Ana-Ata münasibətinin uşağa olan təsiri..

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 986
Səs ver:
(səs: 0)
Həyat yoldaşların bir-birinə müsbət və ya mənfi münasibətləri uşaqların psixologiyasını necə təsir edir?
Ana və atasını dava edərkən görən uşaq pis təsirlənə bilərmi?
Qəzəbinin uşağa əks etdirilməsi nə kimi nəticələri doğurur?

Qadınla.Com xəbər verir ki, Ana ata arasında baş verən bəzi hadisələr çox vaxt uşaqların mənfi təsir göstərəcəyi düşünülərək saxlanılır. Baş verən mənfi halları hər şey yolunda kimi göstərməyə çalışmaq yaxşı niyyətlə də olsa uşağa zərər verir.

Əgər uşaq özündən bir şey gizlətdiyini fərq etsə daha da stressli hala girə bilər.
Özünü dəyərsiz olaraq görə bilər və incidilməməsi üçün gizləndiyini hiss edərək özünü günahlandırar.
Doğru bir şəkildə başa salına bilərsə, insana xas heç bir duyğunu uşaqdan gizlətməyə ehtiyac yoxdur.

ƏSƏBİLİYİNİN UŞAQLARA TƏSİRİ
Ana və ataların aralarında keçən anlaşmazlıqlar şiddətə dönərsə, bu hal həm həyat yoldaşların bir-birinə olan bağlarını zəiflədir, həm də uşaq üçün sağlamlğına ziyan olan risqli bir haldır.

Uşaq, duyğularını izah etməyin mənfi nəticələrə səbəb olacağı düşüncəsilə öz hisslərini gizlətmə, içinə atma yoluna gedə bilər.
Hətta tam əksinə, qəzəbi, şiddətlə kənara vurmağı bir problem həll etmək üsulu hesab edərək zorakılığa meylli bir fərd olma yolunda irəliləyə bilir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 986
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri