Ağıllı uşaqlar belə valideynlərdə doğulur. Siz də bunu edin!

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 221
Səs ver:
(səs: 0)
Fiziki aktivlik insan sağlamlığında olduqca böyük rol oynayır, yaşlanmanı ləngidir, insanın həyatını uzadır.Son elmi araşdırma fiziki aktivliyin növbəti faydasını aşkar edib.

Qadınla.Com xəbər verir ki, fiziki aktiv, idmanla məşğul olan valideynlərin uşaqları daha ağıllı olur. Bu həm ana, həm də ataya aiddir.
Sübut olunub ki, fiziki aktiv valideynlərin uşaqlarında beyinin müxtəlif strukturları arasında olan əlaqələr daha yaxşı olur ki, bu da onlara təhsildə daha böyük nailiyyətləri qazanmağa kömək edir.

Mütəxəssislər qadınlara hamiləlik zamanı uyğun idman kompleksi seçməyi və hamiləliyin sonuna qədər idman məşğul olmağı tövsiyə edirlər.
Hamiləlik normal keçirsə, qadın fizki aktivlikdən qorxmamalı, əksinə mümkün qədər hərəkətli olmalıdır. Bu uşağın ana bətnində oksigenlə təmin edilməsini yaxşılaşdırır ki, bu da uşağın və xüsusilə onun beyinin inkişafı üçün çox vacibdir.
Həmçinin fiziki aktivlik doğuşu da asanlaşdırır, doğuş travmaların və ağırlaşmaların riskini azaldır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 221
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri