Uşaq televiziyaya nə qədər baxmalıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 849
Səs ver:
(səs: 6)
Uşaqlar, xüsusilə tətillərdə vaxtlarının çoxunu televiziya və kompüter qarşısında keçirirlər.Bu hal əslində uşaqların inkişafına mənfi təsir edir. Televiziya bir ünsiyyət vasitəsidir. Uşağın bir tərəfdən xəyal gücünü bəslərkən, bir tərəfdən də onu getmədiyi yerlərə aparıb ona görmədiklərini göstərir, öyrədir. Ancaq televiziyanın həddindən artıq izlənməsi uşaqlarda özünə qapanmadan, sosial inkişaf gərginliyinə qədər bir çox istənilməyən nəticələr doğurur.

2 yaşından əvvəl uşaqlarin televiziya izləmələrinin onlara  heç bir xeyri olmayacağı kimi sadəcə zərəri olacaq.
0-2 yaş körpəlik dönəmidir. Bu dönəm körpənin ən çox insan münasibətinə ehtiyacı olduğu vaxtdır. Bu zaman kəsiyində televiziya qarşısında buraxılan körpələrdə inkişaf zəifliyi görülməkdədir.Televiziya qarşısında keçirilən vaxt uşaq orqanizimində durğunluq yaranır. Üstəgəl televiziya hansı məsafədən baxılması da vacibdir. Bu məsafə minimum 2 m olmalıdır. Ayrıca televiziyadakı  hər proqram da uşaq üçün uyğun olmadığından uşağın nəzarətsiz bir şəkildə televiziyaya baxması onun yalnış şeylər öyrənib, qorxularını inkişaf etdirməsinə, ya da şiddətə yönəlməsinə səbəb ola bilər.
1-2 saat izləməli

Ana-ataların uşaqların kompüter və televiziya istifadəsini tarazlaşdırmağı gərəklidir. Görüləsi işləri bunlardır:
Valideynlərin uşaqların kompüter və televiziya istifadəsini tarazlaşdıra bilmələri üçün sərhədlər qoymaları və bu sərhədləri  həyata keçirmələri gərəkdir. Uşağa müəyyən olunmuş bir vaxt televiziya izləməsi üçün icazə verilməsi və o vaxt dolduğunda uşağın bütün etirazlarına baxmadan televiziyanın söndürülməlidir. Evdə televiziyaya  baxma saatlarının müəyyən olunması lazımdır. Ailənin bir yerdə olduğu yemək vaxtlarında televiziyanın açılmamasında fayda var. Əgər evdə uşaq otağı deyilən ayrıca bir otaq varssa uşağın təkidlərinə baxmayaraq həmin otağa televizor qoymayın. Bu onu televiziyaya meyl etməkdən qurtaracaq.
Ana-ataların uşağın nə qədər televiziyaya baxacağına və baxdığı müddət ərzində nələr öyrəndiyinə nəzarət etməlidirlər. Valideynlərin uşaqlarının nəyə baxdığını bilməsi, uşaqları ilə  həm münasibət  qurmalarına, həm də münasibətlərini inkişaf etdirməyə kömək edir. Zaman-zaman uşağın baxdığı verilişləri birlikdə izləmək və bu verilişlər  haqda danışmaq, uşağın sosiallaşmasına, münasibət qurma bacarıqlarını inkişaf etdirməsinə kömək edər. Beləcə televiziya uşağın, qarşısında təkləşdiyi və yadlaşdığı vasitə olmaqdan çıxar.
Kompüter və televiziyaya gün ərzində 1-2 saatdan artıq vaxt ayrılmamalıdır. Uşaq daha çox tək olanda bu vasitəyə yönəlir. Televiziyanın mükafat ya da cəza vasitəsi olaraq istifadəsi, valideynin məşğul olduğu vaxtlarda televiziyanın bir qurtuluş vasitəsinə çevrilməməsi gərəkdir. Çünki belə bir vəziyyət birlikdə vaxt keçirtmək üçün  hər  hansısa plan tərtib etmənizə də mane olar. Uşaqların sağlam vərdişlər inkişaf etdirməsində ana-ataların nə deyəcəklərindən çox nə etdikləri, uşaqlara necə örnək olduqları daha təsirlidir. Bu səbəblə də ana-ataların uşaqlarına aşılamaq istədikləri vərdişləri əvvəlcə öz gündəlik yaşamlarında tətbiq etmələri gərəkdir. Belə ki, evdə saatlarla açıq olan televizor qadağan olunanda uşaqda kəskin reaksiya verə bilər. Demək valideynlər də gərəksiz yerə televiziya qarşısında vaxt keçirməməli və ya baxılmayan vaxtlarda televiziya söndürülməlidir.
Televiziya və kompüter başında vaxt keçirtmək yerinə uşağın dostları ilə birlikdə olması onlarla oyunlar qurması, özlərinin üzərində razılığa gəldikləri qaydalar çərçivəsində vaxt keçirtmələri onların yaxşı inkişafı deməkdir. Küçə oyunları da uşağın sosial və duyğusal inkişafına kömək edir. Bu oyunlar üçün də uşaqlar müəyyən olunmuş qaydalara görə  hərəkət etmək və qrup içində  həm öz   şəxsiyyətini vurğulamaq, həm də dostlarına görə davranış inkişaf etdirməli olurlar. Bu da onların sosial bacarıqlarını inkişaf etdirir.
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 2 849
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri