Uşaqlarin sosial-psixoloji inkişafı

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 518
Səs ver:
(səs: 0)
“Uşaqların yuxulara baxışı” mövzusu yeni və maraqlı olduğundan Jan Piajenin “Childs Conception Of The World” kitabının “Dreams” başlığı altındakı hissəsini (səhifə 88‐112) olduğu kimi sizə təqdim edirəm.

Uşaqlıq illərində insan tərəfindən hadisələrə subyektiv, yaxud da obyektiv qiymət verilməsi, öz daxili aləminin başa düşülməsi qeyri‐mümkündür. Ona görə də uşaq öz yuxularının subyektiv cəhətdən izahında böyük çətinliklərlə qarşılaşır. Uşaqların yuxunu anlama dərrakəsi üzərindəki araşdırmalar, onlarda ikili görünüş və ikili izah, yəni daxili və xarici izah ilə açıqlanması, ikinci fikrin mövcudluğu ilə əlaqədar böyük marağa səbəb olmuşdur.

Bu tədqiqatı müsbət qiymətləndirsək, onda biz özümüzün primitiv düşüncə tərzimizi və Levg‐Bruhlinin bu haqda söylədiyi fikirlərin hamısını bir kənara qoymalıyıq. Biz uşaq analogiyaları ilə primitiv addımları arasında əlaqələrə heç bir şübhə ilə yanaşmayacağıq. Burada uşaqlar öz arzuları, yuxuları ilə əlaqədar suallar verir və fikirlərini çətinliklə izah edirlər. Biz də körpələrə qayğı ilə yanaşıb onların suallarını cavabsız qoymaq istəmirik. Bizim kafi bildiyimiz bu araşdırma, dörd sualdan ibarətdir. Birinci sual:

Narahatçılıq xəyalın mənbəyidir. Xəyal nədir və harada yaranır? Əksər uşaqlar xəyalın başda yarandığını bildirirlər. Bəziləri isə xəyalın ancaq gecələr yarandığını söyləyirlər. Digər uşaqlar isə elə düşünür ki, gecə vaxtı biri xəyal edəndə digəri də xəyal edir və yaxud, yuxunun formalaşmasına səbəb olan qara tüstüdür.

Uşaqlara “yuxunu nə vaxt görürsən?” və “yuxunu niyə görürsən?” kimi suallar da vermək olar. Alınan cavablar aid olma xüsusiyyətlərinə görə 3 sahəyə bölünür:

1. 5‐6 yaşlı uşaqlar inanırlar ki, yuxu evdən kənar bir yerdən gəlir, otaqda baş verir və onlar da bunu gözləri ilə görürlər. Onlar həyəcan ilə bildirirlər ki, yuxu onları etdikləri səhvlər üzündən evdən kənara atacaq.

2. 7‐8 yaşlı uşaqlar isə düşünürlər ki, yuxu onların başlarında, fikirlərində və gözlərindədir. Yuxunu onlar otaqlarında, qarşılarında görürlər.

3. 9‐10 yaşlı uşaqların fikrincə, yuxu fikrin məhsuludur və beyinin içində baş verir.

Birinci bölmə: Yuxu xaricdən gəlir və xaricdə qalır. Bu ona görədir ki, uşaq birinci dəfə yuxunu reallıqla qarışdırır. Oyandıqdan sonra da yuxu baş verir və real olur. Onlar yaddaş ilə yuxu yaddaşını qarışdırırlar. Hamı bilir ki, qarabasma ilə oyanan uşağı sakitləşdirmək necə çətindir və bunun real olmadığını anlatmaq qeyri‐mümkündür. Biri uşaqlıqda gördüyü yuxunu nəql edir: “Uşaq vaxtı inanırdım ki, qatar həqiqətən də mənim üzərimdən keçir. Bu səhnəni tam olaraq xatırlaya bilirəm: qatar relsi valideynlərimin yaşadığı yerə kifayət qədər yaxın idi. Anam uşağı beşiyə qoyub qatar yolunu təzəcə keçmişdi ki, qatarın mənim üzərimə gəldiyini hiss etdim. Özümü güclə arxaya atdım və hələ də qarşımdan sürətlə keçən qatarı gözümün önünə gətirirəm. Sonda mən oyandım, anamı səslədim və ona yenidən qovuşdum. 12 yaşıma qədər bu səhv düşüncələrə inanırdım”.

Başqa vaxtlar isə xəyal sadəcə, bizim qarşımızda olmaq üçün düşünülür. Eyni şəkildə, bizim əməkdaşlarımızdan biri uşaqlığında valideynlərinin onu dənizdə boğmaq istədiyinə inanıb. Burada yenə də yaddaşındakı o görüntü yuxunu ifadə edir.

Mille Feigin uşaqların yuxunu reallıqdan necə ayırdığını araşdırır. O bu nəticəyə gəlmişdir ki, 9 yaşına kimi uşaqların mühakiməsində əsas yuxuların cəfəngiyatı deyil, tam əksinə, reallığın faktları ilə ziddiyyət və başqalarının fikirlərinə qarşı çıxma qalır. Bu, erkən yaşlarda daha çox əhəmiyyət daşıyır. Ancaq sorğu həm də onu göstərir ki, reallıq və yuxunu fərqləndirmək asan deyil və xüsusilə emosional yuxular reallıqla tez ‐tez qarışdırılır.

Bəs onda ilk dəfə yuxu ilə reallığın fərqinə vardıqda uşaq onu necə izah edir? Şübhəsiz, o yuxuya “aldadıcı reallıqdır” deyəcəkdir – epinal şəkillərdə olduğu kimi. Bu şəkillərdə olmayan şeylər göstərilib – yuxu. Ancaq onun təsvir etdiyi varlıqlar‐kağız və boya – sırf reallıqdır. Sully qaranlıq olan bir otağa getmək istəməyən uşağın qeyri‐iradi reaksiyasını qeyd edir – “çünki o otaq yuxularla doludur... ”

Banf: “yuxu işıqlardan düzəldilmişdir”, – deyir. Bu işıqlar “kiçik lampalar, kiçik velosiped” kimidir (yəni axşamlar velosipedlər üzərində olan işıqlar kimi). Bu işıqlar aydan gəlir. Başqa sözlə, Banf yuxularını əmələ gətirən işıqları, ay ilə – ən gözə çarpan işıq qaynağı ilə eyni tutur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 518
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri