Uşaqları ekrandan uzaq tutun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 910
Səs ver:
(səs: 2)
Bəzən valideynlərlər ağlayan, qışqıran, ərköyünlük edən uşaqlara sakitləşməsi üçün saatlarla ekran qarşısında əyləşməyə icazə verir. Bu uşaqlarda inkişafda geri qalma, nitq qüsurları və yoldaşları ilə ünsiyyət problemlərinə gətirib, çıxarır. Hər bir övladının gələcəyini düşünən valideyin bu məsələyə ciddi yanaşmalıdır.

Psixoloqlar vaxtının çox hissəsini ekran qarşısında keçirən, uşaqların əsəbi olduğunu, özlərini ətraf mühitdən təcrid edilmiş kimi hiss etdiklərini söyləyirlər. Onlar istənilən hadisə ilə bağlı sərbəst fikir yürütməkdə, valideynləri, yoldaşları münasibət qurmaqda çətinlik çəkirlər. 
Uşaqları uzun müddət televiziya izləmək və kompyuter oyunları əvəzinə, oyun oynamağa təşviq etməklə daha sağlam nəticə əldə etmək olar.

Qadınlar.biz  sizlərə uşaqlarınızın düzgün inkişafı və sağlamlığı üçün bunlara əməl etməyinizi tövsiyyə edir.

Uşaqlarınıza daha kiçik yaşlardan rəsm çəkməyi öyrədin. Bunun uşaqların inkişafında rolu danılmazdır. Uşaqların çəkdiyi cızma-qaralar onların psixologiyasından, nə düşündüyündən xəbər verir.

Uşaqlara ictimai, romantik, zehni və fiziki bacarıqlarını inkişaf etdirmək üçün oyun oynamaq vacib şərtlərdən biridir. Oyun uşaqların öz bacarıqlarını test etmələri üçün uyğun bir mühit təqdim edər. Uşaqlara digər insanlarla necə ünsiyyət quracaqlarını öyrədər və onların problemlərini həll etməyə və daxili qarşıdurmalarını təhlil etməyə köməkçi olar.

Oyunlar sayəsində uşaq, digər insanlarla yaşamağı və yaradıcı düşünməyi öyrənər. Edilən araşdırmalarda atasıyla oyun oynayan uşaqların, atası oyun oynamayan uşaqlara nisbətlə daha geniş bir təxəyyülə sahib olduğu göstərilir. 

Anasıyla oyun oynayan uşaqların, oynamayanlara nisbətən daha möhkəm, etibarlı bir münasibət qurduğu və bunun onun inkişafına daha müsbət təsir göstərdiyi məlum olub.

Daha kiçik yaşlı uşaqlarda oyuncaqların rəng seçimi mox vacibdir. Açıq rəngli oyuncaqlardan istifadə edilməməsi məsləhətdir. 1-1,5 yaş dönəmlərində uşaqlar hər şeyi ağızları ilə hiss etdiyi üçün rezin oyucaqlardan stifadə edilsə, yaxşı olar. Səsli oyuncaqlar da bu dönəm uşaqlar üçün uyğun görülür. Uşaqların yatağının üstündə çox zaman səsli oyuncaqlar olur. Bu oyuncaqlar xüsusilə 4 rəngdən ibarət olmalıdır. Qırmızı, sarı, mavi, yaşıl rənglərin ahəngi olmalıdır. Çünki uşaqlar 3 yaşına qədər bu rəngləri tanıyırlar və reaksiya göstərirlər. 

Uşaqlar 5 yaşına qədər oyuncaqlara inanır. Əşyanın arxasında duran insanı görmür. Uşaqların problemləri üzərində nümunəvi terapiyalar aparmaq olur. Yalan danışması, dəcəlliyi, ana-atasını həddindən çox sevməsi, anasına düşkün olması ilə bağlı oyuncaqlarla maraqlı səhnəciklər hazırlanmalıdır. Bunlar da uşaqlarda oyun fəaliyyətinə yaxşı təsir göstərir.

Oyuncaq alarkən, naməlum obrazda olan oyuncaqlardan uzaq durmaq lazımdır. Çünki uşaqlarda təxəyyül yüksək olduğu üçün oyuncaqda gördüyünü tətbiq etməyə başlayır. Silah tipli oyuncaqlardan istifadə zamanı isə öldürmək, vurmaq deyil, doğru yöndə silahın məqsədi aşılanmalıdır.

Cizgi filmi seçiminin də düzgün aparılması çox vacib şeylərdən biridir. Uşaqların izlədikləri cizgi filmləri də onların oyuncaq seçimində böyük rol oynayır. Çünki uşaq izlədiyi cizgi filminin qəhrəmanının oyuncaqlarına üstünlük verir. 

Ucuz, kimyəvi maddələrdən hazırlanmış oyuncaqlarla təmasda olan uşaqlarda tədricən zəhərlənmə baş verir. Normal oyuncaqlar aldıqda belə, onları uşağa təqdim edərkən valideyn onun işləmə mexanizmini, onunla necə rəftar etməyi də öyrətməlidir. Oyuncaqlar uşaqların psixi və fiziki inkişafı üçün cox vacibdir. Uşaqlar oyuncaqlar vasitəsi ilə ətraf aləmi, insanlarla münasibəti və həmçinin özünü dərk edir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri