Uşaqlara cinsi tərbiyəni kim verməlidir

Müəllif: Efsuw2016
Şərhlər: 1
Baxılıb: 2 468
Səs ver:
(səs: 0)
Bəzən biz valideynlər uşaqlarımız tərəfindən verilən sualın qarşısında aciz qalırıq. “Ana, mən dünyaya necə gəldim?”. Bu sualı necə cavablandırmaq lazım olduğunu bilirsinizmi? Uşaqların bu tipli suallarını necə cavablandırmaqda aciz qalan bəzi valideynlər “Səni xəstəxanadan almışıq”, “Hədiiyə veriblər”, “Leylək gətirib” və s. kimi cavablandırmadan istifadə edirlər.

Mütəxəssislər hesab edir ki, hər bir insanın cinsi tərbiyəsi ailədə, uşaq 3-4 yaşında olarkən başlanmalıdır. Uşaq ana-atasına soruşduğu suallara cavab ala bilməyəndə şübhələr, qorxular və cinsi biliksizlik içərisində qalır. Maraqlıdır, bəs valideynlər necə hesab edir?

– Uşağın tərbiyəsi ilə elə anadan olandan məşğul olmaq lazımdır. Amma cinsi tərbiyəyə məktəb dövründə başlamaq vacibdir. Bağça yaşlarında cinsi tərbiyənin əhəmiyyəti yoxdur.

– Mən ona deyərdim ki, səni haradansa almışıq. Çünki mən ona o yaşda düzgün izah verə bilmərəm. Valideynlə uşağın atasında pərdə olmalıdır.

– Düşünürəm ki, uşağın cinsi tərbiyəsi çox önəmli məsələdir. Buna iki, üç yaşdan başlamaq lazımdır. Xüsusi ilə indiki dövrdə. Əvvəlcə valideynlər tərbiyə etməlidir. Ailədə uşağa hələ kiçik yaşlarından öyrədilməlidir. Daha sonra bu tərbiyə bağça və məktəbdə davam etdirlməlidir.

– Uşaq özünü dərketmə həddinə çatdıqdan sonra cinsi tərbiyə artıq aşılanmalıdır. Oğlanlara qızların yanında özünü necə aparmalı , qızlara isə oğlanlar olan yerlərdə necə davranmalı olduqları 5-6 yaş arasında valideynləri tərəfindən öyrədilməlidir.

Mütəxəssislər isə hesab edir ki, bu dövrdə valideynlərin tərbiyəsi ilə yanaşı müəllimlərin tərbiyəsi də əhəmiyyət daşıyır. Mütəxəssis Sevin Abdullayeva hesab edir ki qız və oğlan uşaqları bədənlərini bu yaş mərhələsində daha yaxşı öyrəndikləri üçün onlarla cinsi tərbiyə daha diqqətli aparılmalıdır: “Uşaq 3 yaşından etibarən qız və yaxud oğlan olduğunu başa düşür. 4 yaşından isə uşaqlarda qarşı cinsə maraq oyanır. Onlar orqanizmdəki fərqləri hiss etməyə başlayır. Bununla bağlı həm tərbiyəçilərə , həm də valideynlərə çoxsaylı suallar verirlər. Bəziləri buna aqressiv yanaşırlar. Bunun çox ayıb olduğunu uşağa başa salmağa çalışırlar. Bu çox yanlış addımdır. Ən çox bu sualların cavabını biz oyunlar formasında izah edirik. Çünki uşağın süuraltına bu üsul daha yaxşı təsir edir. Oyunlar zamanı oğlanlara, mərdlik, cəsarət , güclülük, qızlara daha çox incə nəvazişlə yanaşmaq öyrədirik. Hətta bağçada kiçik stulları oğlanlara daşıtdırmala onlara aşılayırıq ki, kişi güclü olmalı, qadınlara əziyyət verməməlidir. Qızlara isə toxumaq, tikiş tikmək, oyuncaqları səliqəyə salmaq işlərini tapşırırıq”.

Sevin Abdullayevanın sözlərinə görə, uşaq mənsub olduğu cinsi bilməli, öz cinsinə hörmətlə yanaşmalıdır: “Bəzən elə tərbiyə müəssisələri olur ki, orda oğlanlar və qızlar bir birindən təcrid olunurlar. Bu, tamamilə yanlışdır. Bu cür yanaşma gələcəkdə uşaqların qarşı cinslə münasibətinin formalaşmasına ciddi maneələr yaradır. Məktəbəqədər təhsil müəssisələrində cinsi tərbiyə nə qədər erkən başlasa, daha sağlam gənclik böyüyə bilər. Təəssüflər olsun ki , bunu uşaqlara yalnız internetdən əldə etdiyimiz medodik vəsaitlər hesabına öyrədirik. Əlaqədar qurumlar tərəfindən cinsi tərbiyə ilə bağlı bağçalara heç bir vəsait verilmir. Çox yaxşı olardı ki, belə metodik vəsaitlər Azərbaycan dilində çap olunsun ki, mütəxəssislərdə bundan istifadə edə bilsin” .

Mövzuya münasibət bildirən psixoloq Narınc Rüstəmova qeyd edib ki, uşaqların cinsi tərbiyəsi heç də yetkinlik yaşından başlamamalıdır. Bu tərbiyə üç yaşından təlqin edilməlidir, çünki məhz bu yaş dövrü uşaqlarda “mən”in formalaşması dönəminə təsadüf edir: “Uşaq bilməlidir ki, mənim bədənim toxunulmazdır. Bu gün evimizə qonaq gələndə biz uşağa təzyiq edirik ki, get qonaqla görüş. Qonaq da onu bağrına basır, bu uşaq üçün psixoloji təzyiqdir. Bu dönəm uşağın özünü kəşf etmək dönəmidir. Çünki ona bir yad adam toxunursa, uşaq məktəb dönəmində də buna imkan verəcək. Yəni o düşünür ki, mənə hamı toxuna bilərsə, bu məktəbdə də olmalıdır, bağçada da. Bu isə gələcəkdə yanlış addımlarla nəticələnir”.

Narınc Rüstəmovanın sözlərinə görə, 3-4 yaş qrupu arasında olan uşaqlara fərdi olaraq ayaq yoluna getmək, gigiyenik qaydalara valideynin köməkliyi olmadan riayət etmək , paltarını dəyişmək vərdişi təlqin edilməlidir. Bundan başqa valideyn uşaqları hədsiz nəzarətdə saxlamaqdan çəkinməlidir. Bir mənalı olaraq uşağa izah edilməlidir ki, sənə özündən və valideynlərindən başqa heç kim toxuna bilməz: “Cinsi tərbiyədə təməl fikir bu olmalıdır. Uşaq bu dönəmdə öz cinsiyyətini kəşf etdiyi üçün qız uşaqları qız olduğunu atası, oğlan uşaqları isə anası ilə münasibətdə öyrənir. Elə ona görə də deyirlər ki, “Ata qızın, ana isə oğulun ilk məhəbbətidir”. Bu təmas düzgün qurulmadıqda, yəni ata və ana uşaqla az zaman keçirdikdə uşaqlarda bu dönəmdə öz cinsini kəşf etmə zəifləyir” .

Psixoloq bildirir ki, Azərbaycanda da mentalitetimizə uyğun olaraq uşaqlar üçün cinsi tərbiyəyə dair metodik vəsaitlərə ciddi ehtiyac var. Onun sözlərinə görə, inkişaf etmiş Avropa ölkələrində artıq kiçik yaş qrupları üçün belə vəsaitlər hazırlanıb: “Bizdə də bu vəsaitlərə ehtiyac var. Cəmiyyətin psixikasına uyğun olaraq uşaqlara cinsi tərbiyənin necə verilməsi kitabda nağıl formasında izah olunmalıdır ki, bu da uşağın özünü kəşf etməsinə, eləcə də valideynlərin maariflənməsinə şərait yaratsın. Çünki vaxtında valideyn tərəfindən cinsi tərbiyə almayan uşaqlar gələcəkdə yaşıdları ilə doğru ünsiyyət qura bilmirlər. Belə olanda qız uşaqları böyüdükcə oğlanlarla oturub durur, oğlan isə əksinə. Yaxşı olardı ki, bağçalarda və məktəblər “Həyat bilgisi” adlı dərsliklərdə bu mövzu ayrıca izah olunsun. Yəni cinsi tərbiyəyə dair üç-dörd dərs keçilsin. Metodik vəsaitlər həm də bağçalar üçün olmalıdır ki, mütəxəssislər bunu izah edə bilsin. Uşaqların cinsi tərbiyəsi prosesində kukla terapiyadan, biblo və art terapiyalardan da istifadə olunur”.

Əməkdar müəllim , “Həyat bilgisi” dərsliyinin müəllifi Nüşabə Məmmədova hesab edir ki, cinsi tərbiyə əvvəlcə ailədən başlamalıdır. Bunu heç bir uşaq orta məktəbdə təhsil aldığı müddətdə tam olaraq yalnız “Həyat bilgisi” dərsliyindən almır: “Cinsi tərbiyə ilə bağlı “Həyat bilgisi” fənnində standartlara uyğun siniflərdə yaş səviyyələrinə uyğun surətdə açıqlanmış mövzularımız var. Məsələn ” Ailə və onun sağlamlığı” , “Kimi özünə yoldaş seçərsən” mövzularda bu mövzu təbliğ olunur. Eyni zamanda “Reproduktiv sağlamlıq üçün hansı gigiyenik qaydalara əməl etmək lazımdır?” adlı mövzularımız var. Əlavə olaraq cinsi tərbiyə məsələləri ilə bağlı Təhsil və Səhiyyə nazirlikləri tərəfindən işlənilmiş metodik vəsaitlərimiz var ki, bu da “Həyati bacarıqlara əsaslanan təhsil” adlanır. Bu vəsaitin prioritetlərindən biri sağlamlıqdır. Həmin sağlamlıq mövzusunun daxilində bütün siniflər üzrə oğlan və qızların kimliyi ətraflı şəkildə işıqlandırılıb. Proses bir növ sadədən mürəkkəbə doğru inkişaf etdirilir”.

Avropa ölkələrinin təcrübəsi göstərir ki, uşaqların cinsi tərbiyəsində yaş dövrünə uyğun bədii ədəbiyyatdan istifadənin böyük rolu var. Uşaqlar bu cür əsərləri oxumaqla öz mən”ini daha yaxşı inkişaf etdirir, qarşı cinslə davranış qaydalarını qavrayır, yetişkənlik dövrünü daha problemsiz keçirirlər. Uşaq psixologiyasına hesablanmış bu tipli bədii ədəbiyyat həm valideynlərin, həm də müəllimlərin uşaqların cinsi tərbiyəsi ilə bağlı işini yüngülləşdirmiş olur
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri