Uşaqlarınıza mağaza çörəyi yedirtməyin –5 dəhşətli səbəbdən şoka düşəcəksiz

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 290
Səs ver:
(səs: 0)
Çörək bir neçə əsrdir ki, insanların hər gün qəbul etdiyi vacib ərzağa çevrilib. Uşaqlıqdan bizi hər yeməyi çörəklə yeməyə alışdırıblar: hətta makaronla da çörək yeyən var. Çörək əlçatan, ucuz və rahat qidadır. Nənələrimiz bizə öyrədib ki, çörəyi xarab etmək, atmaq olmaz. Hətta indiyə kmi boyat çörəyi də qurudub suxarı edib istifadə edənlər var.

Amma müasir dövr elə gətirib ki, biz uşaqlarımızı mağaza çörəyinə bu qədər alışdırmamalıyıq. Ümumiyyətlə, çox həkimlər, dietoloqlar uşaqlara çörək verməməyi məsləhət görür. Hazırda ildən ilə artan uşaq xəstəlikləri və yeni patologiyalar əsas verir ki, biz uşaqların qidasına bir daha diqqətlə yanaşıb, nəzərdən keçirək.

Qadinla.com uşaqlara çörək yedizdirməməyin 5 əsas səbəbini təqdim edir:

1. Buğda növünün dəyişməsi, yetişdirilməsi və saxlanması şərtləri.
Qədimdə ulu babalarımızın çörəyi nədən bişirdi? Bu geni dəyişməmiş buğda idi, təmiz torpaqda yetişdirilirdi, kimyəvi dərman vurulmurdu, oraqla biçilirdi, xırmanda sovrulurdu, dəyirmanda üyüdülürdü. Müasir dövrdə məhsuldarlıq artsın deyə buğdanın geri dəyişdirilib, torpaqlar dərmanlanır, buğdaya pestisidlər səpilir ki, xarab olmasın. Buğdanı uzun müddət saxlamaq və qorumaq üçün kimyəvi qatqılar vurulur. Və sonda sənaye üsulu ilə buğdadan rafinə olunmuş, kəpəksiz ağ un hasil olur. GMO buğda toxumu qədimdə yetişdirilən əsl buğdadan çox fərqlidir. Hətta indi hər ölkədə yetişdirilən buğdanın tərkibi də fərqlidir. Məsələn, Yaponiyada olan toxumun mineral tərkibi daha zəngindir. Bizim hansı növ buğdadan çörək yediyimizi heç kim bilmir. Çünki biz hazır çörəyi alırıq. Bunu araşdırmaq isə dəryada qum axtarmaq kimi çətindir.

2.Rafinə olunmuş un.
Qədimdə nənələrimiz evdə kobud undan çörək bişirərdi. O un indikilər kimi ağappaq, yumşaq və hamar deyildi. Ələkdən belə çətinliklə keçirdi, kobud kəpəkli idi. Hətta evlərdə əl dəyirmanında buğdanı üyüdüb un əldə edirdilər. Əsl organik un idi. Müasir unu isə rafinə edirlər. Bu prosesdə unda olan bütün kəpək ayrılır, toxumun əsas faydalı elementlərini özündə toplayan hissə götürülür. Bu unda buğdanın nə nüvəsi var, nə qabığı. Halbuki buğdanın məhz qabığı bioloji aktivdir, B qrup vitaminlərlə zəngindir. Rafinə olunmuş ağappaq un – boş, kasıb və faydasız qidadır. Orqanizmə heç bir faydası yoxdur ki, ziyanı var.

3.Unun ağardılması - əslində, qədimdə ağ un ən bahalı hesab olunurdu. Çünki unun təbii olaraq ağardılması çətin idi və 1 ton buğdadan cəmi 10-15 kq ağ un almaq olurdu. Ona görə ağ un, ağ çörək zənginlərin yeməyi idi. Indi isə hamı ağ, zərif un istəyir. Bu isə sənaye baxımdan əlverişli deyil. Ona görə də un indi kimyəvi yolla – xlor və bromat kaliy ilə ağardılır. Bu zaman unun nəinki orijinal vitamin-mineral tərkibini itiririk, eyni zamanda bura sintetik fiol turşusu da əlavə edirik, halbuki bu turşu buğdanın təbiətən tərkibində yoxdur və olmaylb.

4.Maya – qədimdə çörək evdə hazırlanmış təbii mayadan bişirilirdi, hər ölkənin, hətta kəndin öz maya resepti var idi. Kvasa bənzər bu maya – duru xəmir idi, süd, meyvə və s.-dən alınırdı. Məhz bu maya orqanizmi vitamin, ferment və oksigenlə təmin edirdi. Müasir mağaza çörəyini termofil mayada bişirirlər. İndiki mayaların dəhşətli tərkibi haqda çox sənədli filmlər çəkilib. Bu maya ikinci dünya müharibəsində alman bioloqları tərəfindən hazırlanıb. Bu mayanı və ondan bişirilən çörəyi konslagerlərdə əsirlər üzərində sınayırdılar. Əsirlərdə elə də ciddi dəyişiklik görməyən alimlər bu mayanı kütləvi istehsala çıxardı. Aclıq illərində bu yeni əlavə çox vacib idi. Çünki az un lazım olurdu, xəmir sürətlə acıyırdı, şişirdi. Çörək daha havalı və iri olurdu. Hazırda çörək sənayesində 36 növ maya istifadə olunur. Mayalar ağır metallarla yüklənib, kimyəvi elementləri çoxdur. Bu mayaların mənfi təsiri qısa müddətdə üzə çıxmır, orqanizmdə illlərlə, zərrə-zərrə yığılır. Ona görə neçə illər keçəndən sonra alimlər həyəcan təbili çalır. Bu mayadan pivə və spirt hazırlanmasında da istifadə edilir. Və bu maya insanın həzm sistemi tərəfindən həll olunmur. Orqanizmdə yerləşən maya hüceyrələri zəhərli toksinlər buraxır, heç bir mədə şirəsi, immunitet və temperatur onları məhv edə bilmir. Maya göbələyi də digər tərəfdən böyük ordu kimi hücuma keçir, bağırsaqda çoxalır, mikrofloranı pozur, bağırsağı çürüdür, bakteriyaları artırır. Ona görə insanda vitamin əskikliyi yaranır.

5.Qlüten – yapışqan təhlükəsi.
Qlüten toxumlu bitkilərdə rast gəinən yapışqanlı zülaldır. Müasir gen mühəndisliyi nəticəsində kəşf olunmuş GMO buğdada 40 dəfə artıq qlüten var. Bizim babalarımızn çörəyində qlüten isə 2-3 dəfə az idi. Qlüten bağırsaqların daxili divarında olan sovurucu tükcükləri doldurur, yapışdırır, onların üzərini yapşqan qatı kimi örtür. Nəticədə qida yaxşı həzm olunmur, pastaya çevrilir və nazik bağırsağın divarını zədələyir. Nəticədə diareya, disbakterioz, kolitlər, xoralar, qəbizlik, insanda halsızlıq başlayır. Müasir buğdada olan xüsusi turşu isə sümüklərdəki vacib mineralları yuyub aparır. Ona görə hazırda dünyada nəinki xəstə insanların, Çeliaki sindromlu uşaqların, ümumiyyətlə bütün uşaqların qlütensiz qidalanmaya keçməsi təbliğ olunur. Amerikalı həkimlərdən biri deyir ki, illər sonra qlüten beyin qapağına da gedib çıxır və ağıl zəifliyinə səbəb olur.

Qlütenin insana zərərini saymaqla bitməz: həyəcan, əsəbilik, depressiya, əl-ayaq qıcolması, şirniyyata meyillik, sümüklərdə ağrı, əyilmə, uşaqlarda boy artımı pozulması, psixi zəiflik, autizm, qarında köp və s simptomlar. Əgər övladınızda artıq bunlar varsa, o zaman siz onun gələcəyi naminə çörəyi süfrədən yığışdırmalı, ya da təbii un tapıb özünüz çörək bişirməlisiz.

Hazırda dünyada yayılan Autizm xəstəliyinin səbəblərindən biri kimi də qlüten araşdırılır. Çünki autist uşaqlarda beyinlə bağırsaq fəaliyyəti arasında əlaqə immun səviyyədə pozulur. Bu isə daha çox yararsız buğda və çörəyə görə baş verə bilər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 290
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri