Uşaqlara verilən yuxu dərmanları ziyandı" - NEVROPATOLOQ VALİDEYNLƏRƏ SƏSLƏNDİ

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 175
Paylaş:
Səs ver:
(səs: 0)
Hazırda demək olar ki, əksər uşaqlarda yuxu pozuntusu hallarına tez-tez rast gəlinir. Xüsusilə körpə və azyaşlı uşaqlarda bu, özünü daha çox büruzə verir. Hətta elə uşaqlar olur ki, gecələr oyaq qalır, oynayır, yeyir, içir, səhər açılanda isə yuxuya gedir və axşam saatlarına qədər yatır. Təbii ki, bu hal valideynlərə yaratdığı çətinliklə bərabər, uşaqların özlərinin sağlamlığına da ciddi şəkildə zərər verir. Çünki gecə yuxusu uşaqlar üçün xüsusilə əhəmiyyətlidir və böyümə hormonlarının ifrazı məhz gecə saatlarında daha çox baş verir. Bəs görəsən niyə körpələr gecə ilə gündüzü səhv salır? Bu problemlərin yaranma səbəbləri hansılardır? Bu cür hallarda dərman preparatlarının qəbulu məqbuldurmu? Qadınla.com bildirir ki, mövzu ilə bağlı ailem.az-ın suallarını nevropatoloq Rima İbadova cavablandırıb.

Rima İbadova deyir ki, uşaqlarda yuxu ilə bağlı problemlər çox zaman ortaya çıxır. Hətta onlara edilən müraciətlərin 80-90 faizi uşaqlarda yuxu problemi ilə bağlı olur: "Çox zaman onlar normal inkişaf edən uşaqlardır. Sadəcə uşağın yuxusu yoxdur deyə gəlirlər. Belə hallarda valideynlərə yuxu rejimini normallaşdırmaq üçün müəyyən qaydalar tətbiq etmələrini tövsiyə edirik. Bu, zamanla düzəlir. Digər halda isə qısa müddətli dərman müalicəsindən istifadə edirik. Qeyd edim ki, yeni doğulma dönəmindən iki yaşa qədər olan uşaqlarda gecə yuxusu kəsintilərində uşaqların Non-REM və REM yuxu fazaları hələ tam formalaşmadığına görə bir çox hallarda normal dəyərləndirilir. Bəzən uşaq gecə yatmır, gündüz yatır, yuxuda kəsintilər olur. Bu zaman bəzi valideynlər yanlışlığa yol verirlər. Uşaqda hər hansı yuxu pozuqluğu hiss edən kimi bəzi dərmanlardan istifadə etməyə tələsirlər. Bu, səhv yanaşmadır. Əgər yuxu probleminin altında başqa bir orqanik səbəb yoxdursa, 3 yaşa qədər uşaqlara bu cür dərmanlar verilməməlidir. Hətta bitki tərkibli olsa belə, uşaqlara yuxu problemini aradan qaldırmaq üçün dərman vasitələrinin verilməsi tövsiyə edilmir".

Yuxuda olan hərəkət pozuntularına diqqət

Həkimin sözlərinə görə, uşağın yuxusunda olan hərəkət pozuntularına istənilən halda diqqətlə yanaşmaq lazımdır: "Uşağın yuxuya çətin getməsi, yuxuda tez-tez hərəkət və pozisiya dəyişikliklərinin olması, ağızla nəfəs alma, enurez - gecə yataq islatma kimi hallara diqqət edilməlidir. Həmçinin gecə diş qıcırdatmalar, bruksizm dediyimiz hallara da. Bəzən bunu qurdla əlaqələndirilir. Amma bu əlamətin qurdla heç bir əlaqəsi yoxdur. Həmçinin gecə yuxuda gəzmələr, gecə yuxuda qorxmalar, sayıqlamaların olması, səhər ağız quruluğu ilə yuxudan oyanma, səhər yuxudan çətin oyanma, gün ərzində uşağın yorğun, yuxulu olması hamısı yuxu problemlərindən xəbər verə bilər. Bu problemlər parasomni dediyimiz yuxu xəstəliklərindən, eyni zamanda, ağır orqanik problemlərdən də xəbər verə bilər".

Nevropatoloq xəbərdarlıq edir ki, bir sıra epileptik sindromlar, yuxuda nitq problemləri ilə gedən bir sıra kompleks tutmalar, bəzi xoşxassəli epilepsiya sindromları və bir sıra sindromlar yuxu problemləri, yuxuda hərəkət və nitq problemləri kimi özünü göstərə bilir: "Bir sıra pediatrik sindromlar da gecə yuxuları narahatçılığı ilə özünü göstərə bilər. Ona görə də bu və ya digər dərəcədə yuxu problemi hiss etdiyiniz zaman mütləq şəkildə videoya alınmalı və həkiminiz tərəfindən dəyərləndirilməli, doğru diaqnoz qoyulduqdan sonra müvafiq müalicəyə başlanılıb-başlanılmamasına qərar verilməlidir".

Uşaqlar valideynləri ilə bərabər gec saatlara qədər yatmır

R.İbadova nisbətən böyük yaşlı uşaqlarda yuxu pozuntularının yaranma səbəblərinə də aydınlıq gətirib. O deyir ki, bu, daha çox məktəb yaşlı uşaqların telefonlardan, digər elektronik vasitələrdən istifadəsi ilə əlaqələndirilir: "Uşaqlar çox gec yatırlar və gec oyanırlar. Bu, doğru deyil. Xüsusən də orqanizmin normal fiziki aktivliyini bərpa etmək üçün gecə yuxusu vacibdir. Çünki uşaqlarda boy hormonu gecələr daha çox ifraz olunur.

Əksərən bu, valideynləri ilə bərabər gec saatlara qədər yatmayan uşaqlarda rast gəlinir. Əgər problem bundan qaynaqlanırsa, ilk növbədə, rejimi normallaşdırmaq lazımdır. Çox zaman uşaqlar bağçaya gedəndə valideynlər deyir ki, uşağın rejimi düzəldi. Çünki səhər saat 8-də dururlar, günorta normal yuxularını yatırlar, axşam da gələndə normal zamanında yatırlar. Amma ev şəraitində uşaqlar valideynlərlə bərabər gec saatlara qədər oyaq qalır, səhər də günortaya qədər yatırlar. Hətta onları saat 1-də, 2-də güclə oyadırlar. Yəni valideyn özü buna şərait yaradır. Belə olan halda əlbəttə ki, uşaqların normal yuxu rejimi formalaşmayacaq".

loading...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 175
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Son Bahar
Mənim oğlum çox yuxusuz uşaq olub.İndi ona görə nevroloji problemlərim var mənim...Adam nə qədər yuxusuz qalar...müalicə elədik düzəldi şükür.Savadlı həkim məsləhətiylə müalicə olunsa heç bir ziyanıda olmaz.
12 avqust 2018 01:50
4
Offline
Nezrin6
Menim qizim 1yaw 8 ayina kimi geceler oturub,seher axwama kimi yatib. Hekimim icaze vermedi derman vermeye. Vermedik. Her yoldu demeyirfik,duzelmirdi. Artiq menim esebim pozulurdu,ne qeder yuxusuz qalmaq olar. Sytkalarla yatmirdim men. Gunduz axwama kimi yatirdi,mende iwlerimi gorurdum. Mene bawqa taninmiw nevropatoloq dediler. Getdik onun yanina. Ozel klinikada iwleyir. Allaha qurban olum o ol demese olmaz. Girdik hekimin yanina. Uwaq hekimin yanina yaxinlawanda ayagi iliwdi bawi deydi hekimin stoluna.122 Hekim baxdi dediki hec ne yoxdu. Duzelecek. Uwaqlarda olur. Geldik eve,o gunu axwam sehere kimi yatdi.122 Bawi deymekle deyirik,amma Allaha qurban olum,komek oldu duzeldi. O gundem sonra bir de hec vaxt yuxu problemimiz olmadi. Oglumda wukur ele wey olmadi. Dunyaya geldiyi gunden gece yuxusu,gunduz yuxusu hamisi normaldi.
10 avqust 2018 16:21
3
Online
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
10 avqust 2018 15:02
2
Seni cooxx sevirem heartEsgerimheart
Online
vipbetul
her zaman usaqa yuxu dermani vermek doqru deyil o baxir hansi sebebden verilir onudki hekim yazmalidir
10 avqust 2018 15:01
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri