Yaxşı ana olmağın sirləri

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 2 396
Səs ver:
(səs: 1)
Bir körpənin dünyaya gəlməsiylə ana da yenidən doğulmuş kimi olur. 
Yaxşı ana olmaq bir qadının ən böyük istəklərindən biridir. Yaxşı ana olmağın 10 sirri sizə bu məsələdə köməkçi olacaq. 
Analıq çox çətin bir prosesdir, böyük məsuliyyət tələb edir, analıq dünyanın ən çətin sənətidir. Bunu heç bir zaman unutmayın: bir ananın uşağına verə biləcəyi ən əhəmiyyətli şey onu sevməsi və bunu hiss etdirməsidir.

Sevginizi ifadə edin! 
Övladınızı dünyadakı hər şeydən çox sevə bilərsiniz, lakin bunu ona hiss etdirməlisiniz.  Onu qucaqlayaraq, nəzakət ilə təqdir edərək və ya yalnız üzünə baxıb gülümsəyərək onu nə qədər çox sevdiyinizi və dəyər verdiyinizi sözlərinizlə, davranışlarınızla göstərin. Sevilməyə hər uşağın, hətta hər canlının ehtiyacı vardır.

Ünsiyyət qurun 
Danışmaq, ünsiyyət qurmaq ana və uşaq arasındakı əlaqəni quran ən güclü körpüdür. Açıq və aydın danışın, uşağınız münəccim deyil ki, sizin qəlbinizdən keçənləri bilsin! Qaydalarınız və tələbləriniz dəqiq olsun, uşağınız nə istədiyinizi anlasın. Zzaman ayırıb onları dinləyin və siz də duyğularınızı onlarla paylaşın. 

Onlara vaxt ayırın
Yaxşı ana olmaq istəyirsinizsə, onlarla vaxt keçirmək, zaman ayırmaq əsl vəzifəniz olmalıdır. Onların bahalı oyuncaqlara deyil, sizə ehtiyacı var. Əgər işləyən anasınızsa, ilk sırada uşaqlarınız olsun! Onlarla keyfiyyətli zaman keçirmək uşaqların xarakterinin formalaşmasında çox təsirlidir.
 
Dəstək vacibdir
Nə zaman ehtiyacları olsa, onların yanında olun. Müvəffəqiyyətlərini təqdir edin və uğursuzluqlarında isə səssizcə təsəlli verin. 
Onları gözəl hədəflərə çatmaq üçün cəsarətləndirin.

Yaxşı nümunə olun
Yaxşı ana olmağın 10 sirrindən biri ona yaxşı nümunə olmağınızdır. Ana uşağı üçün bu həyatdakı ən qiymətli varlıqdır. Bu vəziyyət uşaqlara pisi və ya yaxşını öyrətmək üçün qızıl fürsətdir. Onlara daim doğrunu, yaxşını öyrədin, bunu öyrədə bilmək üçün davranışlarınıza diqqət edin. Unutmayın, davranış hər zaman sözdən çox daha təsirlidir. Uşağınızın yalan söyləməyən, dedi-qodu etməyən, sevgi dolu bir uşaq olmasını istəyirsinizsə, siz belə olun ki, uşağınız bunları sizdən görsün və tətbiq etsin.

Uşağınızın görüş və fikirlərinə hörmət edin
Ailəylə əlaqədar hər hansı qərarı qəbul edərkən onların da düşüncələrini öyrənin. Onlara hörmət etməyiniz sizə güvənmələrini təmin edəcək və aranızdakı əlaqəni gücləndirəcək.

Səbrli olun
Uşaqlarınıza hirslənərkən belə ona sevginizi hiss etdirin. Övladınız bilsin ki, onun faydası üçün hirslənirsiniz. Uşaqların səhvləri, yaramazlıqları qarşısında hirslənmək çox asandır, lakin səbrlə və sakit yaxınlaşmaq ən yaxşısıdır.

Məsuliyyət sahibi olun 
Analıq nələri tələb edirsə, bunu bilin və üzərinizə alın. Sərhədlərinizi də aşmayın. Qoyun uşağınız ayaqqabısını özü bağlasın, 
yeməyini özü yesin. Belə etsəniz, məsuliyyət sahibi, öz ayaqları üzərinə möhkəm duran bir övlad yetişdirmiş olarsınız. Bundan əlavə, uşaqlarınızın xüsusi günlərini yaddan çıxarmayın və bu günləri onlarla gözəl bir şəkildə keçirin.

Səhvlərini anlamalarına fürsət verin! 
Onların bir səhvini gördükdə dərhal əsəbləşməyin. Bu cür davranış sizi uşağınızdan uzaqlaşdırar. Hər zaman əsəbiləşib danlasanız, uşağınız arsızlaşar. "Nə etsəm hirslənəcək" deyib, özünü pis vərdişə aludə edər. Böyük səhvlər deyilsə, bəzi şeyləri görməzlikdən gəlin və uşaq bir səhv etdikdən sonra həmin səhvin pis cəhətlərini və nəticələrini açıqlayın ki, uşaq bir daha həmin səhvi etməkdən uzaq dursun.

Özünüzü inkişaf etdirin
Özünüzü uşaq təhsili haqqında oxuyaraq inkişaf etdirə və uşağınıza necə davranmanız lazım olduğunu öyrənə bilərsiniz.Uşağınızdan sizin uşaqkən etdiklərini istəməyiniz yersizdir. Çünki hər dövrün özünün tələbləri var. Əsas odur ki, vicdanlı və tərbiyəli bir övlad böyüdəsiniz.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 396
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri