Uşağınız dırnağını yeyir?

Müəllif: Gülşən
Şərhlər: 7
Baxılıb: 2 561
Səs ver:
(səs: 0)
Övladınız dırnağını yeyir? Bu adəti uşaqlarınızda tərgidə bilmirsiz? İlk vaxtlar fikir vermədiyiniz bu adət artıq problemə çevrilib? Dırnaq yemək estetik və gigienik deyil, ən əsası övladınız bu adəti ilə sizə psixoloji və emosional problemlərinin olmasını göstərir.
Bəs niyə uşaqlar dırnaqlarını yeyirlər?
Tibbdə onixofaqiya (onixo –dırnaq, faqiya- yemə) adlandırılan bu xəstəlik bir çox səbəblərdənyarana bilər:
Həyəcan. Uşaq daim narahatlıq hiss edəndə. Məsələn, evdə və ya məktəbdə cəza almaq, lövhə qarşısında cavab vermək, pis qiymətlər almaq qorxusu; ətrafda tanımadığı yeni insanlar görəndə; nəyi isə yerinə yetirə bilməyəciyini düşünəndə;yarış və çıxışlardan əvvəl; ətrafdakılara öz fikrini çatdıra bilməyəndə və s. kimi hallarda;
İrsilik. Əgər valideynlərdən birində bu adət varsa;
Daxili aqressiya. Uşaq özündən narazı olanda, özünüqiymətləndirmə aşağı olanda;
Fizioloji. Ola bilər ki, dırnaqları nazik və yumşaq olduğundan qırılmış dırnaqlar narahat etdiyinə görə;
Darıxmaq. Uşaq onu maraqlandıran işlə məşğul olmayanda və s.
Uşağın dırnaq yeməsi ilə necə mübarizə aparılmalı:
Uşağı bu vərdişinə görə danlamayın. İlk söhbətinizdə mikrobların dırnaq altına yığıldığını, ağız vasitəsi ilə bağırsağa düşərək orada çoxalması haqqında danışın. Məsləhət görülür ki, mikrobların formaları, onların inkişafı və çoxalması haqqında informasiyaları şəkil və ya video köməkliyi ilə göstərəsiz;
Övladınıza hirsini "soyutmağı” öyrədin (çünki siz həmişə onun yanında olmursuz) 10-a qədər say, gərgin olanda yumruğunu möhkəm yum və aç, dərindən nəfəs al və s.;
Dırnaqların səliqəli və təmiz olmasını izləyin;
Əllərini ağzına aparmaq istəyəndə fikrini yayındırın, müxtəlif işlərlə uşağı məşğul edin;
Allergiyası olmayan uşaqlar üçün limonlu, nanəli və ya lavandalı aromaterapiyalar təşkil edin;
Dırnaqları nazik olduğu halda kalsium verin;
Övladınızı əzizlənməkdən məhrum etməyin. Çünki sağlam mühitdə yaşayan uşaq sağlam ruha sahib olur.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri