Qız uşağını böyüdərkən nələrə diqqət etmək lazımdır?

Müəllif: Barbaris
Şərhlər: 0
Baxılıb: 3 614
Səs ver:
(səs: 1)
Uşaq ailənin güzgüsüdür. Amma bu güzgünün necə parlaq olması onun ailəsindən birbaşa asılıdır. Ailədə böyüyən uşağın tərbiyəsi ilə ilk gündən məşğul olmaq lazımdır. Əgər uşaq qız uşağıdırsa, onda bu məsələ bir az da ciddiləşir.

Qız uşağını böyüdərkən nələrə diqqət etmək lazımdır? Əvvəla, qız uşağı böyüdərkən cəmiyyətin ailəyə göstərdiyi mənəvi təzyiqdən qurtulmaq lazımdır. Uşaq qız olaraq dünyaya gəldiyi gündən onu dar çərçivədə böyütmək, "qızını döyməyən dizini döyər" prinsipi ilə böyütmək fikrindən uzaqlaşmaq daha yaxşıdır. Kiçik yaşlarından "oturuşuna fikir ver", "ayağını ayağının üstünə niyə aşırdın", "ananın dodaq boyasını niyə çəkdin" və bu kimi uşağın cavablandırmağa çətinlik çəkdiyi suallarla onu sorğulamaq uşağın sosial yaşantısına birbaşa təsir edəcək. Qız uşaqları yetkinlik yaşına çatana qədər ona "sən qızsan, belə etmə" demək yerinə "ətrafdakı insanlar buna yaxşı münasibət göstərməz, belə etməsən, yaxşı olar" demək daha müsbət nəticə göstərəcək. Bu cür yanaşma uşaqda qorxu və güvənsizlik hissinin formalaşmamasına səbəb olacaq.

Psixoloq Gülər Namazovanın sözlərinə görə, uşaqlara qız, yaxud oğlan ayrımı etmədən də onun şəxsiyyətini cinsinə uyğun formalaşdırmaq olar: "Qız uşaqları 3-6 yaş arasında böyüklərini izləməyə, onları təqlid etməyə meylli olur. Uşaq bu yaş aralığında anasının hər işdə bacarıqlı xanım olduğunu görməsi, davranışlarındakı mehribanlığı, istiliyi, eləcə də xanımlığı seyr etməsi özünü anasına bənzətmək istəyinə səbəb olacaq. Atanın evdə anasına və özünə qarşı mehribalığının olması, qız və oğlan uşağı kəlməsini çox tələffüz etməməsi, uşağı sevməyə səbəb onun qız ya oğlan deyil də sırf uşaq olmasını başa düşməsi yaş artdıqca onun sağlam xarakterli böyüməsinə səbəb olacaq".

Qız uşaqları 3-4 yaşlara gəldikdə ananın hər davranışını təkrar etməyə və onu nümunə götürməyə başlayar. Əgər uşaq bu yaş aralığında anası kimi geyinməyə, onun makiyaj dəstindən istifadə etməyə, dikdaban ayaqqabılarını geyinməyə cəhd edirsə, bu, uşağın tez böyümək istəyindən irəli gəlmir. Bu cür davranışlarda olan uşaqlar model olaraq anasını gördüyünü və bu istiqamətdə irəlilədiyini göstərir. Psixoloq bildirir ki, əgər bu yaş ərzində belə hərəkətlər valideynləri tərəfindən əngəllənərsə, bunun fəsadı daha irəli yaşlarda, yetkinlik çağında ortaya çıxar: "Kiçik yaşlarından anasına bənzəmək üçün israrlı olan uşağın hər hərəkətinin qarşısı alınarsa, yetkinlik yaşına gələndə qız uşaqları daha çox makiyaja meyl edəcək, yaşından daha böyük geyinməyə can atacaq. Yaşının kiçik olmasına baxmayaraq, analar qızları ilə daha çox zaman keçirməlidirlər. İstər onun bir qız kimi formalaşmasında, istərsə də sosiallaşmasında anaların rolu böyükdür. Qız uşaqları qarşısındakı qadının işinə bağlı, ailəsini sevən, hər bir problemi rahatlıqla yoluna qoya bilən bir insan kimi görərlərsə, bu cəhətdən də analarına bənzəməyə meyl edəcəklər".

Ailədə birdən çox uşaq varsa, bu zaman "oğlan uşağı oxumalıdır", "oğlana hər şey olar", "oğlan uşağına sərbəstlik verilməlidir" kimi cümlələrin işlənməsinə ehtiyat edilməlidir. Yaşı az olan qız uşaqları bu cümlələri eşitdikləri zaman özlərinə dəyər verilmədiyini, yaxud ailədə sevilmədiyini zənn edərək öz güvənini zədələyə bilər. Qız uşaqlarında özünə inamı artırmaq üçün onun hər yaxşı əməlində sözlə onu təsdiq etmək, ətrafındakı insanlara öz kiçik uğurunu danışmaq istəyirsə, buna əngəl olmamaq, uşağa bir çox sahədə özünü inkişaf etdirməsi üçün fürsətlər yaratmaq lazımdır. Həmsöhbətimizin dediyinə görə, qız uşaqları sadəcə dərslərində uğur qazanırsa, valideynlər bununla kifayətlənməməlidir: "Sadəcə dərsdə uğur qazanan qız uşaqları qısa bir müddətdən sonra bundan yorulacaq. O oğlan uşağı kimi sərbəst olmadığı üçün zamanla daha da aqressivləşəcək. Buna görə ona öz çərçivəsinə uyğun azadlıqlar yaratmaq lazımdır. Məsələn, uşaq sadəcə dərslə kifayətlənməməli, musiqi və ya rəsm sahəsində də uğur əldə edərsə, həm hərtərəfli inkişaf edər, həm də özünü dar çərçivədə, qadağalara boğulmuş kimi hiss etməz".

Qız uşaqları anaları qədər atalarından da nümunə götürürlər. Məktəb yaşına qədər qızlarda atalarına qarşı həssaslıq, ona qarşı ata sevgisi olur. Bu müddətdə onlar dünyanın ən güclü insanının ataları olduğunu, onu hər zaman qoruyacağı rahatlığını hiss edirlər. Yaş artdıqca bu bağlılıq zaman-zaman azalır. Ona görə bu müddətdə atalar səbrli olmalı və mümkün qədər qız uşaqlarına zaman ayırmalıdırlar
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri