Övladlarınızı vurmadan da intizam öyrədə bilərsiniz

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 990
Paylaş:
Səs ver:
(səs: 0)
Uşaqları vuraraq intizam öyrətmək təəssüf ki, günümüzdə də cəmiyyətdə qəbul olunan bir tərbiyə metodu hesab olunmaqdadır. Hətta, bəzi valideynlər uşağı vurmadan onu tərbiyələndirməyi təsəvvür belə edə bilmir. Apardığımız araşdırma zamanı uşaqları vuraraq intizam öyrətməyin mümkünsüz olduğu nəticəsinə vardıq. Onların özlərini pis hiss etməsi daha tərbiyəli olmaları üçün motivasiyaedici deyil. Fiziki şiddət tətbiq etmək onların öyrənməsini, sosial və məsuliyyət sahibi insan olmasını əngəlləyə də bilər. Uşaqların tərbiyəsi zamanı fiziki şiddətə yox, alternativ variantlara əl atmaq lazımdır. Fərqli mənalar ifadə etsələr də, uşaq tərbiyəsi zamanı intizam və cəzalandırma çoxları tərəfindən qarışdırılır. Cəza bir şəxsin səhv hərəkəti nəticəsində ona tətbiq edilən sərt və islahedici müdaxilə olaraq ifadə olunur. İntizama gətirmək isə öyrətmək anlamına gəlir. Bu halda uşaqlarınızı vuraraq sadəcə şiddət, qorxu və onları vuranlara qarşı güvənin itməsi kimi şeyləri öyrətmiş oluruq. Bir çox ailə hörmətcil, məsuliyyət sahibi olma kimi xüsusiyyətləri övladlarına sevgi ilə öyrətməyə çalışır. Hamımız uşaqların gördüklərini təqlid etmə yolu ilə öyrənmələrinin daha asan baş verdiyini bilirik. Vurmaq isə yaxşı bir davranış olmadığına görə, onu vuraraq necə yaxşı bir insan olmasını gözləyə bilərik ki?
Vurmaq cəzadır, intizama salmaq deyil! Cəzalandırmaq isə pis davranışlar yerinə, nə etməli olduqları ilə bağlı uşaqları bilgiləndirmir. Cəza uşaqlara öz etdiyi səhvdən daha çox, onlara qarşı edilən şiddəti düşündürür. Əgər bir uşağı pis davranışları təkrarlamaqdan uzaqlaşdıran tək şey cəza olarsa, onda bu uşaqlar böyüdüklərində və onları cəzalandıracaq heç kəs olmadıqda onlardan özlərini düzgün idarə etməyi gözləmək düzgün olmaz. Pis bir hərəkət etdikdə uşaqları vurmağınız onları bu şeyi etməkdən daşındırmaz, onlara daha gizli olmağı, yalan və başqa metodlarla etdiklərini gizlətməyi öyrədər.
Uşaqlara fiziki şiddət göstərmək təkcə onların bədənlərinə deyil, onların ürəklərinə və ağıllarına da zərər verir. Şiddət onlara etdikləri şeylərin pis olduğu yox, onların özlərinin pis olduğu mesajını verir. Aparılan araşdırmalara görə şiddət görmüş uşaqların özlərinə güvənləri digərlərinə nəzərən daha azdır. Hətta İngiltərəli alimlərin araşdırmalarına görə, şiddətin uşaqlar üzərində öyrənmə qabiliyyətini azaldıcı və nəticədə İQ səviyyəsini düşürücü təsirlər göstərmə kimi nəticələri ola bilər. Şiddətə məruz qalmaq insanlarda qaçma və savaşma mexanizmalarını tətikləyir. Bizə vurulduğu zaman məntiqli düşünmə qabiliyyətimiz zəifləyir. Düşünə bildiyimiz tək şey bizə vurana hücum etmək və ya qaçıb özümüzü xilas etmək olur.
Həmçinin, araşdırmalara görə uşaqlara şiddət göstərən insanların özlərinin də uşaqlıqda şiddətə məruz qaldıqları və ya şiddətə şahid olduqları məlum olmuşdur.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 990
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook