Psixoloqlar valideynlərinə bağlı böyüyən uşaqların öz həyatlarında sadəcə bir fiqur olduğunu deyərək xəbərdarlıq edir.
Doqquz ay ərzində bətnində daşıdığı körpəsi ilə doğuşdan sonra da
daha yaxın ünsiyyətdə olmaq istəyən ananın əmizdirmə prosesini bir az
uzatması qarşılıqlı sevgi ehtiyacının başqa cür qarşılanmayacağına dair
inancdan qaynaqlanır. Valideyn uşağına bir fərd olmağa kömək etməklə
yanaşı, həm də bu yolda onun işini çətinləşdirə də bilər.
Çətin vəziyyətlərdən təkbaşına çıxmalıdır
Bizdən asılı uşaqlar yetişdirmək istəyiriksə, onların yerinə düşünüb
qərar veririk. Təkbaşına edə biləcəkləri işləri biz edirik. Onların
yerinə seçimlər edir, onlar üçün ən doğru olanı biz bilərik. Bu cür
mühitdə böyüyən uşaq həyatı boyunca valideyninə bağlı, özgüvəni az və
çətinliklər qarşısında asanlıqla təslim olan bir xarakterə sahib olur.
Çətin vəziyyətlərdən çıxa bilmədiyi üçün birinin gəlib onu bu
vəziyyətdən xilas etməsini gözləyir.
Uşaqları öz həyatlarında fiqur etməyin
Həyat bir oyundur. Hər birimizə fərqli rollar verilib. Uşaqlarımızın
rolunu oğurlasaq, onlara oyunçu deyil, fiqur olduqlarını hiss etdirirək.
Uşaqları öz ayaqları üzərində dura bilən bir fərd kimi yetişdirin.
Unutmayın, yoxluğu hiss edən insan kiməsə söykənməyi buraxaraq, öz addımlarını atmağı öyrənir.