Uşaqların iştahını necə artırmaq olar?

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 654
Səs ver:
(səs: 1)
Uşaqlarda iştah problemi valideynləri tez-tez narahat edir. Bu problemdən qurtulmaq yollarını sizə təqdim edirik:

1. Butulkada yedirtməyin:
Çünki butulkanı əmmək asan, döşü əmmək çətindir. Buna görə də, uşaq asana öyrəşir, çətini almır.

2. Əlavə qidalara tələskənlik etməyin: İlk 6 ay yalnız ana südü ilə qidalandırın. Əlavə qidalara isə tələsmədən, səbrlə və kiçik addımlarla başlayın. Həkiminizin təklifinə əsasən, hər gün eyni saatda, eyni şeyi verərək bir bəslənmə nizamı yaradın. Çünki körpələr nizamsızlığı, xaosu və qarışıqlığı sevmirlər. Qidaların qarışmaması üçün qətiyyətli və ardıcıl olun.

3. Rola girin:
Uşağınız iştahasızdırsa, diqqət etməniz lazım olan ən əsas məqamlardan biri, öz qidalanma tərzinizin olmasıdır. Çünki uşağınız diqqətlə müşahidə edir və sizdən nümunə götürür. Siz gül kələmi, lobya, ya da balqabağı ağzınızı turşudaraq, ya da çox nadir hallarda yeyirsinizsə, uşağınızdan bu tərəvəzləri sevməsini gözləməyin.

4. Uşağı sıxmayın, icazə verin özü yesin:
Ən gözəl yeyən uşaq, özüyeyən uşaqdır. 9 aydan etibarən uşaq özü sərbəst yeyə bilir.

5. Yuxu rejiminə diqqət edin:
Uşaqlarda yemək rejimi ilə yuxu nizamı paralel gedir. Uşağın kafi və yaxşı bir şəkildə qidalanması üçün erkən yatıb, erkən qalxması və yemək saatlarının nizamlı olması əsas şərtdir.

6. Ailəvi yemək:
Doqquz aydan etibarən uşağınızı ailə süfrəsinə oturdun. Süfrənizdə ona görə də hazırlanmış yeməklərdən verərək, yemək yeməyin eyni zamanda sosial bir hadisə olduğunu anladın.

7. Evdə uşaq partisi təşkil edin:
Tək yemək maraqlı olmadığı üçün uşaqların iştahası olmur. Bu səbəbdən uşaqlar məktəblərdə daha yaxşı yemək yeyirlər. Evdə uşağına yemək yedirdə bilməyən analar məktəbdə, bağçada uşaqlarının nəqədər yediyini görəndə gözlərinə inana bilmirlər. Ətrafınızda yaxşı yemək yeyənuşaqlar varsa, uşağınıza onlarla birlikdə yeyəcəyi süfrələr hazırlayın, partilər verin.

8. Şəkərli, kolalı və hazır qidaları uşağa verməyin:
Uşağınız yemir, aç qalır - deyə yeyilməməsi lazım olan şeyləri verməyin.Xüsusilə şəkərli, kolalı və hazır qidalarla bəsləməyə çalışmayın. Çünki bu qidalar ağız dadının şəkərli dadlara alışmasını təmin edərək, yalancı bir toxluq hissi yaradır. Eyni zamanda gələcəkdə diabet və yüksək xolesterin kimi xəstəliklərə səbəb olur.

9. İsrar etməyin, amma alternativ də yaratmayın:
Uşağınız yemək yeməyibsə və ya yediyini yarımçıq qoyubsa, israr etməyin. Özü axşam yeməyini sizdən istəyəcək.

10. Gözünü qorxutmayın:
Uşağın yeməyinin miqdarına deyil, çeşid sayına diqqət edin. Qida mövzusunda uşağı çox məcbur etməyin, yoxsa sizi aldadacaq.

11. Uşağınız yemək istəmədiyi zaman buna emosional və ya şişirdilmiş reaksiya göstərməyin.
Uşaq bu səbəblə sizin diqqətinizi çəkdiyini fərq etsə, daha çox diqqət çəkmək üçün yeməkdən çəkinəcək.

12. 1 saat əvvəl maye verməyin: Yeməkdən 1 saat əvvəl və ya yemək zamanı maye qəbulunu məhdudlaşdırın. Çünki uşağın onsuz da kiçik olan mədəsi maye ilə dolur və toxluq hissi yaradır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri