Uşaqlar arası dalaşma

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 491
Səs ver:
(səs: 0)
Valideynlər çox zaman uşaqları arasında münaqişə problemləri ilə qarşılaşırlar. Bunun müxtəlif səbəbləri ola bilər: yaş fərqi, xarakter, nəyi isə bölüşməmək, qısqanclıq və s. Belə hallarda analar və atalar bəzən münaqişəni həll edərkən özlərini necə aparmaq lazım olduğunu bilmirlər. Bugünkü məqaləmizdə uşaqlara bir-birini başa düşməyi öyrətmək üçün nə etmək lazım olduğu barədə söhbət açacağıq.

«Cins uğrunda mübarizə»
Ailədə oğlan və qız uşaqların böyüməsi  xüsusi vəziyyətdir. Erkən yaşlarında bacı və qardaşı bir-biri ilə yola getməyə, bir-birini başa düşməyə alışdırmaq çox çətindir.  Belə bir vəziyyətdə oğula təlqin etmək lazımdır ki, o, bacısının dayağı və müdafiəçisidir (hətta o, kiçik olsa belə); başa salmaq lazımdır ki, gələcəyin kişisi qızları incitməməlidir.  Tez-tez uşaqlarınıza hansı vəziyyətlərdə bir-birinə kömək etməli olduqlarını göstərin. Məsələn, oğlunuza başa salın ki, bacısını incidən olanda onu müdafiə etməlidir; qızınıza isə qardaşına xoş gələn iş görməyi, məsələn, ona konfet və ya bir stəkan şirə gətirməyi öyrədin. Bu yolla onlar  mübahisə etmək əvəzinə, bir-birinin qayğısına qalmağı öyrənəcəklər.

Əgər siz uşaqlarınızın mehriban böyüməsini istəyirsinizsə, tənbəllik etməyin, münaqişəli vəziyyətlər yaranmamışdan əvvəl  tez-tez onlarla tərbiyəvi söhbətlər aparın. Bir çox valideynlər uşaqları ilə profilaktik söhbətlərə biganəliklə  yanaşır, onları gərəksiz hesab edirlər, sadəlövhcəsinə güman edirlər ki,  uşaqlar onsuz  da heç bir şey başa düşməyəcəklər. Əbəs yerə. Uşaq psixologiyası çox həssasdır, hər şeyi özünə süngər kimi hopdurur. Uşaqlarınızın əsl dostu olun, o zaman onlar nəinki öz aralarında, hətta yaşıdları ilə də dostluq etməyi öyrənəcəklər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri