Uşaq tərbiyəsində edilən səhvlər

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 533
Səs ver:
(səs: 1)
Dost kimi olmayın
Uşaqlar hər nə qədər azad olmaq istəsələr də ana-atanın rəhbərliyinə ehtiyac hiss edər. Halbuki sizin dost kimi yanaşmanız vəziyyətində ona valideynlərlik edəcək kimsə qalmayacaq. Böyümə çağındakı bir uşağın qaydalara, bu qaydaların tətbiq olunması üçün güdənə, yol göstərənə və lazım olduğunda sərhədlərə ehtiyacı vardır. Uşağınıza yoldaş kimi deyil, yol göstərici bir ana-ata olaraq yaxınlaşın.

Hər istədiyini almayın
İndiki vaxtda ana-atalar maddi imkanları olmasa belə uşaqlarına hər istədiklərini almağa çalışırlar. Çox vaxt fədakarlıq etdikləri üçün də ondan daha çox uğurlu olmasını, daha xoşbəxt olmasını və özlərini daha çox sevməsini gözləyirlər.
Ancaq belə bir gözləmə həm də ‘Mənim onun yaşında heç bir şeyim yox idi, onun hər şeyi olmalı' deyərək hər istədiyini almaq son dərəcə səhvdir. Ehtiyac xarici təqdim edilən maddi imkanlar uşağa fayda yerinə zərər verər. Pulun qiymətini anlamamasına, qazanmadan xərcləməyə öyrəşdiyi üçün tənbəlliyə öyrəşməsinə gətirib çıxarar.

Uşağınızla yatmayın

Körpəliyindən etibarən uşağınıza qazandırmanız lazım olan ən əhəmiyyətli vərdişlərdən biri sağlam yuxu vərdişi olmalı. Ayrıca uşaqların öz otaqlarında və öz yataqlarında yatmağa alışmaları onların həm bedensel sərhədlərini qorumalarını həm də tək başlarına qalıb özlərini əyləndirmələrini və özünə inamlı fərdlər olmalarını təmin edər.
Özünü yatıra bilən uşaq özünə etibarlı və məsuliyyət ala bilən bir yetkin olacaq. Kənar yandan sağlam yuxunun yalnız uşağın deyil sizin də ən fundamental ehtiyaclarınızdan olduğunu unutmayın.

Heç ağlamasın deyə çalışmayın
Bir çoxu uşağı narahat olmasın deyə hər istədiyini etməyə çalışır.
Halbuki evdə hər istədiyini əldə edən, maneə törədilməyən uşaq girdiyi ictimai mühitlərdə öz istədikləri olmadığı zaman böyük çətinlik yaşar və hirslənər. Əslində uşaqlar mənfi hissləriylə baş edə biləcək bacarığa sahibdirlər yetər ki icazə verilsin.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri