Bu uşaqlar biseksuallığa meylli olur - Böyüklər, DİQQƏT

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 627
Paylaş:
Səs ver:
(səs: 0)
“Ana, mənə kukla al…” 5-6 yaşlarında bir oğlan uşağı deyirdi bu sözləri.
Ana isə oğlunun bu istəyini tez yerinə yetirib, onu sevindirməyə tələsirdi...

Bu dialoqa bir oyuncaq mağazasında şahid oldum və marağımı boğa bilməyib, həmin valideyndən oğluna nə üçün məsələn, bir maşın deyil, gəlincik aldığınısoruşdum.
O isə “kukla da oyuncaqdır, oğlum onunla oynamaq istəyirsə, burada qəribə nə var ki?”,
- deyib gülərək uzaqlaşdı…

Çoxlarımız bu kimi hallara vaxtaşırı rast gəlirik. Görürsən ki, bəzi valideynlər kiçik yaşlı oğlan uşaqları ilə qəribə rəftar edir, onun saçlarını qız kimi uzadır, elə geyindirirlər ki, həmin uşağınoğlan olduğunu qəti şəkildə müəyyən etmək mümkün olmur. Belə hallar isə ictimaiyyət arasında birmənalı qarşılanmır.

Maraqlıdır ki, mövzu ilə əlaqədar rəyini öyrəndiyimiz yaşlı insanlar məsələyə tamamilə mənfi yanaşdı. Onların fikrincə, ailədə oğlan uşaqlarının təlim-tərbiyəsinə ciddi diqqət yetirilməlidir. Üstəlik, müharibə şəraitində olan bir ölkədə yaşayırıqsa, oğlan uşaqlarımıza qız kimi bəzənmək deyil, kişi kimi vuruşmağı öyrənmək yaraşır. Nisbətən gənc yaşlılar isə məsləyə bir az loyal baxırlar, bu cür davranışların uşaqların psixologiyasına heç bir mənfi təsiri olmayacağını düşünürlər.

Bəs mütəxəssislər hansı fikirdədirlər? Qadınla.Com məsələni araşdırmağa çalışıb.

“Elə ailələr var ki, oğlan övladı yox, qız istəyirlər. Əgər arzularının əksinə, oğlan övladları doğulursa, onunla qız kimirəftar edir, geyindirir, saçlarını uzadırlar. Bəzi valideynlər üçün isə bu kimi davranışlar tamamilə əyləncə xarakteri daşıyır. Yəni, bunu zarafat xətrinə edirlər və uşaqları ilə əylənirlər”.
Ailələrimizdə tez-tez rast gəlinən bu cür davranışların psixoloji məqamlarına aydınlıq gətirən psixoloq Dəyanət Rzayev belə deyir.

Onun sözlərinə görə, əksər ailələrdə uşaqların psixoloji tərbiyəsinə ciddi yanaşılmır:
“Bəzən uşaqlarla bir oyuncaqkimi davranır, fikirlərinə hörmət etmirik. Əksinə, valideynlər uşaqlarla böyük kimi davranmalıdır. Uşaq yaşlarından nə etmək, necə geyinmək, davranmaq kimi hallara özlərinin müstəqil şəkildə qərar vermələrini aşılamalıdırlar”

D.Rzayev bildirdi ki, bəhs edilən mühitdə böyüyən oğlan uşaqlarının davranış və maneraları digər həmcinslərinə nisbətəndaha mülayim olur:
“Təbii ki, bir oğlan uşağının adət olunandan fərqli formada davranması dərhal diqqət çəkir və cəmiyyətdə həmin insana qarşı müxtəlif xoşagəlməyən reaksiyalara səbəb ola bilir”.
Mütəxəssislərin fikrinə əsasən, uşağın böyüdüyü mühit, düşdüyü şərait yetkin yaşda onun cinsi orientasiyasını dəyişməsinə səbəb ola bilər. Cəmiyyətdə gördüyü, rastlaşdığı mənfi nümunələr mütləq uşaq psixologiyasına təsir göstərir. Burada ailə daxili problemlər və ya hansısa ətraf psixofaktorun təsir nəticəsi də danılmazdır. Həmçinin uşaq yaşlarında ailədə yetərli sevgi, qayğı görməyən oğlan uşaqları daha çox biseksuallığa meylli olur.

Bəs pedaqoqlar nə deyir? Yuxarıda sadalanan neqativ halların qarşısını almaq üçün təlim-tərbiyə müəssisələrində uşaqların davranışlarına nəzarət hansı formada qurulur?

Bağçada tərbiyəçi müəllimə işləyən Bəyistan Vahidli söylədi ki, bu xüsusda
uşaqların davranışlarına ciddi fikir verilir:
“Sevindirici haldır ki, bütün körpələrimiz öz həmcinslərinə xas şəkildə davranırlar. Təsadüfi hallarda olur ki, hansısa oğlan uşağı öz həmcinsləri ilə futbol oynamaqdansa, qızlarla evcik oynamağa daha çox meyl edir. Uşaqların oynayacağı hər bir oyunu cinsə aid seçirik. Məsələn, qızlar gəlinciklə oynayırsa, oğlanlara inşaat materiallarının oyuncaqlarını veririk. Eynilə nağıllarda, şerlərdə, hər hansı birsəhnəciklərdə də mütləq bu balansı qoruyuruq. Həmin uşaq da fərqinə varmadan, zamanla mühitə uyğunlaşır vəonda heç bir qeyri-adi davranış müşahidəolunmur”.

Pedaqoq Dilarə İsmayılova isə deyir ki, məktəblərdə şagirdlərlə psixoloji söhbətlər aparılır:
“Onlara narahat olduqları, maraqlandıqları bütün məsələlərdə köməklik göstərilir. Xüsusilə oğlan uşaqlarının öz orientasiyalarına uyğun davranmalarında hərbi dərslərin əhəmiyyəti var”.

Apardığımız kiçik araşdırmanın nəticəsi onu deməyə əsas verir ki, bu məsələ əslində nə qədər sadə görünsə də, bir o qədər qəlizdir. Əsas məsuliyyəti isə valideynlər daşıyır. İlk növbədə valideyn olaraq öz davranışlarımıza nəzarət etməliyik ki, böyütdüyümüz övladlar da cəmiyyətə faydalı şəkildə yetişsin.
Əbəs yerə deyilməyib “uşaq evin aynasıdır”.

Uşaq psixologiyası incə bir tel üzərində qurulub və azacıq düzgün olmayan təzyiqo telin qırılmasına səbəb olur. Bu səbəbdən oğlumuzu elə tərbiyə etməliyik ki, o nə kobud, hissiyyatsız quldura, nə də heç bir şeyə qadir olmayan şəxsiyyətsiz bir insana çevrilsin.

O, sözün həqiqi mənasında kişi kimi böyüsün. İnsanlığı sevən, çətin məqamlarda lazımi qərar verməyi bacaran əsl kişi kimi.

loading...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 627
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
cox maraqli odu bu bilgiler demeli ehtiyatli olunmalidir her bir valideyin
11 iyul 2018 23:18
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Love-Girl
Allah qorusun ovladlarimizi. Ogullarimizi esl kiwi kimi yetiwdirmeyi allah bize cox gormesin.
Oglum atasinin her elediyini tekrar edir. Buda menim xowuma gelir.
11 iyul 2018 01:03
2
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
BARBI
Ister oglan ister qiz oz oyuncaqlar ile oynamalidir.Biseksualliq ise icden gelen bir seydir
10 iyul 2018 21:48
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri