Valideyn tək uşağı necə tərbiyə etməlidir ? - AÇIQLAMA

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 193
Paylaş:
Səs ver:
(səs: 0)
"Mühitində olmağını təmin edərək inkişafını dəstəkləyir. Ailənin tək uşağı olmağın həm üstün, həm də mənfi cəhətləri var. Tək uşaq bacı-qardaşlar arasında olan yarış və qarşıdurma vəziyyətlərini yaşamadığına görə, akademik olaraq daha uğurlu ola bilər.Ancaq tək uşaq yetkinlikdən əvvəlki dövrdə bəzi mövzularda ailədə bacı-qardaş əksikliyinin hiss edə bilər. Nəticə olaraq tək uşaq olmaq əksər hallarda müsbət nəticələr göstərir.

Tək uşaq bacı-qardaşı olan uşaqlarla müqayisədə o qədər də fərqli deyil. Əslində uşağın tək olması yox, onun böyüyüb tərbiyə olunması əhəmiyyətlidir".

Bu sözlərQadin.az-a psixoloq Aytən Ələkbərova deyib.
O, bildirib ki, bacı və ya qardaşın olmasından çox, ata-ana ilə övlad arasındakı münasibətlər, uşağın onları necə qəbul etməsi, sözə qulaq asması və ya asmaması, valideynin ona qarşı səbirli olub-olmaması uşağın psixi sağlamlığı baxımından daha əhəmiyyətli yer tutur:
"Ailənin tək övladı ilə tək uşaq olaraq deyil, sadəcə uşaq olaraq davranmaq lazımdır. Yaddan çıxarmaq olmaz ki, uşaq tək olduğu üçün qoruduğunu hiss edə bilər. Yaşına uyğun qaydalar qoymaq və bunun davamlı şəkil almasına nail olmaq - uşaq qaydalara əməl edəndə onun xoşbəxtliyini yaşayacaq. İstədiyini anındaca yerinə yetirməsi uşağın formalaşmasına mənfi təsir göstərir.

Onun istəklərinin yaşına və valideynərinin düşündüklərinə uyğun çərçivədə olmasına çalısmaq lazımdır. Bağçaya göndərmək imkanı olmayanda uşaqlı ailələrlə görüşüb onların bir yerdə olmasına, müxtəlif oyunlarda iştirak etməsinə, araların dostluq münasibətləriyaranmasına şərait yaradılması uşağın tərbiyə və formalaşmasında müsbət rol oynayır. Uşağın imkanlarından artıq şey gözləmək düzgün deyil.

Həmişə mükəmməl olmağa çalışmaq uşağı yorar və onda uğursuzluq qorxusu yaradar. Uşağa danışmaq, öz sözünü demək hüququ vermək olar, lakin son qərarı onun verəcəyi haqqında düşüncə yaratmaq lazımdır. Altevnativlərin təklifi uşağın onlardan birini seçməsinə imkan yaratmalıdır. Geyinib-soyunma, qidalanma və təmizlik işlərində uşağa sərbəstlik vermək lazımdır. Evdə məsuliyyətli olmasına və valideyndən aslı olmadan öz ehtiyaclarını ödəməsinə çalışmaq lazımdır".

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 193
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
er bir valideyinin bilmesi vagibdir
11 iyul 2018 17:51
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
YalniZ-ArZu
tek ushaq yetishdirmek bir az cetin olur...evde tek oynayir, hamida baci qardash gorub isteyir onda da olsun. men 5 il ara vermishem ushaqlar arasinda ona gore bilirem( Ushaqlar arasinda yash ferqi en az 3 yash normaldi.
4 iyul 2018 09:02
4
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Online
Aliyeva.
Menim fikrimce usagi erkoyun boyutmek ,usaga en boyuk pislik etmekdi. Usaga yoxlugu,sebri,anlayisli,merhemetli,bolusmeyi bacarmagi,semimiliyi,yalan danismamagi oyretmek lazimdi.Usaq tekde olsa baci qardasi olsada. Bezen aileler goruremki usaq ya bir dene ,yada nece ilden sonra olmus usaqdi. Ele erkoyun boyudurlerki. O usaq pis pis hereketler,pis pis sozler danisir. Valideynleri fexr edir. Sinir oluram. Ne olarki bir olsa ya nece ilden sonra olsa. Cemiyyete xeyrli vetendas yetisdirmir.
4 iyul 2018 08:08
3
İyiler kaybetmez, kaybedilir!
Offline
Cema_Axodova
Uwaq terbiye etmek cox cetindi.allah butun valideyunlere sebir versin
1 iyul 2018 08:31
2
Offline
CANAN
Usag terbiye etmek mence cetin mesillyetdi.
Calisacam qizim yaxsi agilli terbiyeli olsun.
30 iyun 2018 22:35
1
canan qizim sirin seker qizim.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri