Filankəsin uşağı...!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 947
Səs ver:
(səs: 0)
Evdə uşağın qəlbini qırmaq üçün bircə dəfə "filankəsin uşağı filan işləri görür, ancaq sənin əlindən bir şey gəlmir” demək kifayətdir. Birdə ki, qəlb qırmağa nə var ki?! Ancaq bu cür ittiham təkcə qəlb qırmır, başqasına qarşı həsəd hissi də doğurur. Sən o "filankəsin uşağını” öz övladından üstün tutanda övladının ürəyində qara qanlar axır, özünü bir növ yalqız hiss edir.

Bir həqiqəti də etiraf edək ki, övlad tərbiyəsi məsələsində böyük problemlərimiz var. Uşağı şəxsiyyət kimi, onda həqiqət, ədalət hissini tərbiyə etmək hər bir valideyinin ən böyük vəzifəsidir.

Ümmumiyyətlə uşaqları bir-birilə müqayisə etmək heç də arzu olunan hal deyil. Çünki bütün hallarda biri inciyəcək və inciyəndən sonra da təbii ki, küsəcək.

Heç başqa uşaq olmasın, qardaşları və ya bacıları müqayisə edərək birini o birindən üstün tutmaq doğru deyil. Əgər uşaqlardan birini hansısa yaxşı bir cəhətini vurğulamalı olursunusa o birinin də yaxşı bir cəhətini tərifləyin ki, araya qısqanclıq düşməsin. Yoxsa uşağın bir-birini qısqanması çox adi haldır. Sizin yanaşmanızda da məhz o təhər öz planda olmalıdır ki, uşaqlar arasında ayrı-seçkilik olmasın. Çünki ayrı-seçkilik olsa, mütləq qısqanclıq da olacaq.

Ümmiyətlə, valideyn bu müqayisə kompleksindən uzaq olmalıdır. Yəni, filankəsin uşağı hansısa məsələdə sizin uşağınızdan bacarıqlı olsa da əmin olun ki, sizin uşğınızın da ondan üstün tərəfləri var. Bütün bunlar bir tərəfə qalsın, sizin uşağınız elə sizin uşağınızdır. Bu bir düstur kimi beynizdə, ağlınızda olmalıdır. Bir məsələ var: "Qurbağaya deyirlər, dünya gözəli kimidir, öz balasını göstərir”

Çox görmüşük ki, insan öz uşağı üçün malından da keçir, canından da. Bəs necə olur ki, ortada ciddi bir problem olmadığı halda "Filankəsin uşağı səndən yaxşıdır” deyib o məsum, o təmiz qəlbi qıra bilirsiniz. Axı o, sizinlə qürrələnir, sizi özünün sarsılmaz dayağı, arxası bilir
Hansımızın qüsuru olmayıb ki?! Lap elə indi özündə də hansımız qüsursuz olduğunu iddia edə bilər?! Təbii ki, uşağınızın da səhvləri, xətaları olacaq. Sizin vəzifəniz tərbiyə etməkdir, ancaq qəlbini qırmadan, incitmədən, küsdürmədən...

Doğru deyirlər ki, qəlb şüşədir ancaq biz bu sözə onuda əlavə edirik ki, qəlb hərarətli əllərdə doğru şəklini alana qədər şəklini dəyişə bilən şüşədir. Nə edirsinizsə edin onun küsdürməyin. Kiminləsə müqayisə edib qəlbini qırmayın. Onun qəlbi ilə ləkə nədi bilmir hələ qar kimi ağappaq tər-təmizdir və adi bir sözdə orada dərin yaralar aça bilər
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 947
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri