Məktəb uşaqlarında gərginliyin 5 əsas əlaməti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 376
Səs ver:
(səs: 1)
Nəticədə ev tapşırıqlarının həcmi böyükdür. Bundan əlavə, uşaqlarımızı idman klublarına, musiqi və ya incəsənət məktəbinə, müxtəlif dərnəklərə göndərmək istəyimiz təbiidir. Və…günün mənzərəsi belədir: Uşaqlar hər şeyi çatdırmaq üçün daim tələsirlər, maraq və təhsildən ayrı vaxt yoxdur! 

Digər bir problem müəllim və valideynlərin şagirdlərə psixoloji təzyiqidir. Valideynin qiymət, idman və musiqi məktəbində müvəffəqiyyət və s. ilə bağlı şişirdilmiş iddiaları uşaqda stresə səbəb olur. 

Uşaqlarda həddən artıq gərginliyin 5 əlaməti. 

• Uşaq diqqəti cəmləyə bilmir. Müəllimlər onun sakit oturmamasından, dərsə qulaq asmamasından şikayət edir. 

• Axşam yuxuya getməkdə çətinlik çəkir, gündüz isə yuxulu olur. 

• İştahı pis olur, arıqlayır. (Məsələn, statistikaya görə Moskvada birinci rübün axırında ibtidai sinif şagirdlərinin 60%-nin çəkisi azalır) 

• Gərginlik nəticəsində ibtidai sinif şagirdləri həyəcanlı, yeniyetmələr isə əsəbi, kobud olurlar, əhval ruhiyyələri te-tez dəyişir. 

• Uşaqda tez-tez başağrısı olur, bəzən qan təzyiqi qalxır (xüsusilə qızlarda). 

Əgər bu simptomlardan hansısa 1-2 həftədən sonra keçmirsə, həkimə müraciət etmək lazımdır. (Yorğunluq hansısa xəstəliyin də əlaməti ola bilər). Xroniki yüklənmə uşaqların tez-tez xəstələnməsinə səbəb olur. Zehni yorğunluq orqanizmin uyğunlaşmaq qabiliyyətini və immuniteti zəiflədir. Nəticədə uşaqlar tez-tez xəstələnir. Daha çox nəfəs yolları, həzm sistemi xəstəliklərinə (ikinci yerdə ürək-damar, üçüncü əsəb sistemi xəstəlikləridir) tutulurlar. 

Valideynlər evdə nə edə bilər? 
Məktəbdə keçirilən dərslərin həcminə, müəllimin dərsi keçmə tərzinə təsir edə bilməsək də, biz valideynlər evdə uşağa nəzarət edə bilərik. Bəzi şeyləri bilmək vacibdir: 

Uşaq kompüterin qarşısında mümkün qədər az oturmalıdır.Yeniyetmələr kompüterlə ən çoxu saat yarım işləməlidir (hər yarım saatdan bir 10 dəqiqəlik fasilə verməklə). 8 yaşa kimi uşaqlar kompüterdən 40 dəqiqə, 7 yaşdan aşağı uşaqlar cəmi 20 dəqiqə istifadə edə bilər. 

Övladınıza sevdiyi şeylərlə maraqlanmağa imkan verin. Bəzən biz valideynlər öz uşaqlıq arzularımızı uşağa sırıyır, onu musiqiyə, ya da idmana yönəldirik. Uşaq isə bunu istəmədiyini deməyə çəkinir, nəticədə gərginlik artır. Uşaqla söhbət edin, bəlkə o, məsələn, toxuculuqla məşğul olmaq istəyir? Adam sevdiyi işi görəndə dincəlir, gərginlik azalır. (Bütün hallarda uşaq ən geci axşam saat 7-dən evdə olmalıdır ki, dincəlməyə vaxt qalsın) 

Rejimə riayət etmək—vaxtında oyanmaq, yemək, yatmaq vacibdir. Uşaq gündə azı 8-9 saat yatmalıdır. 
Uşağa yardım etməyə həmişə hazır olun, onu həvəsləndirin, uğurlarına sevinin, uğursuzluğa görə cəzalandırmayın. 
Uşaq idmanla məşğul olmursa, onu arada piknikə, gəzintiyə aparın, oynayın. Fiziki hərəkət, fərqli məşğuliyyət uşaqların əsəb sisteminə müsbət təsir edir. 

Uşağın qidalanmasına diqqət edin. Zülal (yağsız ət, balıq, kəsmik), karbohidratlar (yarma, çörək), vitaminlər (meyvə, tərəvəz, giləmeyvələr) vacibdir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 376
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri