Uşaqlara xarici dil

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 425
Səs ver:
(səs: 5)
Psixoloqlar, valideynlərin uşaqları ilə birlikdə özlərinin, ya da ətrafdakılarının ana dili olmayan bir xarici dil ilə münasibət qurmaya çalışaraq, onlara bu dili öyrətməsinin mümkün olmayacağını vurğulayırlar. Bunun səbəbini isə belə açıqlayırlar:"Misalən bir Azərbaycan ailəsi Azərbaycanda yaşayaraq, özlərinin də xarici dil olaraq bildikləri ingilis dili ilə uşaqlarıyla danışmaqları çox vaxt uğursuz nəticələnir. Çünki uşaq ev içində və çöldə (tv, qo um, dost və s.)  hər an ana dili olduğunu anlayır. Bu səbəblə də valideyn başqa dildə danışdıqda uşaq bunun tez fərqinə varır və bu dili qəbul etməyi rədd edir. Çünki uşaq öncə valideynləri ilə  həqiqi və məna boşluğu olmayan bir münasibət içində olmaq istəyirlər. Qısası, uşaqların dillərin qurma və ya təbii bir biçimdə istifadə edildiyini ayırd etmə bacarıqları var. Ancaq məktəbdə aldığı xarici dilin bir fənn olduğunun fərqinə varır və o tədrisə müsbət qarşılıq verir. Bir uşaq o dilin ana dili olaraq danışılmadığı bir ölkədə belə uyğun şəraitdə və vasitələrlə birdən çox dil qavraya bilər. Uşaq beyni dillər qarışdirmadan qavramaya proqramlıdır, yeteəki, biz xaricdən yalnış müdaxilə edib bu proqramı qarışdırmayaq.

Uşaqla münasibətlərinizə diqqət yetirin
Psixoloqlar ata-anaların xarici dil öyrənən uşaqla yaxın və dostyana münasibət qurmalarının tərəfdarıdırlar. Misal" məktəbdən yenicə gəlmiş,dincəlməmiş,günün yorğunluğu içində uşağa," bugün ingilis dili dərsindən nələr öyrəndin, danış görək" demək, işdən gələn bir valideynə "bugün iş yerində nələr oldu?  hamısını danış!" deməyə bərabərdir. Uşağını anlayan valideyn bu duyğunu təxmin edə bilir və sual şəklini dəyişdirə bilir. Onun əvəzinə uşağın əvvəl isti evində dincəlməsini, rahatlanmasını, daha sonra söhbət əsnasında özünün gün içində nələr etdiyini dolayı olaraq danışıb, " ümid edirəm sən də gözəl bir gün keçirtmisən" deyərək söhbət mövzüsu aça bilər. Çox klassik bir misal amma tanışların yanında " canım ingiliscə danış eşitsinlər", ya da yad qonaqların yanında "ingiliscə danış, eşidək!" demək, uşağıyla arasındakı yaxın münasibəti yox edər və davamlı sınanma uşağı yorur, o dilə qarşı "antipatiyanın" artmasına yol açar.

Dil qavramasına nələr təsir göstərir?
 Uşağın  dil öyrənməsinə təsir edən faktorları psixoloqlar belə sıralayırlar:" Bir insana xarici dil öyrənərkən, onun yaşı, kişiliyi, öyrənmə vasitələri, xəyal gücü

və ən vacibi qavrama bacarığı mühüm təsirlərdir.

"O çox asanlıqla varici dil öyrənir" deyə tanıdığınız bir çox insanın qavrama gücü yüksəkdir", ya da "nə etsəm öyrənə bilmirəm, dilə qabiliyyətim  heç yoxdur" deyən bir çox insanın qavrama bacarığı zəifdir.
Qavrama bacarığı dedikdə, tərcüməsini tapa bilmədiyiniz bir terminin, istedadınız, ağlınız, dünya görünüşünüz vasitəsilə əvəzedicisini tapmaq nəzərdə tutulur. Erkən yaşda dil tədrisinə başladığına baxmayaraq, utancaq xasiyyətli, qavrama gücü zəif bir uşaq, o dili digərlərinə nisbətən daha zəif qavrayacaq və istifadə edəcək".
 
Yeganə Quliyeva
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 2 425
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri