Tərbiyəli övlad yetişdirməyin sadə üsulları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 942
Səs ver:
(səs: 0)
Övladını tərbiyəli bir insan olaraq yetişdirmək istəyi hər bir valideynin arzusudur. Bəzən müəyyən məqamlarda nəzərə almadığınız məqamlar sonradan öz fəsadları ilə diqqəti çəkir.
Bu sadə üsullar haqqında bir daha düşünməyiniz faydalıdır:
- Sistemlilik prinsipini əsas tutun.  Övladınızın tərbiyəsində hər ikinizin eyni istiqamətli iş görməniz önəmlidir. Ana bir, ata isə tamam başqa söz deyəcəksə uşağın fikirləri qarışacaq və burada tərbiyədən danışmaq çətin olar.
- Nəzarətinizi əksik etməyin. Dərslərinə, dostlarına, yuxusunun düzgün tənzimlənməsinə, televiziya qarşısında keçirdiyi zamana, oynadıqlarına və s.  qarşı diqqətli olun. Övladınıza hiss etdirmədən də nəzarət etməli olduğunuz məqamlar olduğunu da unutmayın.
- Səhvlərindən nəticə çıxarmasına icazə verin. Eyni zamanda müxtəlif situasiyalarda birbaşa çıxış yolu təklif etməniz onun özünün bu bacarığını inkişaf etdirməsinə mane olar.
- "Etmə”, "olmaz” əvəzinə izahlar verin. Qadağalarınız övladınız üçün daha maraqlı olacaq.  "Etmə”  demək əvəzinə nə üçün etməməli olduğunu izah etsəniz səbəbin aydınlaşmasına kömək etmiş olarsınız.  
- Övladınıza düzgün olmağı öyrədin.  Siz də hər zaman öz düzgünlüyünüzlə övladınıza nümunə olaraq bu davranışı möhkəmləndirin. Övladınıza "yalan danışma”  demək əvəzinə, "sənə inanıram” "doğru olanı  deməyini istəyirəm” və s. kimi ifadələr daha uğurludur.
- Məsuliyyətli olmağı öyrədin. Ona məsul işlər verərək vərdişi formalaşdıra bilərsiniz.
- Hörmət etməyi öyrədin. İnsanlara hörmət etməyi, özündən böyüklərə qarşı hörmətlə yanaşmağı öyrədin. Nümunəsi siz olduğunuzu unutmayın.
- Dəyər verməyi öyrədin. İlk olaraq övladınıza dəyər verin ki, bunun necə bir hiss olduğunu bilsin və o da bu hissi yaşayaraq  ətrafına da dəyər verə bilsin.
- Sevməyi öyrədin. Hər işin təməlində sevgi dayanır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 942
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri