Körpələrin yeməyinə dair həkim məsləhəti

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 158
Səs ver:
(səs: 0)
Nədənsə, valideynlər uşaqlarının sağlam olmasından ziyadə, kök, dolu olmasını, çox yemək yeməsini arzulayırlar. Uşağının çəkisindən narahat olan, azacıqiştahasızlıq müşahidə edən ana övladını həkimə aparır. Çox təəssüf ki, bu kimi narahatçılığı olan uşaqlara qoyulan ilk diaqnoz da məhz qurd xəstəlikləri ilə bağlı olur.

Çoxlarında oturuşmuş fikirlərin əksinə olaraq deyə bilərik ki, adətən qurd xəstəlikləri uşaqlarda hər hansı bir görünən narahatçılıqlara səbəb olmur. Belə olan təqdirdə də çox vaxt biz uşaqlara hər hansı bir müalicə başlatmırıq. Bizə qurd xəstəlikləri ilə müraciət edən xəsətələrin əksəriyyətində biz bu xəstəliyin əlamətlərini müşahidə etməmişik.

Azərbaycanda qurd xəstəliklərini adətənmüəyyən aparatlarla müəyyən edilir. Ancaq qurd xəstəliklərinin ən başlıca müəyyən etmək yöntəmi bir neçə gün təkrarlanan nəcis analizləridir.

Qurd xəstəliklərinin müalicəsi yalnız dərman vasitəsilədir. Xəstəliyin müalicəsi üçün istifadə olunan bitki müalicəsinin hər hansı bir tibbi əsası sübut olunmamışdır.

Qurd xəstəliklərinin müalicəsi çox asandır. Lakin burada diqqət olunmalı məqam bu tip xəsətliklərin təkrarlana bilməsidir. Belə ki, qurddan azad olmuş uşaqlar çox asanlıqla ona təkrar yoluxa bilirlər. Bu təkrar yoluxma uşağın qaldığıevdən, ünsiyyətdə olduğu insanlardan, uşağın oyuncaqlarından belə baş verə bilər. Bunun da qarşısını almaq üçün kompleks bir şəkildə gigiyenik qaydalara riayət etmək lazımdır.

Uzman Dr. Altay Abdullaoğlu / Pediatr-Neonatoloq
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 158
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri