Övladınıza söylədiyinizlə hiss etdikləriniz eyni olsun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 886
Səs ver:
(səs: 0)
Ailə və cütlük terapevti Şamil Sarıbaş uşağınızla sağlam münasibət qurmaq üçün diqqət yetirəcəyiniz 7 məqamı açıqladı:
Demək olar ki, bütün valideynlər "övladımla necə düzgün ünsiyyət qura bilərəm, bunun üçün nələr etməliyəm?” kimi suallarla maraqlanırlar. Amma nəzərə almaq lazımdır ki, bu sualların tək və dəyişməz cavabı yoxdur, eləcə də insanın daima dəyişən ruhi vəziyyətini də diqqətdən kənara qoymayaraq doğru addım atmalıyıq. 

UŞAQLA SAĞLAM MÜNASİBƏT NECƏ QURULUR?
Uşaqla sağlam ünsiyyət... Bunun necə bir şey olduğunu açıqlamadan əvvəl, uşaq, sağlamlıq və ünsiyyət anlayışlarının üzərində düşünülməsi gərəkli olan məfhumlar olduğunu söyləməliyik. Uşaq kimdir?, onun nə kimi arzu və istəkləri var?, yetkin insandan fərqləri nələrdir? kimi suallar verə bilərik. Eyni zamanda ünsiyyət nədir?, necə ünsiyyət qurmalı?, sağlam ünsiyyətə təsir edən əngəllər nələrdir? kimi suallara cavab axtarmağımız faydalı olacaqdır.  

1.EMPATİYA
Sağlam münasibət üçün empatiya duyğumuzun olması bizə hər zaman yol göstərən faktordur. Empatiya erkən uşaqlıq dövründə meydana gələn və inkişafımızla əlaqəli olaraq sonrakı yaş dövrlərində də formalaşan bacarığımızdır. Ana – övlad münasibətlərindəki empatiya uşağın ehtiyaclarının ödənilməsi, onun anlaşılması ilə daha da güclənir. Empatiya - qarşımızdakı şəxsi dinləmək, anlamaq, onun ifadə etdiklərinə öz duyğularımızı qatmadan sadəcə anladığımızı hiss etdirməkdir. Övladınızla münasibətdə nə qədər empatik( anlayışlı ) olsanız ünsiyyətiniz bir o qədər sağlam olar. 
 
2.ƏLAQƏ 
Əlaqəni,  ən yaxşı halda anlamaq, başa salmaq, qarşılıqlı başa düşülmək( anlaşmaq ) olaraq ifadə edə bilərik. Bu əlaqə bizim ehtiyaclarımız, istəklərimiz, arzularımız, maraqlarımız şəklində əks olunur. Özümüzü tanıdığımız kimi, ünsiyyət və əlaqə tərzlərimizi də tanıya bilərik. Bununla da övladımızla ünsiyyətimizin xüsusiyyətlərini daha ətraflı təhlil edərik. 
 
3.DUYĞULAR
Uşağınıza müəyyən hadisələrdən çox duyğularınız haqqında danışın. Onunla nə hiss etdiyinizi, onun duyğularını anladığınızı paylaşın. Anlaşılmaq qədər duyğuların da anlaşılması önəmlidir.
 
4.SPONTANLIQ
Sağlam ünsiyyət üçün dəqiq, düzgün, təbii, doğruçul olmaq vacibdir. Xüsusən də kinayədən uzaq durmaq, nə istəyib, nə düşünürsüzsə onu paylaşmanız övladınızla ünsiyyətinizi daha işlək hala gətirər.
 
5.DİNLƏMƏK
Empatiya kimi digər açar alətimiz dinləməkdir. Nə qədər çox dinləyib, dinləməyə çalışsaq ünsiyyətimiz bir o qədər empatik olar. Dinləmək mövzusunda övladınıza nümunə olmağa çalışın.
 
6.SƏBƏB
O bir şey istədikdə, soruşduqda, nədəsə çətinlik çəkdikdə YOX demək yerinə onun sual verməsini, düşünməsini, sizinlə kontaktda qalmasını təmin edin. "Yox” demək əlaqəni dayandırır, amma "niyə?” sualı ünsiyyəti genişləndirir, qarşılıqlı anlaşma yaradır. 
 
7.DÜŞÜNMƏK
Problemli bir situasiya ilə rastlaşdıqda nə edəcəyinizi, nə söyləyəcəyinizi düşünmək yerinə övladınızın hislərini, düşüncələrini anlayaraq məsələni təhlil edin. Bəlkə də dediyinin, nümayiş etdirdiyi davranışın fəqli bir mesajı var? Sizə başqa cür bir şey söyləmək, göstərmək istəyə bilərmi? Bu cür düşündükdə hadisənin sizdə fərqli duyğu yaratdığını görəcəksiniz. Nəticə olaraq hər baxımdan sağlam ünsiyyət olacaqdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 886
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri