Texnoloji
yeniliklər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Övladlarınız da bu
yeniliklərlə həm evdə, həm də cəmiyyətdə sıx təmasda olduğu üçün onların
texnoloji sağlamlığını və təhlükəsizliyini təmin etmək mühüm əhəmiyyət
kəsb edir. Bu səbəbdən, ailənizin kiçik üzvləri ilə texnoloji
vasitələrin istifadəsi ilə bağlı bir neçə məqamı razılaşdırmalısınız:
Şəxsi
məlumatları (ev ünvanı, telefon nömrəsi, təhsil aldığı məktəbin nömrəsi
və s.) bəyan etmək, xüsusilə tanımadığı şəxslərlə paylaşmaq olmaz;
Digər
tanışlarının şəxsi məlumatlarına öz şəxsi məlumatlarına yanaşdığın
məsuliyyətlə yanaşmalı və gərəksiz yerə paylaşmamalıdır;
Telefon,
planşet və kompüterlərdən istifadə digər mühüm fəaliyyət növlərinə
(idman, dərslərin hazırlanması, ailə daxilində məsul olduğu işlərin
yerinə yetirilməsinə) mane olmamalıdır;
Sosial
şəbəkələrdə davranış real həyatda davranış kimi məsuliyyət tələb edir.
Bu səbəbdən, digər istifadəçilərə qarşı kobud ifadələr işlətmək, onları
təhqir edəcək davranış nümayiş etdirmək yolverilməzdir.
Siz
isə öz növbənizdə övladınıza texnoloji təhlükəsizliyi təmin etmək üçün
müvafiq qurğularda və internet portallarında ayarları uyğunlaşdırmağa
kömək etməlisiniz. Davamlı olaraq onun texnoloji vasitələrdən istifadəyə
ayrılmış vaxtını nəyə sərf etdiyini və kimlərlə ünsiyyətdə olduğunu
nəzərdən keçirin. Eyni zamanda öz davranışınızla ona nümunə olun:
avtomobil idarə edərkən telefon istifadə etməyin, boş vaxtınızı real
ünsiyyətə sərf edin, övladınızın yanında gərəksiz yerə texnolji
vasitələrdən istifadə etməyin. Unutmayın ki, sizin davranışınız
övladınız üçün əsas göstəricidir.
Valideyn
olaraq övladınızın həyatında texnolji yeniliklərin nə qədər yer
alacağına siz məsuliyyət daşıyır və siz qərar verirsiniz. Bu
qərarı verərkən onun yaşının ətrafda baş verən hadisələri doğru
qavramasına və mümkün təhlükələrin öhdəsindən gələ bilməsinə uyğun olub
olmadığını düzgün qiymətləndirməyiniz vacibdir.