Körpənizlə qucaqlaşmağın xeyirləri

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 1 386
Səs ver:
(səs: 1)
Yeni araşdırmalara əsasən daha çox qucaqda olan körpələr böyüdükdə daha sağlam, daha məhsuldar, daha anlayışlı, mehriban və daha az depressiyaya meylli olurlar.

Darcia Narvaez araşdırması əsasında 600 böyük adamı müşahidə etmişdir.
Müşahidələrə əsasən məlum olmuşdur ki, körpəlikdə daha çox qucaqlananlar böyüdükdə daha sağlam psixikaya malik olaraq, daha az psixoloji narahatlıqlar keçirirlər.

Həmçinin bu insanlar stresin öhdəsindən daha yaxşı gəlirlər. Araşdırmanın nəticələri "Applied Development Science" elmi jurnalında dərc ediləcəkdir.

"Qucaqlamaq fərq edir" elan edən həkimlər, bu araşdırmadan sonra köhnə yanaşma olan " qucağa öyrəşdirmə" anlayışının tamamilə süquta yetdiyini qeyd edirlər.
Qucağa götürməklə körpənizin tərbiyəsini korlaya bilməzsizniz, əksinə ağlayan və mızıldayan körpə hər istəyində qucağa götürülməlidir.

Narvaez qeyd edir ki, valideyn körpəsi ağlayərkən qucağına götürüb sakitləşdirmədikdə, onun ağlayıb-ağlayı bözünün sakitləşməyi üsulunu tətbiq etdikdə, körpənin inkişafını çökdürür.

Körpənin fitrətindədir ki, onu qucaqlasınlar, öpsünlər, bağra bassınlar. Bu həm valideyn həm də uşaq üçün tamamilə normal və məntiqə uyğun münasibətdir.

Valideynlərin körpələrinə qucaq-qucaq istilik verməkləri gələcəkdə onların dahaasan tərbiyə olunan və daha xoşbəxt şəxsiyyətlər yetişdirməyə imkan verəcəkdir.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 386
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri