Uşaq səpib! Nə edim?

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1261
Səs ver:
(səs: 0)
Valideynlərin əksər hissəsi bu problemlə üzləşir. Əksər hallarda səpgilər uşağın sağlamlığı üçün heç bir ciddi təhlükə yaratmır.
Lakin bəzən səpgilər həqiqətən ciddi xəstəliyin əlaməti kimi meydana çıxır. Bu səbəbdən uşağın dərisində səpgilər gördükdə dərhal pediatra müraciət edin. Bu halda pediatr mütləq uşağı müayinə etməlidir (telefonla səpgilərin yerləşməsini, rəngini və s. izah etməyin,bu mənasızdır - pediatr uşağa baxmalıdır).

Səpgilər uşağın dərisində və selikli qişalarında yerləşə bilər. Səpgilərin rəngi və ölçüləri müxtəlif ola bilər. Səpgilər ləkələr, suluqlar, kiçik düyünlər, nöqtələr şəklində ola bilər. Diaqnoz qoyduqda həkim bütün bunları nəzərə alır.

Uşaqlarda səpgilərin əsas səbəbləri:
- allergik reaksiyalar,
- yoluxucu (infeksion) xəstəliklər,
- parazitar xəstəliklər,
- qan xəstəlikləri,
- dəri xəstəlikləri,
- şəxsi gigiyena qaydalarına riayət edilməməsi.

Əgər səpgilərin səbəbi yoluxucu xəstəlik olarsa, bu halda səpgilərdən əlavə digər simptomlar da (hərarətin artması, öskürək, zökəm, konyuktivit, boğaz və qarın ağrısı, iştahanın pozulması və s.) meydana çıxır.

İnfeksion xəstəliklər zamanı səpgilər xəstəliyin əvvəlində və ya bir neçə gün sonra əmələ gələ bilər. Ən yayılmış uşaq yoluxucu xəstəliklər arasında - qızılca, suçiçəyi, məxmərək, skarlatin. Bu xəstəliklər uşaqlarda əksək hallarda yüngül keçir və heç bir ciddi fəsadlara səbəb olmur.

Çox təhlükəli infeksiya olan meninqokokk infeksiyası da səpgilərlə müşayiət olunur. Meningit beyin qişalarının iltihabına səbəb olur. Xəstəlikvaxtında müalicə olunmazsa, uşaq həlak ola bilər. Meningit zamanı səpgilər al-qırmızı rəngdə olur, onların forması və qıraqları geyri-düzgün olur. Səpgilər xəstəliyin 1-ci-2-ci günündə bədəndə, ayaqlarda və sağrı nahiyəsində əmələ gəlir. Meningit xəstəxana şəraitində müalicə olunur.

Qızılca zamanı səpgilər xəstəliyin 2-ci-4-cü günündə əmələ gəlir. Səpgilərdən əvvəl uşaqda zökəm, öskürək, konyuktivit (gözlərin iltihabı), boğaz ağrısı kimi əlamətlər meydana çıxır. Birinci gün səpgilər uşağın üzündə əmələ gəlir, daha sonra bədəninə, ayaqlarına yayılır. Səpgilər tünd qırmızı rəngdə olur, biri biri ilə birləşir. Bir neçəgündən sonra səpgilər solur və dəri qabıqverməyə başlayır.

Məxmərək zamanı uşağın hərarəti artır,limfatik düyünlər böyüyür, intoksikasiya əlamətləri əmələ gəlir (halsızlıq, əzələ ağrıları və s.). Səpgilər xırda qırmızı ləkələr formasında olur, əvvəl üzdə əmələ gəlir, sonra bir neçə saat ərzində bütün bədənə yayılır. Səpgilər 3 gün qalır, sonra isə izsiz yox olur. Məxmərəyi olan uşaq hamilə qadınlarla kontaktda olmamalıdır - bu infeksiya döldə çox ağır pozulmalara səbəb ola bilər.

Suçiçəyi zamanı səpgilər bədənin müxtəlif sahələrində əmələ gəlir: üzdə, beldə, ayaqlarda, başda. Səpgilər ləkələrformasındadır. Bu ləkələr bir neçə saat ərzində suluqlara çevrilir. Suluqlar 1-2 gündən sonra qabığa çevrilir və izsiz düşür. Suçiçəyi yüksək hərarətlə müşayiət oluna bilər. Suçiçəyi zamanı dəridə güclü qaşınma olur.

Skarlatin zamanı uşağın hərarəti artır, urəkbulanması, qusma, boğaz ağrısı əmələ gəlir. Badamcıqlar şişir və al-qırmızı olur. Dilin üzərində ağ ərp olur. Səpgilər xəstəliyin 2-ci günündə əmələ gəlir. Səpgilər nöqtə şəklində olur, bədənin təbii büküşlərində (qoltuğaltı, qasıq və s. nahiyələrində) əmələ gəlir. Dəri isti və quru olur. Səpgilər 3-5 gündən sonra keçir, dəri qabıq verir.

Uşaqlarda səpgilərin digər səbəbi allergiyadır. Allergiya hər hansı qida və ya dərman qəbulundan, heyvanlarla, kimyəvi vasitələrlə kontaktdan sonra inkişaf edə bilər. Allergiya zamanı uşaqda hərarətin artması, öskürək, boğaz, qarın ağrısı və s. simptomlar olmur.

Dəridə olan səpgilərin səbəbi parazitlər (gənə, qurdlar) ola bilər. Gənə dərinin altında yaşayır və qotur xəstəliyinə səbəb olur.

Qotur zamanı dəri səpir və çox güclü qaşınır. Qotur yoluxucu xəstəlikdir.

Bəzi qan və qan damarları xəstəlikləri zamanı dəridə ləkələr, göyərmələr, nöqtəvi səpgilər əmələ gəlir.Dəri xəstəlikləri zamanı dəridə səpgilər, qabıqvermə, qaşınma ola bilər.
Körpə uşaqların dərisi çox həssasdır və bu səbəbdən ana uşağın dərisinə düzgün qulluq etmədikdə, uşaqda səpgilər əmələ gələ bilər.

Beləliklə, uşağın dərisində səpgilər əmələ gəldikdə, mütləq pediatra müraciət edin. Bu səpgilərin səbəbləri müxtəlif ola bilər və yalnız pediatr onların dəqiq səbəbini təyin edə bilər. Pediatrın məsləhəti olmadan səpgilərə yod, \"zelyonka\", spirt və s. vurmayın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1261
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 72554
Xəbər sayı: 1
vipbetul
bezi valideyinler varki oz bildikleri dermanlari edirler buda usaqda basqa feesadlar emele getire biler hekime muragiyet etmekleri mutleqdir

bezi valideyinler varki oz bildikleri dermanlari edirler buda usaqda basqa feesadlar emele getire biler hekime muragiyet etmekleri mutleqdir
23 iyul 2018 21:04
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 15091
Xəbər sayı: 6883
YalniZ-ArZu
istilerde boynunun etrafi sepdi balaca oglumun...indi kecib shukur. burd ayazilan sepkiler olmayib hec birinde hec vaxt
21 iyul 2018 22:37
3
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Şərh sayı: 5652
Xəbər sayı: 13
ayka95
Menim şirinimde yaman sepmişdi .Ramaşka çayı ile yudum birde 72 % sabon çox kömek oldu iki güne temizlendi
20 iyul 2018 22:19
2
Şərh sayı: 6170
Xəbər sayı: 0
Cema_Axodova
Gozel melumatcun tewekkurler
20 iyul 2018 20:50
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri