Uşaqları qorşoka necə alışdıraq

Müəllif: ulduz
Şərhlər: 2
Baxılıb: 2 608
Səs ver:
(səs: 2)
Valideyn məsləhəti, Qorşoka öyrətmənin müxtəlif növləri var. Bu üsullar isə körpənin və valideynin rahatlığına görə dəyişir. Ona görə də uşaqla ehtiyyatlı və mülayim davranmaq lazımdır.Danlamaq və cəzalandırmaq qətiyyən olmaz. Əks təqdirdə həm körpənin əsəb sistemi korlanacaq, həm də onda qorşoka qarşi nifrət oyanacaq. Beləlikə, bunları bilmək üçün nələri etməli və bilməliyik:

1.Körpənin bezini tez-tez çalışın dəyişəsiniz ki, daimi təmizliyə öyrənsin. Bu zaman altını batırarkən diskomfort hiss edəcək.

2.Qarşoku həmişə göz qabağında saxlayın.

3.Uşağa diqqət edin. O "bayıra çıxmamış" müxtəlif səslər çıxara və ya gücənə bilər.Bəzi uşaqlar gizlin yerlərə, gözdən uzağa çəkilirlər.

4.Körpənizi izləyin. Əgər onun nəcisə çıxmağı həmişə eyni vaxtlarda baş tutursa, məhz o zaman qorşoka əyləşdirin, çox oturmaqdan da yorulmasın.

5.Qorşokda əyləşərkən körpənizin mütləq yanında durun, maraqlı söhbətlər aparıb, nağıllar oxuyun ki, darıxmasın və bu prossesdən yorulmasın.

6.Qorşoka öyrətmə dövrünü mütləq isti aylara salın ki, bu zaman körpənizi yüngül geyindirə biləsiniz ki, soyundurarkən rahat olsun. Əgər yay aylarına düşürsə, hətta alt paltarsız və bezsiz də saxlamaq olar.

7.Əgər körpənin qorşokdakı işi uğurla bitibsə, onu mütləq tərifləyin ki, sonralar da ana və atasını sevindirmək üçün çalışsın.

8.Körpənin qorşokdakı uğurlu işlərinə görə, hədiyyələrlə sevindirin.



9. Əgər uşaq qarşokda çox qıvranırsa, narazılıq edirsə qışqırırsa davam etməyin mənası yoxdur.Əsəbi uşaq heç nəyi öyrənməyəcək.

10.Uşağı qorşoka əyləşdirərkən, hər dəfə yönləndirici səsələrdən istifadə edin. Məs: "ps-ps”,”ə-ə”. Bunun körpənizə xeyri ola bilər.Əgər siz gecikmizinizsə və körpə altıni batırırsa, zaman kecdikcə bu səslərdən istifadə edərək sizə nə istədiyini bildirəcək.

11. Evdə yaşca böyük övladınız varsa, körpənizə nümunə ola bilər.

12.Əgər uşaq xəstədirsə qarşoka öyrətmə prossesinə başlamayın.

13.Gəzinti vaxtı ayaqyoluna getmək istəyi ilə maraqlanır.

14.Qorşoka həmişə yuxudan əvvəl və sonra, yeməkdən sonra və gəzintidən sonra oturtmağı unutmayın.

15. Bu gün isə müasir dövrdə həm oğlanlar və qızlar üçün gəlinciklər var ki, körpəniz onların uzərində (onları soyunduraraq.bezlərin dəyişərək)öyrənə bilər.

16.Və mütləq əziz analar, bunu yadda saxlayın ki, qorşoka öyrətmə körpəniz üçün məcburiyyət yox, əyləncəli şəkildə olmalıdır. Əgər heç bir metod yaramırsa, deməli bu prossesi sonraya saxlamaq lazımdır
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 608
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri