Azyaşlı uşağı olan hər kəs oxusun! – BUNLARI BİLMƏK VACİBDİR

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 270
Səs ver:
(səs: 0)
Havalar isindisə, uşaqları evdə saxlamaq çətin olur. Həyətə, parka, çimərliyə, piknikə can atırlar. Bayırda daha çox vaxt keçirən uşaqların harada və necə oynadığına diqqət etməliyik.

10:00-16:00 arası saatlarda bayıra çıxmaq olmaz. Günəş şüalarının yerə dik istiqamətdə düşdüyü bu saatlarda bayıra çıxmaq uşaqlar üçün təhlükəlidir.Uşaqların dərisi nazik olduğundan günəşə qarşı daha həssas olur. Uşaqları bayıra çıxararkən mütləq günəş kremi vurun. Günəş kremi seçərkən mineral tərkibli olmasına və allergiya verməyəcəyinə diqqət edin.

1 yaşdan kiçik uşaqların dəriləri daha həssas olduğundan günəş kremi seçimində həkimlə məsləhətləşin. Uşağınızı bayıra çıxarmadan 15-20 dəqiqə əvvəl günəş kremi vurun. Çox açıqdərili, rəngli gözlü uşaqlar və 1 yaşdan kiçik körpələr üçün 50 və daha yüksək SPF faktorlu günəş kremi seçilməlidir.
Bu günəş kremlərinin qoruma müddəti 3-4 saatdır. Uşaq yarım saatdan çox bayırda qalarsa, günəş kreminin yenilənməsi vacibdir.Günəş kreminin allergiya verib-verməyəcəyini yoxlamaq üçün bayıra çıxmadan bir gün əvvəl uşağın qolunun bir balaca hissəsinə vurub yara bantı il bağlayın, ertəsi gün bayıra çıxanda açın.Əgər 15 dəqiqədə o hissədə şişkinlik, qızartı, qaşıntı olmursa, bu günəş kremini istifadə edə bilərsiz.
1 yaşdan kiçik uşaqlar daha çox baş bölgəsindən tərlədiyi üçün qalın yox, pambıq papaqlar taxın.Yay aylarında günəşin altında çox qalan uşaqlarda halsızlıq və qızdırmanın yüksəlməsi halları ola bilər. Gün vurma hallarında bol su içirtməlisiniz.Günəş yanıqları xərçəngə zəmin hazırlayırDəri xərçənginin ən əsas səbəblərindən biri də uşaq yaşlarında baş verən günəş yanıqlarıdır. İçinə su toplanmış günəş yanığı olan uşağın dəri xərçənginə yaxalanma riski daha yüksəkdir.Hər yanıqla bu risk ikiqat artır. Dəri xərçəngindən qorunmanın ən yaxşı yolu dəri yanıqlarının qarşısını almaqdır. Əgəruşaqda günəş yanığı oldusa, soyuq duş qəbul etdirin. Yanmış yerlər gündə bir neçə dəfə soyuq su ilə isladılmış steril parçayla silinə bilər. Çoxlu su içirin. Nəmləndirici krem vurun. Dəriyə su toplanıb partlayarsa, üzərindəki ölü dərini təmiz, kiçik bir qayçı ilə kəsin. Sonra da antibiotik krem vurun.Yayda uşaqların sevimli məkanı olan hovuzdan yoluxula biləcək infeksiyalara qarşı diqqətli olun. Bu infeksiyalar ilk olaraq göz və dəriyə təsir edir. Gözdə qaşıntı, sulanma olur. Bunun üçün antibiotik tərkibli göz damcıları tökün. Su eynəklərindən istifadə edin.Hovuzda yoluxula biləcək digər infeksiya göbələk infeksiyasıdır. Buna qarşı qorunmaq üçün hovuza girmədən əvvəl göbələk əleyhinə xüsusi solisiumdan istifadə edin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 270
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri