Tərbiyədə səbrin rolu

Müəllif: Fialka
Şərhlər: 1
Baxılıb: 2 614
Səs ver:
(səs: 1)
Uşağın ruhən böyüməsi üçün ən vacib şey səbirdir.
Uşaqlar inkişaf edəndə biz çox səbirli olmalıyıq. Pisixoloqlar ailələri tələsməməyə, uşaqları səbrlə dinləməli olduğumuzu deyirlər. Uşağın inkişaf etdiyi vaxtda ailənin səbirli olması çox vacibdir. Ana bətnində 9 ay gözləyən uşağın bu inkişaf vaxtını səbirlə gözləyiriksə, bu müddətin keçməsinə necə səbirlə dözürəksə, uşaq dünyaya gəldikdən sonra da eyni səbirlə uşaqla rəftar etmək lazımdır. 
Uşaqdan böyük insan kimi hərəkət etməsini istəmək heç də yaxşı fikir deyil. Uşağın irəliləyişində səbr göstərmək onun həyatında müsbət rol oynayır. Uşaqlara səbirlə yanaşmayan ana-ataların, uşaqları xoşbəxtlikdən uzaq olur və uşaqlar böyüdükcə özləri kimi xoşbəxtlikdən uzaq insanlara qaynayıb qarışırlar. 

Xoşbəxt olmayan və problemli bir gələcəyi olan uşaq istəmirsinizsə, uşaqlarınıza çox səbirlə yanaşın. Uşaq böyüdərkən nə qədər tələssək də - bəzi şeylərin vaxtını gözləməyə məcburuq. Məsələn, bir körpənin bizim kimi düşünüb, həyatı bizim kimi başa düşməsini gözləməyə məcburuq. Xoşbəxt bir uşaq böyütmək, onun düşüncələrinə və istəklərinə hörmət etmək uşağın inkişafında çox gözəl rol oynayacaq.
Ailələrin, uşağın duyğu və düşüncələrini çox ciddi qəbul etmələrini istəyirəm, ətrafındakı hər şeyi incələyib öyrənmək istəyən uşaqları sıxmağın, günahlandırmağın çox böyük problemlərin üzə çıxmasına səbəbkar olduğunu deməliyəm. Uşağın dəcəllik etməyi, səs-küy salmağı, "səssiz ol", bir az otur" kimi deyilən sözlərin uşaqların duyğularıyla oynanılmış kimi hiss etmələrinə səbəb olur, səbrin belə vaxtlarda daha çox faydası vardır. 

Bəzən valideynlər işdəki əsəblərini, yorğunluqlarını evə gətirirlər, ancaq bilməliyik ki, evdə uşaq varsa bizi gülərüz görmək istəyir və bizlə oynamaq, vaxt keçirmək istəyir. Bax buna görə psixoloqlar məsləhət görür ki, iş yorğunluğunu, problemləri elə işdə qoyub evə gümrah,  şən gedin ki, uşaqlar sizi görəndə bir küncə çəkilib düşünməsin ki, "valideynim yenə yorğun və əsəbi gəlib işdən."
Uşaqlar 2-3 yaş arasında valideyinlərini öz sualları ilə yora bilərlər: məsələn, "Ana, bu niyə belə əyilir?" və ya "Ana, bu nədir?" kimi sualları çox olur. Bizlər çalışıb səbirlə, sevgi ilə o sualları cavablamalıyıq ki, uşaq özünü tək hiss edib içinə qapanmasın. Uşaqlarla çalışın çox vaxt keçirin ki, uşaqlar xoşbəxt böyüsünlər.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri