Uşaq necə tərbiyə edilir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 201
Səs ver:
(səs: 0)
1. Uşaqların davranışlarını onlara hiss etdirmədən daim "nəzarət" edilməlidi. Xüsusi ilə göz qarşısında edə bilmədikləri qəbahəti gizli və tənha yerlərdə işləmələrinə imkan verilməməlidir. Çünki bu vəziyyətdə xarakterləri zəifliyə uğrayar, cüt şəxsiyyətli olurlar. Bu halın ilk əks olunmaları da yalandı.

2. Uşaqların gözəl işləri "təqdir" edilib mükafatlandırmaq lazımdı, səhvlərin isə görməməzlikdən gəlməmək mütləqdir. Çünki müsbət davranışlar mükafat ilə sevindirəndə uşağın şəxsiyyətində qalıcı bir yer əldə edər. Buna qarşılıq, vaxtında "xəbərdarlıq edilməyən qüsurlar" da təkrarlana təkrarlana uşağın xarakter xüsusiyyətinin bir parçası halına gəlir. Buna görə xüsusilə qız uşaqlarının kiçik yaşlardakı davranışlarını görməməzlikdən gəlməyin. Çünki insanın öyrəşdiyi şeylər, zamanla dəyişməyəcək hala gələ bilər.

3. Tez-tez cəza verərək uşağı arsız hala da gətirilməməlidir. Qəza ilə qab-stəkan qırdığında azarlamamalıdır, çünki bu cür hallar bizim də edə biləcəyimiz qəzalardı. Belə vəziyyətlərdə uşaq gücsüz olduğu üçün azarlandığını düşünür. Çünki eyni qəza bizim başımıza gələn heçkimsə deyinmir. Bu da, ana atanın verəcəyi digər doğru təhsillərə qarşı uşaqda reaksiya doğurur və söylənilənlərin fürsət tapdıqca tərsini edir. Onun üçün çox həssas olmalı və bizim də edə biləcəyimiz stəkan qırma, çay tökmə və sairə sadə ev qəzalarında uşaqlara sərt davranmamaq lazımdı. Yumşaq bir dillə xəbərdarlıq etməliyik.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 201
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri