)
7 yaşlı uşaqda yaşanan psixoloji kriz 3 yaşlı uşaqdakı kimi ani davranış dəyişikliyi ilə müşahidə olunur. Bu dönəmdə uşaqlar yetkinlərin tapşırıqlarını eşitmir, müəyyən edilmiş cizgiləri, qadağaları aşa bilirlər. Çox vaxt bu uşaqlar məktəb dövrünə başladıqlarından bağlı bu cür davranırlar.

Nəzərə almaq lazımdır ki, uşaq psixologiyası çox mürəkkəb və proqnoz edilməyəndir. Ola bilər ki, bu kriz dövrü 5-6 yaşda və ya 8-9 yaşda yaşansın. Ümumiyyətlə krizin yaşanma səbəbi uşağın öz gücünü şişirtməsi ilə əlaqədardır.

Bəs bu kriz özünü nədə göstərir?
Bu yaşda uşaq tez yorulur, əsəbi, gərgin olur, izah olunmayan hirs və qəzəb nümayiş etdirir. Məhz bu fərqlikləri görəndə diqqəti artırmaq lazımdır. Amma ola bilər ki, kriz vaxtı uşaq əksinə özünə qapanmış olsun. Böyüklərə bənzəməyə çalışsın, özünə inamsız olsun. Müşahidə edilsə, görmək olar ki, oyunlara diqqət azalır. Bu təbiidir. Çünki dərs oxumağa zaman sərf olunmağa başlayır. Uşaqlar bu dövrdə öz hisslərini tanımağa başlayır, hisslərinin hansı səbəbdən doğduğunu anlamağa başlayır. Bu yaşda olan uşağın təssəvvürlərindəki "Mən" idealdan fərqlənirsə, bu onun üçün faciəyə çevrilir.

Bir müddət öncə, yəni hələ körpə olarkən o, diqqət mərkəzində idi və hamıdan gözəl, yaxşı idi. Amma indi 7 yaşlı uşaq bunun həqiqətənmi belə olduğunu aydınlaşdırmalıdır. Aydınlaşdırmaq üçün o kənardakıların reaksiyasına diqqət edir.

Valideynlər diqqət etməlidir:
Bu dönəmdə uşağın özünü qiymətləndirməsi stabil deyl. Bəzən özünü qiymətləndirmə həddindən artıq yüksək, bəzən isə heç bir səbəb olmadan həddindən artıq aşağı olur. Hər iki hal uşağa mənfi təsir edir. Uşaq ya özünəqapalı, ya da hiperaktiv olur. Bu dönəmdə uşaqlar çox tez böyüməyi, dünyanı dərk etməyi arzulayırlar. 7 yaşlı uşaqların kumirləri yaranır, bu kumirlərə bənzəməyə çalışırlar, özü də onlar təkcə yaxşı xüsusiyyətləri yox, həm də pis xüsusiyyətləri təkrarlayırlar.

Valideyn uşağa özünə inamı qorumaqla gücünü düzgün qiymətləndirməyə kömək etməlidir. Çalışmaq lazımdır ki, uşağın qabiliyyətlərini hamısı birlikdə qiymətləndirilməsin, ayrı-ayrı elementləri dəyərləndirmək lazımdır. Uşağı inanadırmaq lazımdır ki, bu gün alınmayan hansısa fəaliyyət gələcəkdə mütləq alınacaq. Belə olduqda uşaq özünü obyektiv qiymətləndirəcək və özünəqarşı məyusluq duymayacaq.

Məktəbə münasibətiniz övladınıza da ötürülür. Əgər siz məktəbə qarşı neqativ münasibətdəsizsə, övladınız da bu cür münasibəti yaşayacaq. Panikaya düşəcəksizsə, o da düşəcək. Qıcıqlanacaqsızsa, o da qıcıqlanacaq. "Bizim vaxtlarda dərslər belə deyildi, indi çox çətindi." "Müəllim heç nə bilmir, onun heç nədən başı çıxmır" kimi kəlmələr işlətməklə balacanızı məktəbdən "soyudacaqsız". Övladınızı maarifləndirmək üçün müəllimə kömək edin. Məktəbin qaydalarına riayət etməyə öyrətmək vacibdir ki, gələcəkdə onun cəmiyyətin qaydalarına uyğunlaşması prosesi asan olsun.

Realist olun. Uşağı zorla dəyişməyə, ideal etyməyə çalışmayın. Uşaq robot deyil, yorula bilər, çaşa, səhv edə bilər. Onun əlaçı, qırmızı diplomlu olacağını arzulamaq gözəldir. Amma bunu məcburən, gərginlikdə saxlamaqla həyata keçirmək olmaz.  

Nə ilə maraqlanmaq lazımdır?
Məktəbdən gələn uşağa "məktəb necə idi, qiymətlər necə oldu?" soruşmaqla yanaşı, onun məktəb həyatı barədə maraqlanmaq lazımdır. Kiminlə dostluq etmək xoşuna gəlir, müəllim onunla necə davranır kimi həyatı məsələlərinə də önəm vermək lazımdır. Öz məktəbli zamanlarınızdan, çətinliklərinizdən danışın, məktəbli şəkillərinizi göstərin ona. Övladınızı diqqətlə dinləyin və məktəbli zamanında yaşadığınız həyəcanlarınızı bölüşün.

Övladınızı necə var elə də sevin. 7 yaşlı uşağın özünəgüvəni formalaşır. Sizin gücünüz çatacaq ki, övladınız özünəgüvənməyi, özünü sevməyi, öz gücünə inamağı bacarsın. Əgər siz dayanmadan onu müxtəilf dərnəklərə apararaq, gecə-gündüz dərs əzbərləməyə məcbur edəcəksizsə, o elə anlayacaq ki, o pis qiymət alsa, dərslərini yaxşı oxumasa, uğurları olmasa onu valideynləri sevməyəcək. Hər zaman, hər cür vəziyyətdə ona dəstək olacağınızı bilməli, uğurların isə onun həyatını asanlaşdıracağını bilməlidir.

Səma Abiyeva
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 331
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri