Qucaqlayın onları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 301
Səs ver:
(səs: 0)
Qucaqlayın onları,
Gündə 17 kərə,
Gün ərzində 10 dəfə,
Qərq edin öpüşlərə.
Sinənizə bərk sıxın,
Çünki, bunlardan keçir,
Xoşbəxtliyi uşağın.
Onları daim öpün,
Sığal çəkin, çimdirin,
Kasıblıq üz versə də,
Oyuncaq alın ona,
Nazlayın, sevindirin.
İstədiyiniz kimi deyil,
Bəlkə də həyatınız.
Parlaq gələcəkdə
Dolaşsın xəyalınız.
Onlara sevgi verin,
Lap azacıq olsa da,
Qucaqla isindirin.
Kefiniz olmasa da.
Əks halda məlun iblis,
Tora salar onları.
Axı, sevgi, yaxşılıq,
Dinclikdir arzuları.
Bizsə bütün bunlara,
Macal tapa bilmərik,
Buna vaxtımız qalmaz.
Axı rəfiqələrdən,
Geridə qalmaq olmaz.
Geyimdə də, işdə də,
Bağda da, ev-eşikdə də.
Çoxlu pul qazanmağa,
Qarışıbdır başımız.
Onlar gecə ağlayır,
Görmürük göz yaşını.
Narkoman sığallayır,
Manyak öpüb oxşayır,
Xəbərimiz də yoxdur.
Sevgiyə, məhəbbətə,
Ehtiyacları çoxdur.
Bir vaxt gəlir bezirlər,
Uçurlar yuvamızdan,
Əlimiz çatmır daha,
Nirvanada süzürlər.
Lap əvvəldən biləydik,
Kaş ki, mühümlüyünü,
Qucaqlayıb onları,
Gündə 17 kərə,
Gün ərzində 10 dəfə,
Qərq edib öpüşlərə,
Sinəyə bərk sıxmağın…
Çünki, bunlardan keçir,
Xoşbəxtliyi uşağın…

Müəllif: Lyubov Terexova
Tərcümə edən: Xumar Ərşadlı,
Gordon Neufeld İnstitutunun məzunu
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 301
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri