Gecələr tualet təlimi

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 511
Səs ver:
(səs: 1)
Əgər gündüzlər övladınızı ayaqyoluna getməyi öyrətmisinizsə artıq gecələr də onu yerini islatmadan tualetə getməyi öyrətmənin zamanı gəlib. Bu kifayət qədər səbr tələb edən işin öhdəsindən gəlmək üçün Sizə aşağıdakıları tövsiyə edirik:
- Gecələr quru qalmaq üçün təlimə nə vaxt başlamaq lazımdır? Bunun ən düzgün vaxtını Sizə hiss edəcəksiniz. Əgər bir neçə gün ərzində bezlər gecədən sonra quru qalırsa onda bezdən yavaş-yavaş imtina etməyin vaxtı çatıb. Ola bilər ki, təklif uşağın özündən gəlsin. Əgər gecələr bez onu narahat edirsə, bezdən imtina edib gecə tualeti təliminə başlaya bilərsiniz.
- Yatmadan öncə uşağı oyadıb tualetə aparmaq. Düzdür bir çox mütəxissislər hesab edirləri ki, uşaqlar yuxudan tam oyanmırlarsa onlar nə baş verdiyini tam anlamırlar. Bununla belə, bu uşaqlarda yuxudan durub tualetə getmək vərdişi yaradır. Əgər uşağınızdan sonra yatlırsınızsa özünüz yatmaqdan öncə onu oyadın və tualetə aparın.
 
Döşəyi qoruyan plastik qoruyucu və ya döşəyin gecə islanmasının qarşısını alan digər vasitələr əldə edin. Azərbaycanda çox az satılsa da və daha baha başa gələn birdəfəlik döşəklərdən də istifadə edə bilərsiniz. Bu gecənin bir aləmi döşək dərdi çəkməkdən sizi azad edəcək.
- Yuxudan əvvəl maye qəbulunu azaldın. Uşaq yuxuya getməmişdən bir neçə saat əvvəl maye qəbuluna nəzarət edin. Susuzluğu olarsa 1-2 qurtdum su verin. Çox maye qəbul etmək gecə uşağın yerini islatma ehtimalını artırır.
- Yatağın yanına qorşok (güvəc) qoyun və əmin olun ki, həmin yerə gecə lampasının işığı düşür. Uşaq oyanıb tualetə getmək istəsə bir də bu işi böyük həngaməyə çevirməmək üçün əvvəlcədən hazır olun.
- Səbrli olun. Uşaqların gecə yerini islatmaması zaman tələb edir. Ola bilər ki 5-6 ardıcıl "uğurlu” gecədən sonra yenə də "uğursuzluqla” üzləşəsiniz. Amma səbrli olub təlimə davam edin.
- Əldə quru gecələrə görə övladınızı tərifləyin və həvəsləndirin. Məsələn, hər "uğurlu” gecəyə görə bir kiçik hədiyyə edin. Amma, uğursuzluğa görə də həddindən artıq məyus olmayın.
 
Bu çətin işdə Sizə uğurlar arzu edirik. 
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 511
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri