Tərbiyəni ancaq valideynmi verir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 035
Səs ver:
(səs: 1)
Ailədə ümumiyyətlə uşağın formalaşdığı ilkin institut ailə institutudur. Uşaq gözünü açdıqda ilkin təlim – tərbiyəni, doğrunu – yanlışı, ağı –qaranı bir – birindən seçməyi valideyndən öyrənir. Və hətta bəzən zövqləri belə valideynlə üst – üstə düşür. Hər bir uşaq yalnız bununla kifayətlənsə, öz şəxsi fikirləri olmaz. Müəyyən bir müddətdən sonra o sosiallaşmağa başlayır və ikinci onun təlim – tərbiyə götürdüyü və inkişaf etdiyi institut baxça olur. Baxçada öz həmyaşıdları ilə, müəllimləri ilə münasibəti öyrənir, fikrini izah etmək bacarığı və zövqü orda formalaşır. Məsələn: "Hansı fiquru seçə bilərsiniz?” və ya "Kim hansı şəkli istəyir, onu rəngləyəcək” kimi tapşırıqlarda artıq uşağın zövqü formalaşır və burda ana və ya ata olmur. Eyni zamanda böyüklərlə münasibəti də orda öyrənir və bunun əsasında uşaq artıq analiz etməyə başlayır, yəni ailə və cəmiyyəti. "Cəmiyyət” dedikdə bu kiçik bir cəmiyyətdir – baxça. Sonra zaman – zaman məktəbəqədər hazırlıqlar və məktəb. Məktəbdə 45 dəq oturmaq lazım gəlir və artıq bunun verdiyi tərbiyə, disiplin, qayda – qanuna riayət artıq uşaqda öz nəfsinə qalib gəlməyi öyrədir, hətta öz istəklərini basdırmağı belə onda formalaşdırır. Necə? Tutalım uşaq baxça vaxtında 5 dəq oynadıqdan sonra "mən yoruldum” deyib gedib uzanırsa, məktəbin qayda – qanunu elə qurulub ki, orda artıq istəklərini cilovlamağı bacarmalıdır və artıq o qoyulan qaydalar uşağı formalaşdırır. Uşaq orda qaydalara tabe olurmu, nə dərəcədə tabe ola bilir, həmin anlar hansı hisslər keçirir, o onun psixikasına necə təsir edir.. Uşaq var özünü saxlaya bilmir, misal üçün daima yanındakılara mane olur. Uşaq var, özünə qapanır və demək olar ki, yerindən də tərpənmir. Bu demək olar ki, hər uşağa bir cür təsir edir, bu da yenə həmin düşdüyü o kiçik cəmiyyətin artıq üzvlərindən çox şeyin asılı olduğunu göstərir. Məsələn: Müəllimdən asılıdır, belə deyək, o, orda hansı funksiyanı yerinə yetirir, uşağa necə yanaşır - fərdimi ya ümumimi. Bilirsiniz, danılmaz faktdır ki, məktəbdə müəllimlər uşaqlara fərdi yanaşa bilməz. Əgər o qrupun içində hər uşağa fərdi yanaşsa, onda gərək müəllimin özünün dəmirdən sinirləri olsun. Bu mümkün olmadığı üçün belə bir çıxış yolu da təklif edə bilərik ki, ən azı uşaqlara yaxınlaşıb fərdi tapşırıqları yoxlayarkən bunu büruzə versin, misal üçün ona "Nə gözəl yazmısan, sən bugün çox gözəl işləmisən” desin. Baxmayaraq ki, arxada və ya öndə oturan uşağa da bunu deyəcək, amma artıq o uşaq onu eşitmir. Çünki həmin vaxtı o, müəllimdən aldığı o həyəcanın, o yanaşmanın eyforiyasını yaşayır. Və dərsə daha çox bağlanır. "Fərdi yanaşma” bu deməkdir. 
Və son olaraq uşaq ilk öncə anasının yaxınlıq etdiyi rəfiqəsinin uşağı ilə dostluq edir onunla daha çox münasibət qurur. Artıq ibtidai sinfin 2-3 cü sinifində uşaq özünü, öz xüsusiyyətlərini artıq bilir ki, "Mənim anamın kiminləsə xasiyyəti tuta bilər, amma vacib deyil ki, mən onun oğlu ilə və ya qızı ilə dostluq edim”. Artıq o seçmə qabiliyyətinə yiyələnir. Yəni təlim – tərbiyə tək ailənin verdiyi ilə kifayətlənmir. Burda toplumun, cəmiyyətin və ayrıca düşdüyü cəmiyyətin üzvlərinin də rolu çoxdur.

Müəllif: Psixoloq - psixoterapevt Vəfa Əkbər
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri