Ailənizdə
qaydalar tətbiq edirsinizmi ? Bəs qoyduğunuz qaydalara bütün ailə
üzvləri əməl edirmi? Qadağaları uşaqlara hansı üsullarla izah etmək
daha məqsədəuyğun olar?
Qoyduğunuz qaydalara əməl olunurmu?
Tətbiq
etdiyiniz qaydaların övladınız üçün anlaşılan olması önəmlidir. Nə
üçün bu qaydalar tətbiq edilir? Hansı qaydaların olması vacibdir?
Qaydalar pozularsa nə baş verər? Bu kimi sualları övladınız üçün aydın
izah edin.
Tədbiq
olunan qaydaların pozulması zamanı nə baş verər? Obyektiv yanaşın.
Kimliyindən asılı olmayaraq, qaydaların pozulmaması gərəkli olduğunu
izah edin.
Zəruri ehtiyac olmadıqda qaydalarda güzəştə getməyiniz məqsədəuyğun deyil.
Qaydaları
tərtib edərkən bu barədə övladınıza da bildirməlisiniz ki, qoyulmuş
qaydalardan məlumatlı olsun. Məlumatı olmadığı qaydanı pozduğu zaman
uşağı cəzalandırmaq doğru deyil.
Hər
zaman olduğu kimi bu işdə də valideynlərin eyni istiqamətli davranması
önəmlidir. Atanın və ya ananın "Mənim yanımda olar” ifadəsi uşaqda
qaydalara qarşı qeyri-ciddi münasibət yaradar.
Qadağalar barədə nələri bilməlisiniz?
Qadağaları
"olmaz”, "etmə”, "mümkün deyil” kimi ifadələrlə izah etməyin. Bu kimi
cümlələr övladınız üçün anlaşılan deyil. Nə üçün olmaz, nə üçün
etməməlidir və s. kimi sualları cavablandırmağınız məqsədəuyğundur.
Qaydaları
pozmaq, qadağalara daha böyük maraq yaşından asılı olmayaraq hər bir
insan üçün maraq doğurur. Bu baxımdan qadağanı elə üsulla izah
etməlisiniz ki, nə üçün etməməli olduğunu uşaq özü dərk etsin və əməl
etsin.
Yerli-yersiz
qadağalar etmək tərbiyə üsulunuza mənfi təsir edər. Əgər edəcəyi
davranış övladınızın təhlükəsizliyini pozmursa, ona hər hansı zərər
vermirsə dünyanı özü üçün kəşf etməsinə mane olmayın. Övladınız yenilik
axtarışında olduğundan, nələrisə özü öyrənməyə cəhd etdiyindən bu zaman
qarşısını qadağalarla kəsmiş olsanız onun bu marağına və inkişafına
mənfi təsir etmiş olarsınız.