Məktəbli ilə rəsm çəkirik

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 646
Paylaş:
Səs ver:
(səs: 1)
Rəsm çəkmə bacarığına yiyələnmək övladınızda ən əsas olaraq yaddaşı inkişaf etdirir. Bundan başqa şəkil çəkmək prosesi, diqqət, xırda motorik inkişaf-uşağı düşünməyə və təhlil etməyə, tutuşduraraq ölçməyi və müqayisə etməyi, yazmağı və təsəvvür etməyi öyrədir. Onu əhatə edən dünyanın predmetlərinin formalarının müxtəlifliyi, müxtəlif ölçülər, rənglərin çalarlarının müxtəlifliyi, məkan işarələri körpənin lüğətinin zənginləşdirilməsinə bilavasitə imkan yaradır.

Təsviri fəaliyyət prosesində uşağın əqli və fiziki fəallığı bir-biri ilə daha da möhkəm uzlaşır. Hər hansı bir rəsm əsərini çəkmək üuuml;çün uşaq müəyyən bilik və bacarıqlara yiyələnərək şəkilin yaradılması üçün fikrini toplamalı, diqqətlə çalışmalıdır. "Zehni qabiliyyətin inkişafı və uşaqlarda bacarığın əsas mənbələri — onların barmaqlarının uclarında" olduğunu bilirik. Təxəyyül, təsəvvür və fantaziya qabiliyyətlərinə malik olmaq uşaq üçün ən əhəmiyyətli məsələrdəndir. Təxəyyül (təsəvvür) və fantaziya kimi psixoloji anlayışlar uşağın  5 yaşından 15 yaşına qədərki dövründə daha intensiv olaraq formalaşır.

İncəsənət məktəbinə  6-7 yaşında olan uşaqları qəbul edirlər. Çünki bu yaşdan başlayaraq uşaqlar konkret əşyalar çəkə bilirlər.

Uşağa çəkməyi-rəsmi necə öyrətməli?
- Uşaqla birlikdə abstrakt şəkillərdə tanış predmetləri ayırd etməyə cəhd edin.
Məsələn, əgər uşaq hər hansı dəyirmi (girdə) formanı çəkərsə, onun fikirlərini yönləndirməyə çalışın: "Bu topdur". Daha yaxşı olarki çəkilən rəsmin nə olduğunu onun özündən soruşasınız. Bu zaman sualda gizlin cavabıda verməyə çalışaraq soruşun: "Bu topdur?" ( və ya: "bu nədir? almadır?"). Bir müddətdən sonra uşaq, yenə təsadüfü olaraq analoji fiquru çəkib, artıq özü onun top və ya alma olduğunu söyləyəcək.

- Uşağa tapşırıq vermək mütləqdir.
Uşağınızın bədii yaradıcılıq işinə, çəkdiyi rəsmə diqqətlə baxın. Əgər o rəsm işində ancaq abstrakt şəkillərlə məhdudlaşdırılırsa, onda onun qarşısında konkret məsələ qoymaq lazımdır: "gəl fil çəkək". Daha çox gec uşağın şəkilləri təsvir edilən obyektlərə az oxşayacaqlar:Müəyyən olunmuş, yəni arzu edilən obyekt təsvir edilən obyektdən fərqlənərsə üzülməyin. Çünki uşaqların rəsm çəkmə texnikasına alışması çox uzun zaman alır.

- Kontur üzrə (nöqtələri birləşdirərək) rəsm çəkməyi uşağa öyrədin.
Bir, iki və ya üç böyük hissədən ibarət olan sadə predmetlərdən ibarət olan rəsm əsərinin çəkilməsi vaxtı kontur üzrə birləşdirilmə işi çox rahatdır. Top, armud, kök, kibrit qutusu, gəlincik boşqabı, xəkəndaz, çiçəklər, rezin ördək, üçbucaq-kvadrat kimi sadə fiqurlar, balaca ayı bunun üçün tamamilə uyğun olan obyektlərdir.

- Emosiyalarınızı rənglərlə ifadə etməyə çalışın.
  Balacaların boyalarlar, rəngli qələmlər və flamaterlərlə rəsm çəkməyi onlara xüsusi zövq və maraq verir. Bu proses uşağın inkişafı üçün çox faydalıdır. Düzgün yönləndirildiyi zaman çəkdiyi şəkli boyayaraq əhval-ruhiyyəsini, hissini inkişaf etdirir, uşaq boyama işi ilə öz emosional vəziyyətini ifadə etməyə başlayır.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 646
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv