Anasız qalmaq uşağın beyin funksiyalarını necə dəyişir? - İnanılmaz ALİM RƏYİ

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 3 667
Səs ver:
(səs: 0)
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.

Qadınla.Com xəbər verir ki, İndiana və Purdue Universiteti alimləri bununla bağlı araşdırma aparıb.
Alimlərin siçanlar üzərində tətbiq etdiyi araşdırma zamanı bəlli olub ki, həyatlarının ilk vaxtlarından analarından uzaq qalmaları onlarda travma yaradır. Heyvanların sonrakı dövrlərdə isə beyin funksiyalarının dəyişdiyi müşahidə edilib.Araşdırmanın nəticəsi ilə bağlı yayımlanan məqalədə bildirilir ki, beyindəki bu dəyişikliklər şizofreniya kimi nevroloji xəstəliklər riski olan insanlarda rastlanan simptomlarla oxşardır.Məqalədə o da vurğulanır ki, siçanlar beynin inkişafı baxımdan vacib olan ilk 9 gün ərzində onlar 24 saat analarından ayrı qalıb. Analarından ayrı qalanların beynində qeyd etdiyimiz dəyişikliklər baş verərkən, digər siçanların beynində bu cür hallara rast gəlinməyib. Buna görə də, alimlər eyni prosesin insan beynində də müşahidə edilə biləcəyi qənaətinə gəlib. Yeni doğulan uşaqların ilk vaxtlarda analarının yanından olmasının sonrakı inkişaf üçün çox vacib olduğunu bildiriblər.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 667
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri