Uşaq piramidası ilə oyun

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 460
Paylaş:
Səs ver:
(səs: 1)
Bir çox valideynlərin uşağın piramidası ilə nə edəcəklərini və necə oynayacaqlarını anlamadığı hallar olur. Onun əsas gövdəsi və halqaları muxtəlif şəkildə ətrafa səpələnmiş olur və balaca heç cür oyunun qaydasını anlaya bilmir. Bəs uşağı bu oyuncaqla oynamağa necə öyrətmək olar?

Məsələni asanlaşdırmaqdan başlayın. Hər şeydən istifadə edə bilərsiniz – hər hansı bir plastik butulkadan və ya ketçup qabından. Onlardan nazik halqalar-  eni 1.5 sm çox olmayan halqalar kəsin. Bundan sonra körpəyə nazik (iti uclu olmasın) çubuq verib, ona hazırlanmış halqaları "geyindirməyi” təklif edin.  Əgər əlinizin altında iti olmayan çubuq yoxdursa, diametri halqalardan kiçik olan hər hansı bir plastik butulka verin.

Əldəqayırma oyuncaq nə ilə yaxşıdır? Birincisi çubuğu əldə saxlamaq olar. Ondan fərqli olaraq piramida mütləq yerə qoyulmalıdır.  Əgər körpə asanlıqla çubuqla olan formanı oynaya bilirsə, onda ona eyni müvəffəqiyyətlə divarda olan qarmağa da halqaları sala biləcəyini göstərin. Belə qarmağı çarpayısının başlığına və ya uşağın əli çata biləcək hər hansı başqa yerə vura bilərsiniz. Daha yaxşısı siz belə qarmaqları bir yox bir neçə dənə edəsiniz ki, uşaq halqaları çox qarmağa salmağa çalışsın. Bu körpənizin çox xoşuna gələcək.

Uşağa piramidanı yığmağı necə öyrədək?
əgər siz istəyirsinizsə ki, çubuqdan başqa ipə də halqa salmağı bacarsın o zaman nəzərə alın ki bu heç də tezliklə olmayacaq. Asanlıqla sala bilməsə də çıxarmaq onda çox yaxşı alınacaq. Ona necə salınacağını göstərin, o isə haqlaları bir-bir çıxarsın. Bu arada halqaların əvəzinə dairəvi ortasında deşik olan hər şeyi istifadə edə bilərsiniz – iri makaronlar, sırğalar.

Müəyyən müddət keçdikdən sonra belə sadə, lakin çox faydalı məşğələlər keçirdikdən sonra uşağın barmaqları möhkəmlənəcək. Və bundan sonra ona əsl piramida ilə oynamağı təklif edə bilərsiniz. Ancaq unutmayın ki, ilk dəfə oynayanda uşaq haqlaları sıra ilə salmaya bilər buna görə hirslənməyin. Zamanla o hər şeyi düzgün etməyə başlayacaq.

Yaqut Abiyeva

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 460
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv